Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?

admin 14.05.2026
1778748508_screenshot-2026-05-14-124635

Füzuli rayonu 33 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Mədinə Hallacova sosial media hesabında məktəbin problemləri ilə bağlı tənqidi paylaşımlarına, həmçinin yazılı əmr olmadan təhsil müəssisəsində yoxlama aparılmasına etirazlarına görə cəzalandırıldığını bildirir.
Bizimyol.info xəbər verir ki, Mədinə Hallacova vəzifəsindən azad edilib. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzaladığı əmrə əsasən, onunla müqaviləyə Əmək Məcəlləsinin 70ç maddəsi əsasında (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilib.

Əmrdə göstərilib ki, Mədinə Hallacova əmək müqaviləsi üzrə öhdəliklərini mütəmadi pozub. Məktəbdə şagird davamiyyəti yoxlanılanda onun üzrsüz səbəbdən iş yerində olmadığı aşkarlanıb.

Ötən ilin sentyabr və bu ilin mart aylarında direktor izahat verməyə çağırılsa da, imtina edib. Əmrdə yazıldığına görə, onun bu hərəkətləri aktlaşdırılıb. Daha sonra 19 mart 2026-cı ildə yazılı izahat verərək, gələcəkdə bir daha etik davranış qaydalarını pozmayacağını bildirsə də, buna əməl etməyib və mayın 6-da onunla əmək müqaviləsinə xitam verilib.

Mədinə Hallacova Bizimyol.info portalına bildirib ki, əmrdə onunla bağlı yazılanlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, qanunsuz göstərişlərə “baş əyməməsi” və problemləri sosial media hesabında ictimailəşdirməsi onun işdən çıxarılması ilə nəticələnib.

2023-cü il aprelin 11-dən həmin məktəbə direktor kimi təyinat aldığını deyən deyən Mədinə Hallacovanın sözlərinə görə, məktəbin şagirdləri keçmiş məcburi köçkün uşaqlarıdır. Çünki ərazidə yaşayanlar məcburi köçkün ailələridir: “Bu mənada, həssas qrupa daxil olan şəxslərdir. Onlar da mənim çıxarılmağımdan narazıdır. İşdən azad olunmağım haqda əmri oxuyanda mənə məlum olub ki, haqqımda bir neçə akt tərtib ediblər. Füzuli təhsil sektoru o aktları nə vaxt, necə tərtib edib, məlum deyil. Niyə sonradan çağırıb mənə bu barədə də məlumat verilməyib? əgər doğrudan da elə aktlar olubsa…”

Mədinə Hallacova deyir ki, o, bütün işlərini qayda-qanunlar çərçivəsində görüb. Onun sözlərinə görə, Füzuli rayon təhsil sektoru ilə aralarındakı problemlərdən biri rəhbərlik etdiyi məktəbə monitorinq məqsədilə gələn yoxlamanı buraxmaq istəməməsi olub: “Masamın üstündə Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi olub. Həmişə çalışmışam ki, bütün məsələləri qanun çərçivəsində həll edim. İşçilərimdən soruşsunlar, görsünlər ki, mənim haqqımda nə deyirlər. Yoxlama göndərirlər, mən də deyirəm ki, “əmri göstərin, sonra buyurun, keçin yoxlayın”. Bu da xoşlarına gəlmir. Mən işçimin sənədlərini qeyri-leqal formada içəri girən istənilən adamın qarşısına qoya bilmərəm. Niyə konfidensiallığı pozmalıyam? Əmr istəmişəm, olmayıb, içəri buraxmamışam. Bu iş prinsipi də xoşlarına getməyib. Məni hədələyiblər ki, müqavilən uzadılmayacaq”.

