Skip to content
30.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

admin 10.05.2026
-894b77f8168318239847071454010829415

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

 

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.

Dövlət başçısı İlham Əliyev xalqımıza 2023-cü il sentyabrın 19-da növbəti qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Bununla da müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə
Next: İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

OXŞAR MÖVZULAR

17827462024613364030_1200x630
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

Mehriban Əliyeva: Qarşıdakı üç il üçün konkret Yol xəritəsi müəyyən olunmuşdur

admin 29.06.2026
1782738620_necef_rovsennnn
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?

admin 29.06.2026
1782730921_neftchala_biabir
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • VİDEO

Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb

admin 29.06.2026

XƏBƏR LENTİ

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
İngiltərənin “Mançester Siti” komandasının Entso Mareskanın təyinatını açıqlanıb. “Şəhərlilər” italiyalı mütəxəssislə 2029-cu ilin yayınadək anlaşma imzalayıb. O,...
DAVAMI Read more about “Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı
“Fənərbağça”nın yeni transferi zədələndi vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib. Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra...
DAVAMI Read more about “Fənərbağça”nın yeni transferi zədələndi
“Valideynlər, həyəcan təbili çalınır” 3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
Aşıq Samirə Əliyeva övlad tərbiyəsi və sosial şəbəkələrin uşaqlara təsirindən danışıb. Snətçi bu barədə “Əsas çözüm” adlı...
DAVAMI Read more about “Valideynlər, həyəcan təbili çalınır”
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
Ukrayna ordusu Donetsk vilayətinin Novoazovsk rayonu yaxınlığındakı avtomobil körpüsü, həmçinin Luqansk vilayətində yerləşən iki dəmir yolu körpüsünə...
DAVAMI Read more about Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar 1782742632_nn1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

admin 29.06.2026
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb. “Qafqazinfo” xəbər verir ki, layihə...
DAVAMI Read more about Nərimanovda yenilik – Obyektlər sökülür? – Fotolar

Bütün yazılar

rpzot89wdpyvpdeexbn1o9eoelold3ebyh2wunom_1200
  • İDMAN

“Mançester Siti” yeni baş məşqçisini rəsmən açıqladı

admin 29.06.2026
vedatmuriqi_(1)
  • İDMAN

“Fənərbağça”nın yeni transferi zədələndi

admin 29.06.2026
3a4ca1f8362b857841ef16f9e99ef7e6
  • ŞOU-BİZNES

“Valideynlər, həyəcan təbili çalınır”

admin 29.06.2026
1782744333_6a427bb62db0e6a-v
  • DÜNYA

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

admin 29.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.