Skip to content
29.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Funda Hospitalında həkim İmran Cərullazadənin icra etdiyi göz əməliyyatı faciəyə çevrildi – Vətəndaş gözünü itirdi
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Funda Hospitalında həkim İmran Cərullazadənin icra etdiyi göz əməliyyatı faciəyə çevrildi – Vətəndaş gözünü itirdi

admin 11.05.2026
main

“Real Azərbaycan”a müraciət edən vətəndaş Xəyalə Quliyeva bildirir ki, fevral ayında görmə zəifliyi səbəbindən Nərimanov rayonunda yerləşən “Funda Hospital”da göz həkimi kimi fəaliyyət göstərən İmran Cərullazadəyə müraciət edib.

Onun sözlərinə görə, ilkin müayinə zamanı həkim əməliyyatın zəruri olduğunu bildirib və prosedurun cəmi 5–6 dəqiqə davam edəcəyini, heç bir narahatlığa əsas olmadığını qeyd edib. Lakin Xəyalə Quliyeva iddia edir ki, əməliyyatdan sonra vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib. Onun sözlərinə görə, əməliyyatdan bir gün sonra yenidən həkimə müraciət etdikdə, əməliyyatın uğursuz nəticələndiyi qəbul edilsə də, vəziyyətə ciddi yanaşılmayıb. Şikayətçi əlavə edir ki, bir həftə sonra aparılan yoxlamalarda əməliyyat olunan gözün daha da zəiflədiyi məlum olub, lakin buna “normal hal” kimi izah verilib.

Xəyalə Quliyevanın iddiasına görə, sonrakı günlərdə vəziyyət daha da ağırlaşıb, gözündə çirkli ifrazat, batma hissi və güclü ağrılar yaranıb, görmə isə demək olar ki, tam itmə həddinə çatıb. O, bu vəziyyətlə bağlı yenidən “Funda Hospital”a müraciət etsə də, evə göndərildiyini bildirib.

Şikayətçi qeyd edir ki, gecə saatlarında ağrılar şiddətləndiyinə görə təcili şəkildə Göz Xəstəlikləri İnstitutuna aparılıb və orada həkim səhvi nəticəsində bu vəziyyətin yarandığı bildirilib. Daha sonra Türkiyəyə gedən Xəyalə Quliyeva “Dünya Göz Xəstəxanası”nda əməliyyat olunduğunu və ona “Endoftalmit” diaqnozu qoyulduğunu bildirir. Onun sözlərinə görə, bu diaqnoz ciddi və təhlükəli göz xəstəliyi hesab olunur və əlavə müdaxilə tələb edir. Şikayətçi bildirir ki, bütün bu müddət  ərzində İmran Cərullazadəyə dəfələrlə müraciət etsə də, ona məsuliyyəti qəbul etmədiyini və hara istəsən şikayət edə bilərsən cavabı alıb. Xəyalə Quliyeva məsələ ilə bağlı baş prokuror Kamran Əliyevə də şikayət etdiyini, həkimin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini qeyd edib.

Onun sözlərinə görə, həm maddi ziyana uğrayıb, həm də görmə qabiliyyətini ciddi şəkildə itirib.

“Real Azərbaycan” qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Tehran Vaşinqtonla nüvə proqramının müzakirəsindən imtina etdi
Next: WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

OXŞAR MÖVZULAR

1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026
whatsapp-image-2026-06-29-at-14_35_46 (1)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

70 yaş ərəfəsində Əməkdar həkim hədəfdə? – Səyyaf Tağıyevlə bağlı yayılan iddiaların pərdəarxası

admin 29.06.2026
1782650106_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

 Mirsaleh Seyidovun AĞ ÇÖRƏYİ… – İLGİNC FAKTLAR

admin 29.06.2026

XƏBƏR LENTİ

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH 1782732453_oqmb8baqfph-v
  • DÜNYA

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

admin 29.06.2026
ABŞ Hərbi Hava Qüvvələri iyunun 28-də İranın hərbi hədəflərinə zərbələr endirib. Bildirilib ki, Ştatların hərbi təyyarələri İranın...
DAVAMI Read more about Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH
Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb 1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026
Neftçala rayon Şirvanlı kəndi İbrahim Babayev adına tam orta məktəbinin direktoru Rasəf Heydərov təhsil ocağının istilik sistemini...
DAVAMI Read more about Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə 1782733045_feridddd_qay
  • İDMAN

AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə

admin 29.06.2026
Fərid Qayıbovun AFFA-ya təsir və nüfuz etmək cəhdləri alınmadıqdan sonra iki qurum arasındakı körpülər yandırılıb Bununla bağlı...
DAVAMI Read more about AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə
70 yaş ərəfəsində Əməkdar həkim hədəfdə? – Səyyaf Tağıyevlə bağlı yayılan iddiaların pərdəarxası whatsapp-image-2026-06-29-at-14_35_46 (1)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

70 yaş ərəfəsində Əməkdar həkim hədəfdə? – Səyyaf Tağıyevlə bağlı yayılan iddiaların pərdəarxası

admin 29.06.2026
Səyyaf Tağıyev 2 iyul 1956-cı ildə Gədəbəy rayonunun Kəlaman kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb...
DAVAMI Read more about 70 yaş ərəfəsində Əməkdar həkim hədəfdə? – Səyyaf Tağıyevlə bağlı yayılan iddiaların pərdəarxası
ABB problemlər davam edir 1782728248_abb_bank
  • İQTİSADİYYAT

ABB problemlər davam edir

admin 29.06.2026
Azərbaycan Beynəlxalq Bank yenə müştəriləri həyəcanlandırıb və panikaya salıb.  Sosial mediada ABB kartları ilə bağlı problem yarandığı...
DAVAMI Read more about ABB problemlər davam edir

Bütün yazılar

1782732453_oqmb8baqfph-v
  • DÜNYA

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

admin 29.06.2026
1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026
1782733045_feridddd_qay
  • İDMAN

AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə

admin 29.06.2026
whatsapp-image-2026-06-29-at-14_35_46 (1)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

70 yaş ərəfəsində Əməkdar həkim hədəfdə? – Səyyaf Tağıyevlə bağlı yayılan iddiaların pərdəarxası

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.