Keçmiş direktorun sözlərinə görə, 2024-cü il sentyabrın 27-də şəhidlərin anım günü ilə əlaqədar ailələri ziyarət edərkən Füzuli rayon təhsil sektorunun əməkdaşları məktəbə gəlib və çəkiliş ediblər. Onun iş yerində olmadığını videogörüntülərlə sübut etmək istəyiblər: “Bu çəkilişə, bu şantaja görə mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim. Çünki heç kimin ixtiyarı yoxdur ki, gəlib bu şəkildə məktəbdə çəkiliş eləsin, şantaj eləsin. Onlar dedilər ki, bizim çəkilişə icazəmiz var. Bununla bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu göndərildi”.

Bu məsələ Elm və Təhsil naziri Emin Əmrullayevə qədər gedib çıxıb. Mədinə Hallacova nazirin qəbulunda olub. Görüş zamanı “102”yə şikayət məsələsi də müzakirə olunub: “O zaman da ona fərqli formada çatdırmışdılar şikayət etməyimi. Ona bu addımımın səbəbini izah etdim. Bunlar baş verənləri öz istədikləri kimi çatdırırlar. Bilmirəm, kənardan necə görünür, amma çox obyektiv, hətta tənqidə də açıq insandır Emin müəllim. Sadəcə, imkan vermirlər ki, məsələlərdən hərtərəfli xəbər tutsun”.

Mədinə Hallacova qeyd edir ki, rəhbərlik etdiyi məktəbdə yağış yağarkən ciddi problemlər yaşanırdı, elektrik sistemində təhlükəli vəziyyət yaranırdı. Həm bunu, həm də məktəbdəki bir sıra başqa problemləri Facebook hesabından paylaşaraq ictimailəşdirib. Onun sözlərinə görə, bu paylaşımlarından sonra işdən çıxarılmasını qətiləşdiriblər: “Mən ADA-da ixtisasartırma təhsili alıram. Orada praktika günüm olmalıydı. Bir də əvvəldən 25 günlük məzuniyyətim qalmışdı. Elektron şəkildə Füzuli rayon təhsil sektoruna məktub göndərdim ki, sabah bu məsələ ilə əlaqədar Bakıya gedirəm. Təsəvvür edin, mənə problem yaradılsın deyə, təhsil sektorunun müdiri məzuniyyət götürür və mənim elektron ərizəmə baxmır. Axşam saat 10-da mənə zəng olundu ki, ərizə gərək əlbəəl verilsin. Dedim ki, eybi yox, sabah işçimə deyərəm, gətirib çatdırar. Çünki sabah mən ADA-da olmalıyam. Ertəsi gün mənə deyirlər ki, ərizəniz keçərsizdir. Akt tərtib edirlər ki, Mədinə Hallacova iş yerində yoxdur. Bu cür davranmaqda məqsəd sosial şəbəkələrdəki tənqidlərimə görə məni işdən çıxarmaq üçün zəmin yaratmaq idi”.

Mədinə Hallacova əlavə edib ki, baş verənlərlə əlaqədar Həmkarlar İttifaqına müraciət edib. Lakin onu qəbul etməyiblər. Daha sonra nazir Emin Əmrullayevin Qusarda görüşündə onun qəbuluna düşmək üçün şimal bölgəsinə yollanıb. Amma onunla görüşə bilməyib: “Biləndə ki, mən nazirin qəbuluna gedirəm, məhz həmin gün də yoxlama keçirib, yenidən akt tərtib ediblər”.

Qeyd edək ki, Mədinə Hallacovanın işdən çıxarılması barədə əmrdə yazılıb ki, o, “Facebook” hesabında ötən ilin sentyabrında, bu ilin mart və aprel aylarında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Qarabağ Regional Təhsil İdarəsinin fəaliyyəti barədə tənqidi fikirlər səsləndirib, narazılıqlarını geniş ictimaiyyətə açıq şəkildə çatdırıb. Bu isə əmrdə onun işdən çıxarılmasına əsas kimi göstərilib.

Bizimyol.info Mədinə Hallacovanın dediklərinə münasibət öyrənmək üçün onunla müqaviləyə xitam vermiş Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Bu qurumdan isə tövsiyə olunub ki, Qarabağ Regional Təhsil İdarəsindən münasibət bildirilsin. Lakin adıçəkilən qurumdan fikir öyrənmək cəhdlərimiz nəticəsiz qalıb.

