Skip to content
18.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR… – İLGİNC FAKTLAR
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR… – İLGİNC FAKTLAR

admin 19.05.2026
1779171662_1
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və ya yeni adı – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı! – Bu qurumun funksional işi ölkədə təhsil sahəsində çalışan işçilərin hüquqlarının qorunması, sosial-iqtisadi maraqlarının təmin edilməsi və peşəkar inkişafının dəstəklənməsi vəzifəsi olmalıdır. Bilməyənlər üçün xatırladım ki, Komitənin rəsmi fəaliyyət istiqamətləri arasında təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün işçi qruplarının yaradılması, məclislərin keçirilməsi, iş şəraitinin yaxşılaşdırılması və mədəni-kütləvi tədbirlərin təşkili yer almalıdır. Oda məlumdur ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevdir.
O, bu vəzifəyə 2024-cü ilin avqust ayında təyin olunub. Bundan əvvəl isə müxtəlif vəzifələrdə, həmçinin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Və, beləliklə, Paşayevin rəhbərliyi altında Komitə artıq 15 aydır fəaliyyət göstərir. Seçildiyi zaman təhsil işçilərinə verdiyi vəədlərdən düz 15 ay keçir.
Amma və Lakin…
Əmması odur ki, bu müddət ərzində Azərbaycanda təhsil sahəsində müəllimlər arasında narazılıqların artması, direktorların müəllimlərə qarşı haqsızlıqları və digər problemlərin sayı hesabı olmayıb. Belə olan halda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi), konkret olaraq Araz Paşayevin rəhbərliyi dövründə müəllimlərin müdafiəsi üçün hansı konkret addımlar atıb?
Müşahidələrimiz göstərir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti daha çox özlərinə yaxın müəllimlər və direktorlarla məclislər keçirmək, müəyyən rəsmi tədbirləri təşkil etmək və alqışlarla başa çatdırmaqla məhdudlaşıb. Əslində isə ölkənin təhsil işçilərinin 90%-i hər ay əmək haqqlarından Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqını üçün pul tutulduğu qurumun rəhbərini tanımır, onların problemlərini Həmkarlar İttifaqınn həll etmədi gün kimi aydındır.Nə qədər qəribə görünsə də, bu qurumun fəaliyyəti o qədər kasad və lazımsızdır ki, təhsil işçisi problemi olanda belə bu ünvan onun yadına düşmür. Düşünmür ki, Azərbaycanda onu müdafiə edə biləcək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və onun rəhbəri Araz Paşayev var.
Gələk hər şeyi həll edən, pul məsələsinə. Hər üzv müəllimdən müəyyən miqdarda əmək haqqından pul tutulur. Amma bu pulların istifadəsi barədə açıqlıq, hesabat belə yoxdur: Hansı məqsədlərə xərclənir? Hara gedir? Bu suallar illərdir cavabsız qalır və Araz Paşayevin şəffaflıq məsələsində ciddi boşluqlarını göstərir.
Rəsmi bəyanatlarda, pafoslu çıxışlarda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı – Araz Paşayev təhsil sahəsində islahatlara dəstək verməli, işəgötürənlərlə əməkdaşlıq etməli, müəllimlərin hüquqlarını qorumaq və iş şəraitini yaxşılaşdırmaq vəzifəsini yerinə yetirməli olduğu gurultulu səslənir. Amma praktiki olaraq müəllimlərin çoxu bu dəstəyi hiss etmir, etməyib, etməyəcək də. Direktorların haqsızlıqları və müəllimlərə qarşı qeyri-ədalətli davranışları isə davam edir.
Bu vəziyyət göstərir ki, 20 aydan artıq fəaliyyəti dövründə Paşayev müəllimlərin problemlərinə əhəmiyyət verməyib, əsas diqqət formal və ya yaxın çevrə üçün tədbirlərin keçirilməsinə yönəlib, ölkənin bütün təhsil işçilərinin ehtiyaclarını nəzərə alacaq, şəffaf və məsuliyyətli rəhbərlik isə hələ görülməyib.
Nəticə olaraq, Araz Paşayevin rəhbərliyi dövründə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti daha çox rəsmi görüntü xarakteri daşıyır, təhsil işçilərinin real problemlərinə həlledici yanaşma isə sıfırdır. Bu da müəllimlər arasında həm narazılıq, həm də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqa qarşı etimadsızlıq yaradıb. Hələ təhsil işçilərinin yay tətillərində istirahətə getmək istədiyi zaman rüsvayçılığı demirəm. Bu barədə isə növbəti yazııda….
!”İnfoPlyus.Tv”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Gah yol çəkir, gah da lift quraşdırır… – Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Next: Sahibkar qazansın, fəhlə canından olsun !- Nizami rayonunda qorxulu mənzərə… VİDEO

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi enzo-perez-y-messi_862x485
  • İDMAN

DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

admin 16.07.2026
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Bu,...
DAVAMI Read more about DÇ-2026: Messi beşinci dəfə matçın ən yaxşısı seçildi

Bütün yazılar

1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.