Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?

admin 12.05.2026
1778568010_whatsapp-mage-2026-05-11-at-11_47_11-1

Cəmiyyətin hörmət göstərdiyi, sayğıyla andığı bir şəxsiyyətin xatirəsindən sui-istifadə edilərək dövlət vəsaitinin mənimsənilməsi barədə faktların ortaya çıxması təkcə maliyyə cinayəti deyil, həm də mənəvi aşınmanın göstəricisi idi
Kimlər dövlət büdcəsi ilə bağlı şübhəli layihələrin üstünün örtülməsinə çalışır? Niyə konkret faktlar təqdim olunduğu halda məsələ hüquqi müstəviyə daşınmır? Niyə dövlətin pulları ilə bağlı sual verənlər cəzalandırılır, amma həmin pulların taleyi ilə bağlı cavab verməli olan şəxslər toxunulmaz qalır?
Srağagün Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edən insanların sayı-hesabı yox idi. Minlərlə insan ora böyük ehtiram hissi ilə axışırdı. Bu mənzərə bir daha sübut etdi ki, xalqın Ulu Öndərə sevgisi və bağlılığı illər keçsə də dəyişmir. İnsanlar onun dövlətçilik fəlsəfəsinə, ölkəyə qazandırdığı sabitliyə və siyasi irsinə hörmət göstərmək üçün gəlmişdilər.
Ancaq 3 gün öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçisi Aygün Əliyevanın da Fəxri Xiyabanda görünməsi “Yenixeberorg”un oxucuları tərəfindən ciddi narazılıq və ikrah hissi doğurub. Səbəb isə bir ilə yaxındır məhz bu qurumun ətrafında dolaşan korrupsiya, saxta tender və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı təqdim etdiyimiz faktlar və bu faktların aidiyyatı dövlət orqanları tərəfindən araşdırılmamasıdır.
Xatırlayırsınızsa, 2022-ci ilin may ayında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva tərəfindən “Turalux” MMC-yə 30-35 min manat civarında vəsait ayrıldığı bildirilmişdi. Guya məqsəd “Heydər Əliyevin Şuşa sevgisi” adlı tədbirin keçirilməsi idi. Lakin zaman keçdikcə məlum oldu ki, ortada nə ciddi tədbir var, nə ictimai hesabat, nə də xərclənən vəsaitin şəffaf izahı.
Ən ağır məqam isə budur ki, Ulu Öndərin adı korrupsiya iddialarının mərkəzinə çevrildi. Cəmiyyətin hörmət göstərdiyi, sayğıyla andığı bir şəxsiyyətin xatirəsindən sui-istifadə edilərək dövlət vəsaitinin mənimsənilməsi barədə faktların ortaya çıxması təkcə maliyyə cinayəti deyil, həm də mənəvi aşınmanın göstəricisi idi. Həm də ölkə Prezidenti İlham Əliyevin ailəsinə hörmətsizlikdir.
Bu gün əsas sual budur: niyə bu məsələ araşdırılmadı?
Əgər ortada saxta tender, şübhəli ödəniş və mənimsəmə iddiaları varsa, niyə hüquq-mühafizə orqanları susdu? Niyə Hesablama Palatası, maliyyə nəzarəti strukturları və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi araşdırma aparmadılar? Yoxsa müəyyən dairələr bu faktların ictimailəşməsində maraqlı deyil?
Cəmiyyətdə belə bir qənaət yaranır ki, məsələ artıq təkcə bir şəxsin və ya bir qurumun problemi deyil. Burada müəyyən himayədarlıq münasibətlərinin olduğu ehtimalı getdikcə güclənir. Çünki adi bir QHT rəhbəri ən xırda sənəd səhvinə görə məsuliyyətə cəlb olunduğu halda, dövlət büdcəsindən on minlərlə manatın ayrıldığı layihə ilə bağlı ciddi suallar cavabsız qalırsa, deməli ortada qeyri-adi bir “toxunulmazlıq” mexanizmi mövcuddur.
Daha ciddi fakt isə məsələni gündəmə gətirən bəzi QHT rəhbərlərinə qarşı təzyiqlərlə bağlıdır. Bildirilir ki, xüsusilə bəzi xanım QHT sədrləri bu faktları ictimailəşdirdikdən sonra müxtəlif təzyiqlərlə üzləşiblər. Onların qrant layihələrinin dayandırılması, tədbirlərdən kənarlaşdırılması və digər imtiyazlardan məhrum edilməsi artıq sektorda qorxu atmosferi yaradıb.
Ən təhlükəli məqam isə digər QHT rəhbərlərinin də qrant və maliyyə asılılığı vasitəsilə susdurulmasıdır. Bu istiqamətdə “Yenixeberorg.com”a ötürülən məlumatlardan da aydın olur ki bəzi şəxslər qrant imkanlarını itirməmək üçün bu məsələlər barədə danışmır, hətta həqiqətləri dilə gətirən şəxslərə qarşı mövqe tutmağa məcbur edilirlər. Belə olan halda QHT sektoru vətəndaş cəmiyyətinin dayağı yox, idarə olunan və susdurulan bir mexanizmə çevrilib.
Bütün bunların fonunda ortaya çox ciddi suallar çıxır:
Kimlər QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki bu iddiaların araşdırılmamasında maraqlıdır?
Kimlər dövlət büdcəsi ilə bağlı şübhəli layihələrin üstünün örtülməsinə çalışır? Niyə konkret faktlar təqdim olunduğu halda məsələ hüquqi müstəviyə daşınmır? Niyə dövlətin pulları ilə bağlı sual verənlər cəzalandırılır, amma həmin pulların taleyi ilə bağlı cavab verməli olan şəxslər toxunulmaz qalır?
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -Bu, hüquqi nihilizmdir
Əgər bu gün bir layihə üzrə ortaya çıxan faktlar ört-basdır edilirsə, cəmiyyət haqlı olaraq düşünür ki, görünməyən daha böyük korrupsiya sxemləri də mövcud ola bilər. Çünki cəzasızlıq korrupsiyanı böyüdür. Himayədarlıq isə onu sistemləşdirir.
Ən acınacaqlısı isə odur ki, bütün bunlar Ulu Öndərin adı altında edilir. Halbuki Heydər Əliyev dövlətçilik anlayışında dövlətə sədaqəti, qanunun aliliyini və milli maraqları hər şeydən üstün tuturdu. Bu gün onun adından istifadə edib şəxsi maraqlar güdmək, büdcə vəsaitlərini şübhəli layihələrə yönəltmək həmin siyasi irsə qarşı açıq hörmətsizlikdir. Görünən də odur ki, belələrinin həm də çox güclü “krışa”sı var.
Bu məsələ artıq lokal qalmaqal deyil. Bu, dövlət və cəmiyyət münasibətləri, ictimai etimad və şəffaflıq məsələsidir. Ona görə də bu iddiaların ən yüksək səviyyədə araşdırılması, bütün sənədlərin ictimaiyyətə açıqlanması və məsul şəxslərin hüquqi qiymət alması vacibdir.(Yenixeberorg.com)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Gürcüstanın yeni patriarxı seçilib
Next: Lökbatanda güclü yanğın başladı – Video – Fotolar

OXŞAR MÖVZULAR

17827462024613364030_1200x630
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Mehriban Əliyeva: Qarşıdakı üç il üçün konkret Yol xəritəsi müəyyən olunmuşdur

admin 29.06.2026
1782738620_necef_rovsennnn
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?

admin 29.06.2026
1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026

XƏBƏR LENTİ

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
İngiltərənin “Mançester Siti” komandasının Entso Mareskanın təyinatını açıqlanıb. “Şəhərlilər” italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O,...
DAVAMI Read more about “Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı
“Fənərbağça”nın yeni transferi zədələndi vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib. Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi zədələndi
“Valideynlər, həyəcan təbili çalınır” 3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb. Snətçi bu barədə “Əsas çözüm” adlı...
DAVAMI Read more about “Valideynlər, həyəcan təbili çalınır”
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə...
DAVAMI Read more about Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar 1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb. “Qafqazinfo” xəbər verir ki, layihə...
DAVAMI Read more about Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

Bütün yazılar

rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.