Skip to content
04.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanda FETÖ izi – İTTİHAM VAR…
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Azərbaycanda FETÖ izi – İTTİHAM VAR…

admin 05.05.2026
1777953002_1

Fəthullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Cümhuriyyətinin İzmir şəhərində ortaya çıxan və dini-ideoloji bir cərəyan kimi xarakterizə olunan FETÖ-nun ciddi təhlükəsi bir vaxtlar, bu qardaş ölkə kimi, dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanda da daha çox hiss olunurdu. Onda, mənbəyi məlum olmayan böyük maliyyə qaynağı ilə, müsəlman olub-olmamasına baxmayaraq, dünyanın əksər ölkəsi ilə bərabər Azərbaycanda da universitetlər, litseylər, hazırlıq kursları açmaqla Fətullah Gülənin kitablarını geniş yayan, hətta yüksək gəlirli onlarla geniş biznes şəbəkəsi yaradan, kütləvi informasiya vasitələrinin gücündən və internetin imkanlarından geniş istifadə hesabına ictimai-siyasi məsələlərə müdaxilə etməkdən çəkinməyən, dövlət qurumlarına nüfuz etməklə öz adamlarını strateji strukturlarda yerləşdirmək istiqamətində ciddi səylə çalışan və adları gah gülənçilər, gah nurçular, gah fətullahçılar… olaraq çəkilən FETÖ-çuların ölkəmizə daha geniş ayaq açması bu təhlükədən doğan qorxunun getdikcə artmasına rəvac verirdi.
Bunun səbəbi Türkiyədə baş verən məlum 15 iyul hadisələrdən sonra bizə də məlum oldu. FETÖ 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı olaraq elan edildi və bu barədə məlumat bütün qaranlıqlara aydınlıq gətirdi. Alınan əlavə məlumatlar da onu deyirdi ki, bu fəthullahçı terror örgütünün əsas məqsədi dövlətin bütün sistemlərində İslam hökmlərinin işləməsinə nail olaraq, teokratik İslam diktaturasının qurulmasını reallaşdırmaq olub.
Bəli, Türkiyədə baş verən dövlət çevrilişinə cəhd istiqamətli həmin hadisələr bunun bariz sübutuydu. Yəni, gülənçilər din pərdəsi altında siyasi planlarını həyata keçirmək istəyirdilər. Ən aktiv olduqları sahə təhsil sahəsi, məqsədləri maarifləndirmə yolu ilə beyinləri ələ, dövlət və hökümət təşkilatlarına sızaraq idarəçiliyi ələ keçirmək idi. “Demokratik yol”la dövlət idarəetməsini ələ keçirmək ilkin hədəfi olan Fətullah Gülən ilkin olaraq dünyəvi, demokratik və sosial hüquqi dövlət olan Türkiyə Respublikasına son qoyub, şəriət qanunlarının hakim olduğu İslam dövlətini yaratmaq arzusuyla yaşayırdı. Türkiyə ilə yanaşı türkdilli və müsəlman ölkələrdə də məqsədlərinin icrası hədəfini güdürdü. Orta Asiya və Azərbaycanda da dövlət rejimini istismar etmək üçün, dini və siyasi fəaliyyətini daima aktiv şəkildə qoruyub saxlamağı bacarırdı.
Ona görə də, mənbəyi məlum olmayan maliyyə qaynağı ilə Türkiyə və digər ölkələrdə güclü təşkilati əsaslara malik olan bir qurum kimi tanınan FETÖ-nun törətdiklərinin indiyədək Azərbaycandan yığışdırılması mümkün olmayıb. Çünki güclü maliyyə rıçaqları olan bir təşkilatın üzvləri çox oyunlardan çıxmağı bacarırlar.
Deyilənlərə görə, “Ram Holdinq”in sahibi Rüfat Məcidov da FETÖ üzvüdür. Son vaxtlar mətbuat olaraq, onun rəhbərlik etdiyi “Ram Holdinq”in törəmə şirkətləri AİSCO MMC, PRIOR LIZING, AGRIGO MMC haqqında yazmağa başlamışıq. Etibarımızı qazanan informasiya mənbələri də öz məlumatları ilə təsdiq edirlər ki, bu MMC-lər bu qruplaşmaya yaxındırlar. Əsasən, Türkiyə liseylərini 1998-ci ildə bitirən və ya FETÖ üzvləri “Ram Holdinq”in xətti ilə fəaliyyət göstərirlər.
Vergidən yayınma bunların əsas işlərindən biri olmaqla yanaşı, köhnəlmiş malların da satışı əsas iş prinsiplərindən biridir. FETÖ üzvü olmayanları işdən çıxarmaq onlar üçün bir vərdiş halını alıb. Ağıllarına gələn hər kəsi sıxışdırmaqdan belə çəkinmirlər.
Rüfət Məcidov (əsl soyadını dəyişdirib) özü 1995-ci ildə litseydən ayrılıb. Bu, Bakı Türk İqtisad Kolleci olub. Əvvəlcə 1993-1995-ci illər arasında Qubanın Zərdabi qəsəbəsində fəaliyyət göstərib. Daha sonra 1995-ci ildən 1997-ci ilə qədər Bakının Yasamal rayonunda fəaliyyət göstərib. Bundan sonra, 1997-ci ildə Şirvan (keçmiş Əlibayramlı) şəhərinə köçüb və bağlanana qədər orada fəaliyyət göstərib.
Hazırda “Ram Holdinq”lə əlaqəli olan AİSCO şirkəti FETÖ üzvləri iddia olunan Neman Nadirov və Zaur Quliyev kimi şəxslər tərəfindən idarə olunur. Adları çəkilən şəxslər 2014-cü ildə Türkiyədə FETÖ bankı hesab edilən “Bank Asia” üçün Azərbaycandan vəsait toplamaqda fəal rol oynayıblar. Bu şəxslər Azərbaycan vətəndaşları olduqları üçün Türkiyə dövləti onlara toxunmayıb. Xüsusi vurğulayaq ki, zamanında FETÖ-çu Türk vətəndaşları tərəfindən idarə olunan bütün biznes imkanları hazırda Azərbaycan vətəndaşları olan FETÖ-çular tərəfindən idarə olunur.
Bu barədə etibarlı mənbə tərəfindən redaksiyaya ötürülən təkzibolunmaz faktlar var. Dəqiqləşdirmə gedir deyə, yazını burada nöqtəliyirik. Maraqlı yazımız olacaq, bizi izləyin.
Gundemxeber.com

