Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ

admin 13.05.2026
1778659012_1
Füzulinin inzibati ərazisi: 2 şəhər, 16 qəsəbə, 80 kənd – SİYAHI

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Füzuli Rayon Gigiyena və Epidemiologiya MərkəziFiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə Mətbəə və dəftərxana–təsərrüfat mallarının alınması ilə bağlı müqavilə bağlayıb. 06.05.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında Bir mənbədən olmaqla bağlanan müqavilənin dəyəri 7500 AZN-dir…

Bu istiqamətdə Füzulidəki oxucularımızın “Yenixeberorg”a ötürdüyü məlumata görə, tərəflər arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var…Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə yuxarıda qeyd etdiyimiz kimi, Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzimüvafiq satınalma müsabiqəsi elan etmədən, bir mənbədən olmaqla Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə müqavilə bağlayıb.

Bu maraq doğuran faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız məlum portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

İndi isə sual olunur:Füzuli Rayon Gigiyena və Epidemiologiya MərkəzininMətbəə və dəftərxana–təsərrüfat mallarının alınması ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzitərəfindən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Söhbət hansı ərzaq məhsullarından gedir?

Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu hansı üstünlükləri ilə seçilib? Və s…

Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə bağlı…

Bu şəxslə bağlı internet üzərindən apardığımız araşdırmalarla maraqlı faktlar üzə çıxdı:

Məlum oldu ki, adam elə ötən ay Azərbaycan Tibb Universiteti ilə də 4200 AZN-lik müqavilə bağlayıb. Bu müqavilə ilə universitet qarşı tərəfdən 60 ədəd dovşan, 1500 ədəd qurbağa alacaq…

Bu hələ harasıdır, sən demə Məmmədov Cavanşir Cahangir oğlu Fiziki Şəxs olmaqla bərabər həm də, “ANTİK GROUP C” Məhdud Məsuliyyətli Cəmiyyətin Qanuni təmsilçisidir(?) Xatırladaq ki, bu MMC-nin hüquqi ünvanı AZ4900, Saatlı rayonu, Əlisultanlı kəndidir. 7 may 2025-ci ildə dövlət qeydiyyatına alınan bu MMC-nin nizamnamə kapitalı isə 10 manatdır.
Göründüyü kimi, Məmmədov Cavanşir Cahangir oğlunun adı təkrar olunan bir sıra maliyyə əməliyyatlarında şübhə doğurmaqla, müəyyən araşdırmaları da zəruri edir…
Adı müxtəlif-bir-biri ilə uymayan malların təchizatçısı kimi hallanan bu şəxslə bağlı internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq da mümükün deyil?) Heç bir əlaqə vasitəsinin olmaması faktı da dövlət vəsaitinin belə bir şəxsə etibar edildiyinə ciddi şübhələri stimullaşdırır…

Dəxilsiz, təhdid qoxulu “cavablar”…

Biz Yenixeberorg.com olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru cənab Zülfüqar Əliyevəonline rəsmi sorğu ünvanladıq…

Aydın və azsaylı suallarımız isə belə idi:

1. Füzuli Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu ilə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilibmi? Əgər belə deyilsə, bu satınalmada “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunun 15-ci və 49-cu maddələrinin tələblərinə nə dərəcədə əməl edilib və bir mənbədən satınalma hansı zərurətdən olub?

2. Əgər satıalma elan olunubsa, satınalma komissiyasında neçə nümayəndəniz olub, kimlərdir və sədr kimdir?

3. Müsabiqədə neçə iddiaçı iştirak edib, hansılardır və Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlu hansı üstünlükləri ilə qalib olub?

4. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun analoji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımı imkanları haqqında hansı məlumatlarınız var?
5. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun son birildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyəhesabatı (Vergi borcu ilə bağlı.) və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı varmı?

6. Fiziki Şəxs Məmmədov Cavanşir Cahangir oğlunun müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları (Yaxud Lisenziyası) varmı, varsa hansı qurumlardan alınıb?

***
Təəssüf ki, sorğumuzda yer alan suallara aydınlıq gətirilmədi…Həm də nəinki suallarımız cavabsız qaldı, bizimlə telefon danışığında hörmətli direktor “nə istəyirsiniz yazın, getsin” kimi yumşaq desək anlaşılmaz ifadələrə üstünlük verdi(?)

(Baxmayaraq ki, sorğumuzda böyük ferma və restoranların qoxusu hiss olunmurdu. Bu haqda qarşıdakı günlərdə…Red.)

Mərkəzin baş mühasibi hörmətli Hörmət Səfərov isə direktorundan da irəli gedərək, sorğumuzdakı sualları “unudub da” dəxilsiz, bir az da təhdidi qoxulu “cavablara” üstünlük verdi(?)

Dövşan, qurbağa satan bir kimsədən mətbəə və dəftərxana–təsərrüfat malları alan tərəfdən bu sayaq cavablar təəssüf doğursa da, təəccüblü olmadı…

Hörmətlə xatırlatma…

Əvvəla, hörmətli direktora və baş mühasibə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin… Dövlətin pulun heç bir məmur, səlahiyyət sahibi könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir də!

Eyni zamanda məlum funksiyaların icraçısı kimi medianın sorğusu da cavablandırılmalıdır. Təkcə ona görə yox ki, hansısa yanlış informasiya tirajlana bilər, həm də ona görə ki, bu hər bir səlahiyyət sahibinin vəzifə borcudur. Gec də olsa bunu bilmək lazımdır…

Həm də onu bilmək lazımdır ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeberorg.com)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi – QƏRAR
Next: Saleh Səmədovun məhkəməsi başladı

OXŞAR MÖVZULAR

1782772191_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub

admin 30.06.2026
1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.