Skip to content
01.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon… Yasin Dadaşov kimdir? – CƏDVƏL
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon… Yasin Dadaşov kimdir? – CƏDVƏL

admin 07.05.2026
1778155532_screenshot-2026-05-07-160217

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu əhalinin geri qayıdışı, azad edilmiş ərazilərdə dayanıqlı icmaların yaradılması və yeni yaşayış şəraitinə adaptasiya tədbirləri ilə bağlı növbəti satınalma müqaviləsini imzalamağa hazırlaşır. 
Tenderin qalibi “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi seçilib. Qurumla ictimai birlik arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 2 milyon 264 min 836 manat 54 qəpik təşkil edir.
Satınalmanın predmeti əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması, yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili ilə bağlıdır.
Açıq məlumatlara görə, bu, ictimai birliyin eyni istiqamət üzrə aldığı ilk müqavilə deyil. “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 2025-ci ildə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun eyni məzmunlu tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 2 milyon 888 min 468 manat 45 qəpik göstərilib.
Bundan əvvəl, 2024-cü ildə də Fond eyni istiqamət üzrə ictimai birliklə 1 milyon 796 min 532 manat 30 qəpik məbləğində satınalma müqaviləsi bağlayıb.
2023-cü ildə isə eyni ictimai birlik Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də oxşar istiqamətli tenderinin qalibi olub. Həmin müqavilənin dəyəri 769 min 85 manat təşkil edib.
Beləliklə, 2024–2026-cı illər üzrə “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyinin məcburi köçkünlərin geri qayıdışı, reinteqrasiya tədbirləri və gəlirgətirən fəaliyyətlərin təşkili istiqamətində aldığı müqavilələrin ümumi məbləği 7 milyon 718 min 922 manat 29 qəpik edir. Bunun demək olar ki 7 milyon manatı (6 milyon 949 min 837 manat 29 qəpik) Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən verilib.

“Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Birliyin qanuni təmsilçisi Yasin Şirin oğlu Dadaşovdur.
İctimai birlik daha əvvəl beynəlxalq qrant layihələrində də iştirak edib. 2021-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyində “Mədəniyyət üzrə Ot Kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində “Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Həmin layihə üzrə ictimai birliyə 88 min 859 ABŞ dolları ayrıldığı bildirilir.
Yasin Dadaşovun LinkedIn səhifəsində qeyd olunan məlumata görə, o, icma səfərbərliyi üzrə mütəxəssisdir. Profil məlumatlarında onun təşkilat rəhbəri kimi 21 illik, layihələrin icrası və idarə olunması sahəsində isə təxminən 25 illik təcrübəyə malik olduğu göstərilir.
Həmin məlumatlarda Dadaşovun Dünya Bankı, Asiya İnkişaf Bankı, Norveç Qaçqınlar Şurası, IOM, UNHCR, UNDP, UNICEF, DRC, IRC, BP və digər beynəlxalq qurumlarla işlədiyi qeyd olunur. LinkedIn profilində həmçinin onun Azərbaycanda yüzlərlə kənddə icma quruculuğu fəaliyyətlərinə rəhbərlik etdiyi, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi layihə çərçivəsində 300 kənddə, Yaponiya səfirliyinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi” layihələri üzrə isə 130 kənddə fəaliyyət göstərdiyi bildirilir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Mahir Abbaszadədir.\\valyuta.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sabunçu RİH məhkəmədə vətəndaşa uduzdu – “Torpaq sənədləri verilməlidir…”
Next: “MSDIS Holding”də böhran: – Vergi borcu 20 milyon manata çatır

OXŞAR MÖVZULAR

1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
1782827773_screenshot_20260630_175511_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

“Bravo“da kiflənmiş “Holland pendiri“ satılıb? – Müştərilərdən ard-arda şikayətlər

admin 30.06.2026
1782772191_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub

admin 30.06.2026

XƏBƏR LENTİ

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək? zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
“Fransa hakimiyyəti Ukraynaya verilən silahların məqsədini vətəndaşlarına izah etməyib”. Diplomat qeyd edib ki, Paris və Kiyev arasında...
DAVAMI Read more about Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi 453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Jumqalbek Şabdanbekov vəzifəsindən azad edilib. J.Şabdanbekov vəzifəsini başqa postda davam etdirəcək. Məlumata...
DAVAMI Read more about Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib 1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan...
DAVAMI Read more about Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib
“Beniz”in məhkəmə istintaqı yekunlaşır l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli bloqer Aybəniz Xəlilovanın barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib....
DAVAMI Read more about “Beniz”in məhkəmə istintaqı yekunlaşır
Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir 1782830250_screenshot_20260630_182725_com_android_chrome_chrometabbedactivity
  • DÜNYA

Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

admin 30.06.2026
Çexiyada hökumət koalisiyasında yer alan “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ali...
DAVAMI Read more about Çexiya da Zelenskini ali ordendən məhrum etmək istəyir

Bütün yazılar

zaxarova_aa
  • DÜNYA

Zaxarova Makrona: Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?

admin 30.06.2026
453678_w_h500_1782717467_r
  • DÜNYA

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edildi

admin 30.06.2026
1782831530_screenshot_20260630_185239_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik istifadəyə verilib

admin 30.06.2026
l86R9sIjzmoHIX8tLDIQVU4Jz33WELZ7zr73SJLA_1200
  • ARAŞDIRMA

“Beniz”in məhkəmə istintaqı yekunlaşır

admin 30.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.