Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı

admin 15.05.2026
1778817629_1
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqəsinin nəticələri martın 12-də elan olundu. Adətən nəticələrin açıqlanmasından sonra təşkilatlar müqavilə prosedurlarını tamamlayır, bildirişlərini əldə edir və layihələrin icrasına başlayırlar. Lakin bu dəfə vəziyyət fərqlidir. Üzərindən iki ay keçməsinə baxmayaraq, çoxsaylı QHT-lər hələ də qrant bildirişlərini ala bilmirlər.

Yenixeberorg.com: Ən ciddi problem isə odur ki, layihələrin icra müddəti artıq faktiki olaraq başlayıb. Bir çox təşkilatlar fəaliyyət planlarını aprel ayına uyğun qurub. Təlimlər, seminarlar, tələbə və şagirdlərlə bağlı tədbirlər məhz yaz-yay aylarına hesablanmışdı. Amma mayın ortalarında belə vəsaitdən istifadə etmək mümkün deyil. Nəticədə QHT-lər ya layihələri kağız üzərində saxlamalı, ya da sonradan qısa müddətə sıxışdırılmış şəkildə həyata keçirməlidirlər.

Məsələ ilə bağlı QHT- lərə Dövlət Dəstəyi Agentliyinə müraciət edən təşkilatlara bildirilib ki, müqavilələr və zəruri sənədlər artıq hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub. Hətta qeyd olunur ki, bildirişlərin verilməsinə nazirlikdə Güney adlı şəxs cavabdehdir və müraciətlər ona yönləndirilməlidir. Bu isə sualları daha da artırır.

Dövlətin özü tərəfindən ayrılmış qrantlarla bağlı bildirişin verilməsi niyə iki ay çəkir? Hazır sənədlərin hərəkəti niyə bu qədər ləngiyir?

Mövzu ilə bağlı “Yenixeberorg”a danışan ekspert bildirir ki, “ortaya çıxan mənzərə ondan ibarətdir ki, QHT- lərə Dövlət Dəstəyi Agentliyi məsuliyyəti öz üzərindən ataraq prosesi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə yönəldir. Nazirlik tərəfindən isə indiyədək ictimaiyyətə hər hansı əsaslandırılmış açıqlama verilməyib. Dövlət qurumları arasında koordinasiya problemi isə nəticədə vətəndaş cəmiyyətinin fəaliyyətinə zərbə vurur”.

Əslində burada söhbət yalnız texniki gecikmədən getmir. Problem həm də planlaşdırmanın və idarəetmənin keyfiyyəti ilə bağlıdır. Bir aydan sonra məktəblər bağlanacaq, tələbə və şagird auditoriyası yay tətilinə çıxacaq. QHT-lər isə fəaliyyətləri ya təxirə salmalı, ya da 10-15 gün ərzində formal şəkildə keçirməyə məcbur qalacaqlar. Belə vəziyyətdə layihələrin keyfiyyətli icrasından danışmaq çətindir.

Digər tərəfdən, təşkilatlar sentyabr ayına tədbir saxlamaq istəmirlər. Çünki yeni qrant müsabiqəsi elan olunanda əvvəlki layihələrin başa çatdırılması tələb olunur. Beləliklə, dövlət qurumlarının yaratdığı bürokratik gecikmə QHT-ləri faktiki olaraq çıxılmaz vəziyyətə salır: ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı.

Material hazırlanarkən QHT- lərə Dövlət Dəstəyi Agentliyindəki mənbədən əldə etdiyimiz məlumata görə, bu gün Ədliyyə Nazirliyi tərəfindən xeyli sayda bildiriş təqdim olunub. Bu, müəyyən irəliləyiş sayıla bilər. Amma problemin tam həll edilmədiyi də etiraf olunur. Deməli, xeyli sayda təşkilat üçün qeyri-müəyyənlik hələ də davam edir.(Yenixeberorg.com)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
Next: Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib?

OXŞAR MÖVZULAR

17827462024613364030_1200x630
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Mehriban Əliyeva: Qarşıdakı üç il üçün konkret Yol xəritəsi müəyyən olunmuşdur

admin 29.06.2026
1782738620_necef_rovsennnn
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?

admin 29.06.2026
1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026

XƏBƏR LENTİ

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
İngiltərənin “Mançester Siti” komandasının Entso Mareskanın təyinatını açıqlanıb. “Şəhərlilər” italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O,...
DAVAMI Read more about “Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı
“Fənərbağça”nın yeni transferi zədələndi vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib. Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi zədələndi
“Valideynlər, həyəcan təbili çalınır” 3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb. Snətçi bu barədə “Əsas çözüm” adlı...
DAVAMI Read more about “Valideynlər, həyəcan təbili çalınır”
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə...
DAVAMI Read more about Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar 1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb. “Qafqazinfo” xəbər verir ki, layihə...
DAVAMI Read more about Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

Bütün yazılar

rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.