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Səhiyyə sistemi təhlükədə – Saxta “Dr.”-lar və “tibbi bomba”ya çevrilən klinikalar
Next: Qanunsuz mərc oyunlarına görə saxlanılan “tiktoker” “Azərlotereya”nın REKLAM SİMASI OLDU VİDEO

OXŞAR MÖVZULAR

db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
1783059724_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

admin 03.07.2026
1783013711_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Nazirin Qusar səfəri və arxasındakı “pul yığılması” qalmaqalı – İddia

admin 03.07.2026

XƏBƏR LENTİ

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi caspian-international-hospital.jpg
  • ARAŞDIRMA

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

admin 03.07.2026
Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən “Caspian İnternational Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) araşdırma aparılıb. Teleqraf-ın əldə etdiyi...
DAVAMI Read more about “Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi
Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…” db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
“Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın. Əgər vəkilləri və ya ailəsi onun müdafiəsi ilə bağlı bizim...
DAVAMI Read more about Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”
Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir? 1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
Səhm bazarında qazanc əldə etməyin əsas yolu investisiyanı aşağı qiymətə alıb daha yüksək qiymətə satmaqdır. Lakin bazarın...
DAVAMI Read more about Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?
“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO) 1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada “Nuka” MTK-nın apardığı söküntü işlərindən...
DAVAMI Read more about “Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)
Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb. 1783059724_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

admin 03.07.2026
O, dövlət orqanı sayılan “Şərq Qapısı” qəzetinin əməldaşıdır. NDU-nu yeni bitirən jurnalist Facebook profilində universitetdə təşkil olunan...
DAVAMI Read more about Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

Bütün yazılar

caspian-international-hospital.jpg
  • ARAŞDIRMA

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

admin 03.07.2026
db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.