Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Saf Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət inzibati məsuliyyətə cəlb edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən MMC-də araşdırma aparılıb.
Araşdırma zamanı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilib.
Nəticədə MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə MMC 5 min manat cərimə edilib.
PAYLAŞIN:
