Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • QHT sədri “Embawood”u məhkəmə ilə hədələdi – keyfiyyətsiz mebel problemi…
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

QHT sədri “Embawood”u məhkəmə ilə hədələdi – keyfiyyətsiz mebel problemi…

admin 08.05.2026
1778174170_1
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov “Embawood” mebel şirkətinin xidmətindən narazıdır.

AFN.az xəbər verir ki, bu barədə ictimai birlik sədri özünün feyzbuk hesabında məlumat paylaşıb. X.Əhmədov bildirib ki, uzun illərdir sözügedən şirkətin sadiq müştərisi olsa da, sonuncu sifarişi zamanı ciddi problemlərlə qarşılaşıb. Şikayətçinin sözlərinə görə, cari ilin 2 yanvar tarixində şirkətin “İnşaatçılar” metrosu yaxınlığındakı mağazasından giriş dolabı və mətbəx mebeli sifariş verib:

“Mənim “Embawood” şirkəti ilə hər hansı qəsdi-qərəzim yoxdur. Əksinə, illərdir həm öz evimiz, həm də qohumlarım üçün bu şirkətin Masallıdan Bakıya qədər bir çox mağazasından alış-veriş etmişik. Lakin sonuncu sifarişim quraşdırıldıqdan sonra məlum oldu ki, xüsusilə mətbəx mebeli olduqca keyfiyyətsiz hazırlanıb, quraşdırma işləri isə lazımi səviyyədə deyil”.

Şirkət məsuliyyətdən yayınmağa çalışır

Məsələ ilə bağlı dəfələrlə müraciət etdiyini deyən X.Əhmədov, şirkət əməkdaşlarının laqeydliyi ilə üzləşdiyini qeyd edib. O bildirib ki, həm mağaza əməkdaşları, həm də “qaynar xətt” vasitəsilə müraciət etsə də, real tədbir görülməyib: “Gələn ustalar qüsurlara baxış keçirsə də, nəticə dəyişmədi. Əksinə, sonuncu dəfə “WhatsApp” vasitəsilə mənə göndərilən səs mesajında əsassız olaraq günahı mənim üzərimə yıxmağa çalışdilər. Guya mebel ehtiyatsızlıqdan zədələnib. Əgər alt hissədə nəmişlik bəhanə edilirsə, yuxarı hissələrdəki qüsurları, keyfiyyətsiz silikon işləmələrini necə izah etmək olar? Bu, məntiqsiz bəhanələrlə məsuliyyətdən yayınmaq cəhdidir”.

Məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam

İctimai birlik sədri vurğulayıb ki, qüsurların aradan qaldırılması böyük maliyyə tələb etməsə də, şirkətin müştəriyə qarşı nümayiş etdirdiyi hörmətsiz münasibət qəbuledilməzdir: “Uzun illər müştərisi olduğum şirkətin bu cür laqeydliyi məni məyus edir. Əgər qeyd olunan qüsurlar qısa zamanda aradan qaldırılmasa, hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam”.

“Embawood”dan AFN.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət mətbəx mebelinin istismarı ilə bağlı daxil olmuş müştəri müraciəti həll edilib: “Daxili keyfiyyət nəzarəti və müştəri xidmətləri çərçivəsində məsələ şirkətin müvafiq mütəxəssisləri tərəfindən ətraflı şəkildə araşdırılıb. Aparılmış analiz nəticəsində yaranmış texniki çətinliklərin istismar xüsusiyyətləri ilə bağlı olduğu və istifadəçi xətası kimi qiymətləndirildiyi müəyyən edilib. Şirkətin mövcud servis qaydalarına əsasən, bu cür hallar ödənişli əsaslarla aradan qaldırılır. Bununla belə, müştəri məmnuniyyətini prioritet hesab edən “Embawood” standart prosedurlardan kənara çıxaraq əlavə addımlar atıb. İlkin mərhələdə müştəriyə servis xidmətləri üçün 50% endirim təklif olunub. Daha sonra isə istifadəçi xətası təsdiqlənməsinə baxmayaraq, şirkət bütün servis xərclərini öz üzərinə götürmək qərarı verib. Nəticə etibarilə, mətbəx mebel dəstinə servis xidməti tamamilə ödənişsiz şəkildə həyata keçiriləcək və mövcud nasazlıqlar tam aradan qaldırılacaq”.

Qeyd edək ki, “Embawood” şirkətinin əsas sahibləri və təsisçiləri Elşad Abbasov və Məşhur Məmmədovdur. Şirkət 1996-cı ildə qurulub. Məşhur Məmmədov həm də Milli Məclisin deputatıdır. Elşad Abbasov isə hazırda şirkətin Müşahidə Şurasına rəhbərlik edir. 2025-ci ilin dekabr ayından etibarən şirkətin baş direktoru vəzifəsinə Emil Əliyev təyin olunub. Şirkət “Embawood” markası ilə yanaşı, “Madeyra” brendinin və müştərilərə kredit xidmətləri göstərən “Embafinans” təşkilatının da sahibidir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Dentera Dental Clinicdən şikayət
Next: Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib

OXŞAR MÖVZULAR

1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
1782827773_screenshot_20260630_175511_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

“Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? – Müştərilərdən ard-arda şikayətlər

admin 30.06.2026
1782772191_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.