Aytən, Bizimyol.info

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Next: Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək – SİYAHI

OXŞAR MÖVZULAR

1782801950_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rəsmi sənədlər başqa, beallıq başqa: “Ankara Klinik”də nələr baş verir?

admin 30.06.2026
1782756429_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?

admin 30.06.2026
1782757380_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

FHN-in qərarları niyə icra olunmur? – Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri/VİDEO

admin 30.06.2026

XƏBƏR LENTİ

Rəsmi sənədlər başqa, beallıq başqa: “Ankara Klinik”də nələr baş verir? 1782801950_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rəsmi sənədlər başqa, beallıq başqa: “Ankara Klinik”də nələr baş verir?

admin 30.06.2026
“Ankara Klinik” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində hüquqi və kommersiya baxımından ziddiyyətli məqamlar yaranıb. 32gun.az-ın Dövlət Vergi Xidmətinin...
DAVAMI Read more about Rəsmi sənədlər başqa, beallıq başqa: “Ankara Klinik”də nələr baş verir?
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi: “Biznesimizin 10 günlük iflici…” 1782757039_1
  • CƏMİYYƏT

Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi: “Biznesimizin 10 günlük iflici…”

admin 30.06.2026
“Biznesdə dürüstlük və operativlik ən vacib amildir. Təəssüf ki, Azercell ilə işbirliyimizdə bunun tam əksini gördük…” “DİA-AZ”...
DAVAMI Read more about Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi: “Biznesimizin 10 günlük iflici…”
Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT 1782761030_1
  • CƏMİYYƏT

Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT

admin 30.06.2026
2025-ci ilin oktyabrından – 8 aydır Ali Məhkəmənin İnzibati Kollegiyasının (s/e Rahib Nəbizadə, iş 3888) icraatında olan...
DAVAMI Read more about Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT
Hamamböcəyinə qarşılıq desert təklifi: “Mado”nun “xüsusi” menyusu!-VİDEO 1782758017_1
  • CƏMİYYƏT
  • VİDEO

Hamamböcəyinə qarşılıq desert təklifi: “Mado”nun “xüsusi” menyusu!-VİDEO

admin 30.06.2026
“Mado” restoranlar şəbəkəsinin Gənclik Mall filialında müştəriyə təqdim edilən şorbadan hamamböcəyi çıxıb. 1xeber.media xəbər verir ki, vətəndaş...
DAVAMI Read more about Hamamböcəyinə qarşılıq desert təklifi: “Mado”nun “xüsusi” menyusu!-VİDEO
Bəxti bağlanmış Badamdar yolu – Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? – VİDEO 1782789245_1
  • CƏMİYYƏT
  • VİDEO

Bəxti bağlanmış Badamdar yolu – Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? – VİDEO

admin 30.06.2026
Yol bağlanıb, hərəkət məhdudlaşdırılıb, amma aylardır yamacda gözəçarpan hər hansı iş görülmür. Oxu.Az “Xəzər” TV-yə istinadən xəbər...
DAVAMI Read more about Bəxti bağlanmış Badamdar yolu – Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? – VİDEO

Bütün yazılar

1782801950_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rəsmi sənədlər başqa, beallıq başqa: “Ankara Klinik”də nələr baş verir?

admin 30.06.2026
1782757039_1
  • CƏMİYYƏT

Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi: “Biznesimizin 10 günlük iflici…”

admin 30.06.2026
1782761030_1
  • CƏMİYYƏT

Hər hakimin özünün vahid məhkəmə təcrübəsi var? -TƏFSİLAT

admin 30.06.2026
1782758017_1
  • CƏMİYYƏT
  • VİDEO

Hamamböcəyinə qarşılıq desert təklifi: “Mado”nun “xüsusi” menyusu!-VİDEO

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.