Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT

admin 13.05.2026
1778601682_1
Redaksiyamızın elektron poçtuna “Pilgrim Edu” MMC-nin direktoru Aisa Aslanova və şirkətin məsul şəxsi Leyla Mustafayeva tərəfindən ölkə prezidenti İlham Əliyevə müraciət daxil olub.

Müraciətin mətni ilə sizi tanış edirik:

Cənab prezident!

Sizin bütün sahələrdə verdiyiniz tövsiyələr yubanmadan öz bəhrəsini verməkdə davam edir. Təhsil sahəsində isə xüsusi diqqətiniz gənclərimizin daha da parlaq və savadlı yetişməsinə, Vətənə layiqli vətəndaş olacağına əminliklə zəmanət verir. Bunlardan əlavə xalqımızın maddi rifah halı durmadan yaxşılaşır, sosial sahədə də böyük nailiyyətlər qazanılır. Ölkəmizin hər bir guşəsi, hər bir yaşayış məntəqəsi inkişaf etmişdir. Bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir. Prezident olaraq müəyyən etdiyiniz iqtisadi inkişaf strategiyanız prioritetlərindəndir. Eyni zamanda ölkəmizdə azad sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə gətirib çıxarıb. Sahibkarlara ən yüksək şəkildə dəstək göstərilməsi dövlət siyasətinin əsas prinsiplərindən biridir. Bu dəstək müxtəlif formalarda özünü göstərir. Məlum olduğu kimi, son vaxtlar ölkədə həyata keçirilməkdə olan islahatlar, xüsusən də kadr islahatları sahəsində dinamika daha da artıb. Bir-birinin ardınca nazirliklərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi yeni düşüncəli, sağlam təfəkkürlü gənclərə etibar olunmağı hər birimizi sevindirir.

Cənab Prezident!

Sizə müraciət etməkdə məqsədimiz müəyyən özbaşınalıq, qanunsuzluqla bağlı səlahiyyətli şəxslərin diqqətini çəkmək və tədbir görülməsini xahiş etməkdir. Min bir əziyyət hesabına formalaşdırdığımız “Pilgrim Edu” MMC şirkəti xaricdə sığınacağ alan bir qrup şəxslər tərəfindən şantaja, böhtana, hədəyə məruz qalıb. Əslində, şirkətimizə yönələn hücümların təşkilatçısı məhz Azərbaycanda, bir sözlə dövlət qrumlarında çalışan şəxsdir. Bəli, konkret iftiralara, həqiqətə uyğun olmayan yalanlara və böhtanlara əsaslanan ittihamlar sözün əsl mənasında “Pilgrim Edu” MMC ailəsini şoka salıb.

Cənab Prezident!

Bir müddət öncə açıq platformadan sahibkarlara səsləndirdiyiniz məntiqli düşüncələri qeyd etməmək haqsızlıq olardı: “Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”. Bəli, bu gün biz Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərova tərəfindən müflis olduq. Tam qanuni fəaliyyət göstərən və eyni zaman da tələbələrin dövlət proqramı hesabına xarci universitetlərdə təhsil almaqlarına əlindən gələni əsirgəməyən “Pilgrim Edu” MMC şirkəti V. İsgəndərova tərəfindən çox acınacaqlı şəkildə zərbə aldı. Bu da bir növ həm şirkətimizə, həm də dövlətə qarşı ən böyük xəyanətdir. BDU-nun dosenti Vəfa İsgəndərovanın əməlləri tək bununla bitmir. Belə ki, Avropada siyası sığınacaq alan, özünü “Müqavimət Media” kimi elan edən Ruslan Əliyevlə məxfi sürətdə əməkdaşlığı üzə çıxıb. Təbii ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə ətraflı məlumat verimişik.

Cənab Prezident!

Dövlətə qarşı inqilab etmək istəyən, kommunist partiyalar yaradan, Ulu Öndərimiz Heydər Əliyev haqqında mənfi fikirlər yayan bir qrup siyası sığınacaq alan şəxslərlə üz-üzə qalmışıq. Həmən arzuolunmaz şəxslər ölkə gənclərini ətraflarına toplamaq üçün dövlətimizdə təmsil olunan bəzi məmurlardan istifadə etməyə çalışır. Yəni. açıq formada sosial mediadan gəncləri inqilaba dəvət edirlər. Təbii ki, Ruslan Əliyev və Fərid Rüstəmzadə Bakı Dövlət Universitetinin dosenti Vəfa İsgəndərovadan təlimat aldığı məlum olub. Adı hallanan hər iki şəxsin hardan və necə maliyələşdiyi hər birimizə məlumdur. Bizdə olan məlumatlara görə, ölkənin bir neçə universitetində çalışan müəllimlər tələbələri həmən qeyri-ciddi platforma sayılan”Muqavimət Media”sına cəlb edirlər.

Cənab Prezident!

Bakı Dövlət Universitetinin dosenti V. İsgəndərova ölkədə xaos yaratmaqla, narazı kütlənin artmasına və onları bir başa Avropada siyası sığınacaq alan şəxslərə yönləndirməsi diqqət çəkən məqamlardandır. Diqqətinizə çatdırmaq istəyirik ki, gənclərin “Müqavimət Media” kimi qeyri-rəsmi və mübahisəli platformalara istiqaməti məhz Vəfa İsgəndərovanın “xüsusi xidmətidir”. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçivan üzrə nümayindəsinin müdri hansı təfəkküllə xəyanət metodunu seçib? Həqiqətəndə dövlətə sədaqətlə xidmət edən şəxs öz prezidentinə, dövlət qanunlarına sadiq olmalıdır.

Cənab Prezident!

Qüdrətli dövlətimizin sizin kimi rəhbər və müdrik prezidenti var. Bəzən prezidentə məktub yazdığı üçün yerlərdəki məmurlar tərəfindən təzyiqə məruz qalan vətəndaşların olması bizi heç nədən çəkindirməyir. Ona görə də bir başa sizlərə üz tutub müraciətimizi edirik. Sizin medianı yaxından izləməyiniz sözün həqiqi mənasında böyük alqışlara səbəb olub. Xahiş edirik ki, BDU-nin dosenti Vəfa İsgəndərovanın Avropa ilə bütün əlaqələri dərindən araşdırılsın. İmkan vermərik ki, Azərbaycanın suveren və müstəqil dövləti bir qrup nankorlar tərəfindən zərbə altına düşsün. Əlbətdə ki, bu yöndə sizin ətrafınızda sıx birləşən ölkə vətəndaşlarının sıralarında bizlərdə varıq. Öz növbəmizdə “Pilgrim Edu” MMC şirkəti adından Sizə öz dərin təşəkkürümüzü bildiririk.(Mənbə: demiryumruq.az)

Hörmətlə, “Pilgrim Edu” MMC-nin direktoru Aisa Aslanova,

Şirkətin məsul şəxsi Leyla Musatafayeva

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
Next:  “690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” – Mərkəzi Klinikadan ŞİKAYƏT

OXŞAR MÖVZULAR

1782802786_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Yüksək vəzifədə olan qaynım Natiq Əliyev məni aldadıb, evimi də, pulumu da ələ keçirdi. İndi kafelərdə qabyuyan işləyirəm

admin 30.06.2026
1782822801_xelil-goyushov9
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

admin 30.06.2026
28f3e905-8474-4863-8196-1a8f148fafad
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

İbrahim Nəbioğlunun yeni çıxmış “Oxumaq və unutmaq paradoksu” kitabı haqqında

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.