Skip to content
21.05.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?

admin 20.05.2026
1779248447_1
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Xüsusilə meşələrin məhv edilməsi, qanunsuz ağackəsmə, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi ilə bağlı iddialar ictimai narahatlığı daha da artırır.

Bu müzakirələrin mərkəzində isə eyni ad hallanır – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini Vüqar Kərimov.

SAVASHMEDİA.az xəbər verir ki, nazir müavininin adı illərdir müxtəlif regional idarələrdəki qalmaqallar, meşə təsərrüfatlarında baş verən qanunsuzluqlar və “Azəryaşlandşaft” ASC ətrafında yayılan narazılıqlarla yanaşı çəkilir.

İddialara görə, meşə təsərrüfatlarında bir çox təyinatlar məhz onun razılığı ilə həyata keçirilir, peşəkar olmayan şəxslər rəhbər postlara gətirilir, qanunsuz qırıntılar və cərimələrlə bağlı sənədlər isə ört-basdır edilir.

Vüqar Kərimovun adı Masallı, Lənkəran, Şəki və digər bölgələrdə baş verən qalmaqallarda da çəkilir. Xüsusilə “Azəryaşlandşaft” ASC ətrafında səslənən ittihamlar diqqət çəkir. İddialara əsasən, dövlətin milyonlarla manat ayırdığı yaşıllaşdırma layihələri formal idarə olunur, baxımsızlıq hökm sürür və bəzi təyinatlar şəxsi yaxınlıq prinsipi ilə həyata keçirilir.

Cənub bölgəsindəki meşələrlə bağlı səslənən iddialar isə daha ağırdır. Göytəpə meşəbəyliyində sənədlərdə mövcud görünən 76 hektar meşə sahəsinin faktiki olaraq yoxa çıxması barədə məlumatlar ciddi narahatlıq yaradıb. İddialara görə, qanunsuz qırıntılarla bağlı aktlar gizlədilib, həqiqəti yazan əməkdaşlara təzyiqlər olub.

Ekologiya sistemində artıq “toxunulmazlıq” görüntüsündən danışılır. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə meşələrə cavabdeh şəxslərin adı “meşə mafiyası” ifadəsi ilə yanaşı çəkilir.

Cəmiyyət isə bir neçə suala cavab gözləyir: 76 hektar meşə haradadır? Qanunsuz qırıntılar niyə araşdırılmır? Dövlət meşə fondu torpaqları necə örüş və əkin sahələrinə çevrilir? Və niyə bütün bu iddiaların mərkəzində daim Vüqar Kərimovun adı keçir?

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nizami küçəsində qalmaqal – Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Next: Saleh Məmmədovun kadrlarının yarımçıq qoyduğu yol və körpülər AAYDA rəhbərliyi və vətəndaşları çətin vəziyyətdə qoyub

OXŞAR MÖVZULAR

1779282618_screenshot-2026-05-20-170836
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • ÖLKƏ

Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? – ARAŞDIRMA

admin 20.05.2026 0
1779279478_1cd61c91e0_1-v
  • BAXIŞ BUCAĞI
  • ÖLKƏ

Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar – VİDEO

admin 20.05.2026 0
1779260575_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür

admin 20.05.2026 0

SON YAZILAR

414fcb1207b4899320fc01f74d09e46e
ŞOU-BİZNES

“Artıq üçüncü həftədir, güclə nəfəs alıram” – VİDEO

admin
20.05.2026 0
hamlet
ARAŞDIRMA

Hamlet Musayevin qızı həbsdən azad edildi

admin
20.05.2026 0
1779282618_screenshot-2026-05-20-170836
BAXIŞ BUCAĞI CƏMİYYƏT ÖLKƏ

Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? – ARAŞDIRMA

admin
20.05.2026 0
1779276327_screenshot-2026-05-20-152426
CƏMİYYƏT

Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq

admin
20.05.2026 0

Bütün yazılar

414fcb1207b4899320fc01f74d09e46e
  • ŞOU-BİZNES

“Artıq üçüncü həftədir, güclə nəfəs alıram” – VİDEO

admin 20.05.2026 0
hamlet
  • ARAŞDIRMA

Hamlet Musayevin qızı həbsdən azad edildi

admin 20.05.2026 0
1779282618_screenshot-2026-05-20-170836
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • ÖLKƏ

Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? – ARAŞDIRMA

admin 20.05.2026 0
1779276327_screenshot-2026-05-20-152426
  • CƏMİYYƏT

Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq

admin 20.05.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.