Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb.
Bu barədə İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.
“İlkin məlumatlara görə, iyunun 5-i səhər saatlarında Oktyabrsk rayonunda Ob çayında 8 sərnişini olan kiçik gəmi aşıb. Hazırda həlak olanların və xəsarət alanların sayı müəyyənləşdirilir”, – məlumatda qeyd olunub.
Su nəqliyyatı vasitələrinin hərəkəti və istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb, müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar.
PAYLAŞIN:
