Skip to content
03.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qarabağdakı tikinti-quruculuq işlərini axsadan “Leysan amili” – ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Qarabağdakı tikinti-quruculuq işlərini axsadan “Leysan amili” – ARAŞDIRMA

admin 06.05.2026
1778038469_1
Qarabağın yenidən qurulması Azərbaycan xalqı üçün mənəvi və strateji əhəmiyyət kəsb edən mühüm məsələdir. Lakin təəssüflə qeyd etməliyik ki, yenidənqurma və bərpa prosesində əsas rol sahibi olan Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti son zamanlar daha çox uğurları ilə deyil, maliyyə qalmaqalları və idarəetmə nöqsanları ilə gündəmə gəlir.

AFN.az-ın araşdırmaları göstərir ki, icraçı direktor Leysan Məmmədovun rəhbərlik etdiyi Xidmətin fəaliyyəti rəsmi audit sənədlərində büdcə vəsaitlərinin “yeyinti poliqonu”na bənzəyir.

Leysan Məmmədovun smeta hiylələri
Hesablama Palatasının son audit hesabatları Leysan Məmmədovun idarəetmə üslubundakı böyük bir boşluğu yenidən üzə çıxarıb: Smeta sənədlərinin şişirdilməsi. Audit nəticələrinə görə, Horovlu kəndində fərdi evlərin tikintisi zamanı iş həcmlərinin süni şəkildə artırılması nəticəsində təxminən 1 milyon manata yaxın (996,046 AZN) vəsaitin artıq xərclənməsinin qarşısı son anda alınıb.

Bu, sadəcə texniki səhv deyil, dövlət vəsaitinin mənimsənilməsinə münbit şərait yaradan sistemli bir nəzarətsizlikdir. Bu cümləni rahatlıqla qura bilməyimizə səbəb Leysan Məmmədovun bundan əvvəlki vəzifələrdə yol verdiyi eyni tip nöqsanların artıq dəfələrlə aidiyyatı dövlət qurumları və media tərəfindən ifşa olunmasıdır. Tərəfimizdən hazırlanan həmin yazı ilə BURADAN tanış ola bilərsiz.

Rəqabət, yoxsa inhisar?
Xidmətin satınalma siyasəti ekspertlər tərəfindən kəskin tənqid olunur. Milyonlarla manatlıq layihələrin çox vaxt eyni podratçı qrupları arasında bölüşdürülməsi satınalmalarda şəffaflıq və rəqabətlilik prinsiplərini sual altına qoyur. Leysan Məmmədovun rəhbərliyi dövründə tenderlərin sanki öncədən müəyyən edilmiş subyektlərə istiqamətləndirilməsi, “bərpa işləri təcilidir” bəhanəsi ilə bir çox hallarda şəffaf prosedurlardan yan keçilməsi büdcə xərclərinin səmərəliliyini sıfıra endirir.

Tənqidlərin digər istiqaməti isə kadr və əməkdaşlıq siyasətidir. Audit zamanı məlum olub ki, xidmət rəhbərliyi işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan əlavə ödənişləri və maaşları qanunsuz şəkildə hesablayaraq 137 min manatdan çox vəsaitin artıq ödənilməsinə yol verib. Bu isə rəhbərliyin həm maliyyə savadlılığı, həm də inzibati nəzarət mexanizminin iflic vəziyyətində olduğunun göstəricisidir.

Olmayan hesabatlılıq
Qarabağ üçün ayrılan milyardların hara və necə xərcləndiyi barədə cəmiyyətə dolğun məlumat verilməməsi, Leysan Məmmədovun rəhbərliyi etdiyi qurumu “qapalı qutu”ya çevirib. Hesablama Palatasının isə hər müdaxiləsində yeni bir qanunsuzluq aşkar etməsi xidmətə olan etimad limitini tükədir.

Uğrunda minlərlə şəhid verdiyimiz torpaqların bərpası, işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri kimlərinsə şəxsi qazanc mənbəyinə çevrilə bilməz. Leysan Məmmədovun rəhbərliyi altında yığılıb qalmış bu nöqsanlar, maliyyə problemləri və smeta oyunları göstərir ki, xidmətdə köklü kadr və idarəetmə dəyişiklikləri qaçılmazdır.

Hesablama Palatasının aşkar etdiyi bu rəqəmlər xidmət rəhbərliyi üçün sadəcə “hesabat xətası”dır, yoxsa böyük bir yeyintinin rəsmi təsdiqi? Bundan sonra iş hüquq-mühafizə orqanlarının üzərinə düşür…

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Abit Əliyevin rəhbəri olduğu MMC-dən “Xezer-Construction”a daha bir sifariş – 23,4 milyon…
Next: “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

OXŞAR MÖVZULAR

db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
1783059724_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

admin 03.07.2026
1783013711_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Nazirin Qusar səfəri və arxasındakı “pul yığılması” qalmaqalı – İddia

admin 03.07.2026

XƏBƏR LENTİ

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi caspian-international-hospital.jpg
  • ARAŞDIRMA

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

admin 03.07.2026
Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən “Caspian İnternational Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) araşdırma aparılıb. Teleqraf-ın əldə etdiyi...
DAVAMI Read more about “Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi
Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…” db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
“Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın. Əgər vəkilləri və ya ailəsi onun müdafiəsi ilə bağlı bizim...
DAVAMI Read more about Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”
Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir? 1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
Səhm bazarında qazanc əldə etməyin əsas yolu investisiyanı aşağı qiymətə alıb daha yüksək qiymətə satmaqdır. Lakin bazarın...
DAVAMI Read more about Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?
“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO) 1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada “Nuka” MTK-nın apardığı söküntü işlərindən...
DAVAMI Read more about “Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)
Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb. 1783059724_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

admin 03.07.2026
O, dövlət orqanı sayılan “Şərq Qapısı” qəzetinin əməldaşıdır. NDU-nu yeni bitirən jurnalist Facebook profilində universitetdə təşkil olunan...
DAVAMI Read more about Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

Bütün yazılar

caspian-international-hospital.jpg
  • ARAŞDIRMA

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

admin 03.07.2026
db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.