Skip to content
03.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
db51808168e324c9da28e6a6f0223490

“Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın. Əgər vəkilləri və ya ailəsi onun müdafiəsi ilə bağlı bizim quruma müraciət etsələr, məmnuniyyətlə ona hüquqi dəstək göstərərik”.

Bu sözləri Musavat.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Picture background

Hüquq müdafiəçisi “Arzum”un 4 uşaq anası olduğunu, övladlarından birinin isə autizmli olduğunu xatırladaraq bildirib ki, bu amillər onun cəzasının yüngülləşdirilməsi və ya ev dustaqlığına buraxılması məsələsində nəzərə alına bilər: “Hesab edirəm ki, “Arzum” qəzada həyatını itirən şəxsin yas mərasimi və digər xərclərini öz üzərinə götürə bilərdi. Hətta tanışlardan borc alaraq təxminən 10 min manat və ya daha artıq məbləğdə maddi yardım göstərməsi də mümkün olardı. Bu, mərhumun ailəsinin ona qarşı münasibətinin yumşalmasına və bağışlamasına müəyyən təsir göstərə bilərdi”.

Hüquq müdafiəçisi deyib ki, qarşı tərəfin vəziyyətini də anlamaq lazımdır:  “Bir ailə öz yaxınını itirib və həmin ev başsız qalıb. Düşünürəm ki, bütün bu məqamlar nəzərə alınsa, “Arzum”un ev dustaqlığına buraxılması məsələsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, hesab edirəm ki, qanunvericiliyimizdə bu kimi hallarla bağlı müəyyən dəyişikliklərə ehtiyac var. Xüsusilə də qəsd olmadan, təsadüf nəticəsində baş verən hadisələrdə cəzanın fərdiləşdirilməsi və yüngülləşdirilməsi imkanları daha geniş olmalıdır. Bu gün həbsxanalarda kifayət qədər qadın var ki, özlərini müdafiə edərkən cinayətkar statusu alıblar. Məsələn, əri sərxoş vəziyyətdə evə gəlib onu döyüb, qadın isə özünü müdafiə edərkən qarşı tərəfə xəsarət yetirib və ya ölümünə səbəb olub. Bununla yanaşı, elə hallar da var ki, qadın sevgilisi ilə birlikdə ərini qəsdən öldürür. Məncə, bu cür cinayətlər arasında ciddi fərq qoyulmalıdır və hüquqi qiymətləndirmə də buna uyğun aparılmalıdır. “Arzum” məsələsinə gəlincə, düşünürəm ki, 2 il keçdikdən sonra vəkilləri onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Bizim qurum da bu istiqamətdə dəstək göstərməyə hazırdır. Bildiyim qədərilə o, tək anadır və uşaqlarının qayğısını bilavasitə özü çəkib”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?
Next: “Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

OXŞAR MÖVZULAR

1783059724_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

admin 03.07.2026
1783013711_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Nazirin Qusar səfəri və arxasındakı “pul yığılması” qalmaqalı – İddia

admin 03.07.2026
8bb0677f-34cc-45ab-a704-bc1364a3be10
  • CƏMİYYƏT
  • GÜNDƏM

Rauf Umud – ömrünü işığa, sənətə və yaddaşa həsr edən fotoqraf

admin 02.07.2026

XƏBƏR LENTİ

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi caspian-international-hospital.jpg
  • ARAŞDIRMA

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

admin 03.07.2026
Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən “Caspian İnternational Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) araşdırma aparılıb. Teleqraf-ın əldə etdiyi...
DAVAMI Read more about “Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi
Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…” db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
“Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın. Əgər vəkilləri və ya ailəsi onun müdafiəsi ilə bağlı bizim...
DAVAMI Read more about Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”
Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir? 1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
Səhm bazarında qazanc əldə etməyin əsas yolu investisiyanı aşağı qiymətə alıb daha yüksək qiymətə satmaqdır. Lakin bazarın...
DAVAMI Read more about Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?
“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO) 1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada “Nuka” MTK-nın apardığı söküntü işlərindən...
DAVAMI Read more about “Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)
Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb. 1783059724_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

admin 03.07.2026
O, dövlət orqanı sayılan “Şərq Qapısı” qəzetinin əməldaşıdır. NDU-nu yeni bitirən jurnalist Facebook profilində universitetdə təşkil olunan...
DAVAMI Read more about Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

Bütün yazılar

caspian-international-hospital.jpg
  • ARAŞDIRMA

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

admin 03.07.2026
db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.