Skip to content
17.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” – ETİRAZ VAR!
  • CƏMİYYƏT
  • ÖLKƏ

“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” – ETİRAZ VAR!

admin 20.05.2026
1779259540_tbqus5v0gm23

Bakı -Tbilisi sərnişin qatarının hərəkətinin bərpa olunacağı xəbəri ictimaiyyətdə nə qədər böyük sevinclə qarşılandısa, gediş haqqının nə qədər olacağı da bir o qədər maraq kəsb edir.

Azərbycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ADY hələ ki biletlərin qiymətini elan etməyib. Lakin O.Gündüz ictimai nəqliyyata münasibətdə qüsurlu yanaşmanın olmayacağına ümid edir:

– Bakı-Tbilisi qatarına qiymətlər necə olacaq, hamını maraqlandırır. Xatırlayıram ki, 5 illik fasilədən sonra bərpa olunan Bakı – Balakən qatarı üçün müəyyən olunan hədsiz yüksək qiymətləri Azərbaycan Dəmir Yolları “komfort”, “VIP zal”, “dünya təcrübəsi”ilə izah etmişdi. Hansı ki, daxili bir reysdə vətəndaşa zorla mənasız bir yemək seti təklif edərək, qiyməti süni qaldırmaq halıyla heç bir yerdə rastlaşmaq mümkün deyil. Öz evindən gələn yerli vətəndaşların əksəriyyəti isə gecə 12-də verilən bu setdən istifadə etmir. Zorla təqdim edilən yemək seti yalnız qiymət artımına şərait yaradır ki, həm də məhz buna görə də “SV”nin qiyməti 72-100 manat arasında dəyişir. Əvvəllər bu 22 manat 50 qəpik olub. Ümumiyyətlə isə, ADY-nin Bakı – Balakən üçün təklif etdiyi qiymətlər vaqonun tipindən asılı olaraq əvvəlkilərdən 3-4 dəfə bahadır.Əvvəllər Plaskart 7-8 manat idi, hazırda ən yaxşı halda 18-25 manatdan başlayır. Əvvəllər kupe 13 manat idi, hazırda ən yaxşı halda 27 -33 manatdan başlayır. Qeyd olunan yemək setinin zorla deyil, seçimlə olması, yalnız turistlərə təqdim edilməsi təklifini isə ADY rəhbərliyi indiyədək yaxın buraxmayıb. ADY-nin son illərdə dəmir yolu infrastrukturunun bərpası istiqamətində atdığı addımlar nə qədər təqdirəlayiq olsa da, təklif etdiyi qiymət siyasəti heç bir halda ağlabatan olmayıb. Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu “komfort”, elit bir formaya salmaqla zorla yemək seti verib süni qiymət artımı yaratmaq doğru bir hal deyil. İctimai nəqliyyat üçün bu tip yanaşma qüsurludur. Bakı – Tbilisi qatarının qiymətlərin necə olacağını hələlik ADY açıqlamayıb. Ümid edirəm Bakı – Balakən qatarında tətbiq edilən “komfort”, “elit” prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq.

Sherg.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Oğuzun “yaşıl büdcəsi”: Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır
Next: Samuxda təhsil adına OYUNBAZLIQ… – BU NƏDİ BELƏ?

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.