Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sumqayıt “qohum-əqrəba” şirkətlərin yaşıllıq meydanına çevrilib-MÜƏMMALI TENDERLƏR
  • CƏMİYYƏT

Sumqayıt “qohum-əqrəba” şirkətlərin yaşıllıq meydanına çevrilib-MÜƏMMALI TENDERLƏR

admin 14.10.2024
1728892030_1549893714_8932997 (1)

Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov kimə, niyə və necə güvənir?

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsi daha bir tenderi yekunlaşdırıb. 08.10.2024-cü il tarixdə bu idarə ilə “SAFFİRA PLUS”  Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)  arasında növbəti müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq Yaşıllaşdırma İdarəsi şəhərin yaşıllaşdırılması qarışılığında “SAFFİRA PLUS”  MMC-nə 289.690 AZN ödəməli olacaq.

Diqqət etdinizsə tərəflər arasında “növbəti müqavilə bağlanıb” yazdıq. Bəli, nə karədirsə(?) Sumqayıtın yaşıllaşdırılması birmənalı olaraq ya “SAFFİRA PLUS”  MMC-nə, ya da bu MMC ilə yaxın günlərdə, eyni ünvanda, eyni adamın təsisçiliyi ilə meydana çıxardılmış MMC-lərə həvalə edilir(?) Elə ötən il də-14.12.2023-cü il tarixdə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi “SAFFİRA PLUS”  MMC-ni qalib elan edib və 279.660 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Sumqayıtdakı oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə bu heç də sıradan bir təsadüf, yaxud da “SAFFİRA PLUS”  MMC-nin bu sahədə peşəkar kollektivə sahib, ixtisaslaşmış şirkət olması ilə bağlı deyil. Yeri gəlmişkən, dəfələrlə , həm də heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi “SAFFİRA PLUS”  MMC-nin nəinki veb-saytı yoxdur, ümumiyyətlə bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Təkcə bu fakt yetərincə şübhələrə yol açır…

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir…

Google üzərindən apardığımız araşdırmalarla məlum olur ki, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi bir gündə-14.12.2023-cü il tarixdə- “SAFFİRA PLUS”  MMC ilə iki müqavilə bağlayıb. İkinci müqvilə 292.050 manat məbləğindədir. Birinci müqavilənin şərtlərinə görə podratçı təşkilat satınalan təşkilatı qızıl gül, geran, xına gülü, kanna, ivan – mariya kimi 11 adda dibçəkdə gül ilə və suvarma şlanqı, motorlu ot biçən, bel (düz) kimi təsərrüfat alətləri ilə təchiz etməli, ikincinin şərtlərinə görə isə primula, lakfiola, xalenxoy, xrizantema, alyandra, qərənfil kimi 15 adda 15-25 min ədəd arası dibçəkdə gül ilə təchiz etməlidi.

Göründüyü kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “SAFFİRA PLUS” MMC ilə bir günün içində eyni lot üzrə iki satınalma müqaviləsi bağlayıb ki, ümumi dəyəri 571 710 manat təşkil edib. Yaşıllaşdırma İdarəsi eyni lot üzrə eyni güllərin alınması üçün “SNS COMPANY” MMC ilə 289.690 manat məbləğində daha bir satınalma müqaviləsi bağlamağı planlışdırır ki, bu barədə 29.11.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Hər biri 15-25 min ədəd olmaqla eyni lotlar üzrə iki satınalma müqaviləsi də “FİRE ENGİNEERİNG”  MMC ilə bağlanılıb. Bunlardan 293.230 manat məbləğində 26.07.2023-cü il, 293.702 manat məbləğində isə 05.05.2023-cü il tarixlərində bağlanılıb. Səkkiz ay ərzində bağlanılmış bu 5 satınalma müqaviləsinin ümumi dəyəri isə 1 448 332 manat təşkil edir. İndi gəlin görək bu MMC-lər nə işlə məşğuldurlar

Başlayaq “SAFFİRA PLUS” MMC-dən.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Fətəliyeva Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Fətəliyeva Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqların salınması işləri  üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki,  “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS”  MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar.(aktualinfo.org)

***

Biz Yenixeber.org olaraq toxunduğumuz bu və digər faktlarla bağlı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsindən müəyyən suallarımıza cavab almaq istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Dövlətin pulunu xərcləyən tərəf kimi Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov kimə, niyə və necə güvəndiyini özü bilər. Bizə isə xatırlatmaq düşər ki, dövlətin pulu heç kimə dədə-babasından qalmayıb: bizim vergilərimiz hesabına formalaşan büdcə vəsaitinin necə xərclənməsini bilmək hər bir Azərbaycan vətəndaşının hüququ və haqqıdır.

Həm də heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…

Onu da xatırladaq ki, İlyas Həsənov uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı.(Yenixeber.org)


Sumqayıt Yaşıllaşdırma İdarəsinin həyəti(?)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Belçikanın ölkəmizdəki yeni səfirini qəbul edib
Next: Bərdədə azyaşlı qızına qarşı fiziki zorakılıq edən ata CƏZALANDIRILDI

OXŞAR MÖVZULAR

1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026
1780647755_1
  • CƏMİYYƏT

Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.