Skip to content
04.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir
  • CƏMİYYƏT
  • ÖLKƏ

Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

admin 05.05.2026
1777902165_2
Leysan Məmmədov icarə xidmətinin alınması adı altında ayırdığı yüzminləri Xəlil Göyüşovla necə bölüşür…
Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə “Ağdam Kamp Otel” kompleksində ofis binasının və yataq otaqlarının icarəyə götürülməsi üzrə 123.635,72 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 01.05.2026-ci ildə dərc edilib. Portalda müqavilənin başlanma müddəti 17.01.2025-ci il bitmə tarixi 17.05.2025-ci il göstərilir.
Maraqlıdır, 2025-ci ilin yanvar-may ayları üçün nəzərdə tutulan xidmət müqaviləsi niyə 2026-cilin may ayında bağlanır və yaxud açıqlanır?
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə Ağdam Kamp Otel kompleksində ofis binasının və yataq otaqlarının icarə xidməti üzrə bir müqavilə də 16.02.2026-cı ildə bağlayıb. Dəyəri 267.646,14 manat olan bu müqavilənin başlama tarixi 13.02.2026-ci il, bitmə tarixi 13.08.2026-ci il göstərilir.
Bundan əlavə Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə “Ağdam Kamp Otel” kompleksində ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması bir müqavilə də 30.06.2025-ci ildə bağlayıb. 154.544,64 manat dəyəri olan bu müqavilənin icrası 24.06.2025-ci ildə başlayıb 20.11.2025-ci ildə bitib.
Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə 2025-ci ilin ikinci yarısı üçün bağlanan müqaviləni 30.06.2025-ci ildə satınalmaların portalında dərc edib. Amma nədənsə 2025-ci ilin birinci yarısı üçün bağlanmış müqavilənin nəticəsi 01.05.2026-ci ildə dərc edilib.
Buradan ortaya şübhəli məqamlar çıxır. Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 2025-ci ildə ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə ümumi dəyəri 278 179 manat olan iki satınalma müqaviləsi bağlayıb. Amma 13.02.2026-cı ildən 13.08.2026-cı ilə, yəni altı ay müddətinə isə 267.646,14 manatlıq müqavilə bağlanılıb.
Şübhələr bunlarla bitmir. Belə ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 17.07.2024-cü ildə Ağdam şəhərində İnzibati binanın icarə xidmətinin satın alınması üzrə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə 72.000 manat məbləğində müqavilə bağlayıb. Portalda müqavilənin icra müddəti 11.07.2024-cü ildən 11.01.2026-cı ilə qədər göstərilir.
Bu məlumatdan göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 11.01.2026-cı ilə qədər ofis sahəainin icarəyə götürülməsi ilə bağlı müqavilə bağlayıb. Maraqlıdır, İdarəetmə Xidməti 2025-ci ildə ümumi dəyəri 278 179 manat olan iki satınalma müqaviləsini nə üçün bağlayıb.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən icarəyə götürülən ofis binasının kvadratmetri və yataq otaqlarının sayı bəlli olmadığından xidmət üçün ayrılan vəsaitlərin şişirdildiyi şübhəsi ortaya çıxır. Həm də sözügedən qurum tərəfindən satınalmanın formal keçirdiyini deməyə əsaslar verir.
Burada Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu da açıq-aşkar görsənir. Sözügedən Qanunu 38.11.-ci bəndində göstərilir:
38.11. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində həmin məlumatları portalda dərc edir.
Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən bağlanılmış müqavilələrin icra müddəti dəqiq göstərilmir, yaxud da göstərilən icra müddəti formal xarakter daşıyır.
Qeyd edək ki, fiziki şəxs Göyüşov Ramin Xəlil oğlu ilə Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti arasında olan işbirliyinin kökü lap dərindir. Belə ki, sözügedən qurum həm də Ramin Göyüşovun atası Xəlil Göyüşovun sahibi olduğu “KÖRPÜ-BİNA-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyindədir.
Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 08.08.2023-cü ildən 22.01.2026-cı ilə qədər ümumi dəyəri 61 665 403 manat olan 4 satınalma müqaviləsi bağlayıb.
“Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. “Körpü-Bina Tikinti” MMC-nin əslində Xəlil Göyüşova məxsusdur.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdu. O, bu vəzifəyə Prezident İlham Əliyevin 07 mart 2024-cü il tarixli Sərəncamı ilə təyin edilib. Daha əvvəl ləğv edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini daşıyıb.
Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Quruma icraçı direktoru Məmmədov Leysan Novruz oğludur. O, bu vəzifəyə 2024-cü ilin avqustunda təyin edilib.
Qeyd edək ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Görsənən odur ki, Leysan Məmmədov satınalan təşkilatla təchizatçılar arasında qeyri-rəsmi danışıqların aparılması və görüşlərin keçirilməsinin qadağan olunmasına baxmayaraq “Körpü-Bina Tikinti” MMC-nin sahibi Xəlil Göyüşov və oğlu ilə əvvəlcədən razılaşdırılmış müqavilələr bağalayır. Hansı ki, onlar arasında bağlanan müqavilələrdə yol verilən qanun pozuntuları açıq-aşkar görsənir.
Görsənməyən ofis binası və yataq otaqlarının icarəsi xidməti alınması adı altında ayrılan yüzminlərin daha haralara getməsidir.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Next: Səhiyyə sistemi təhlükədə – Saxta “Dr.”-lar və “tibbi bomba”ya çevrilən klinikalar

OXŞAR MÖVZULAR

1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
1783059724_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

admin 03.07.2026
1783009173_1
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

FHN qarşısında AKSİYA: Kəmaləddin Heydərovdan kömək istənildi – VİDEO

admin 03.07.2026

XƏBƏR LENTİ

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi caspian-international-hospital.jpg
  • ARAŞDIRMA

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

admin 03.07.2026
Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən “Caspian İnternational Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) araşdırma aparılıb. Teleqraf-ın əldə etdiyi...
DAVAMI Read more about “Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi
Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…” db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
“Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın. Əgər vəkilləri və ya ailəsi onun müdafiəsi ilə bağlı bizim...
DAVAMI Read more about Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”
Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir? 1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
Səhm bazarında qazanc əldə etməyin əsas yolu investisiyanı aşağı qiymətə alıb daha yüksək qiymətə satmaqdır. Lakin bazarın...
DAVAMI Read more about Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?
“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO) 1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada “Nuka” MTK-nın apardığı söküntü işlərindən...
DAVAMI Read more about “Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)
Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb. 1783059724_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

admin 03.07.2026
O, dövlət orqanı sayılan “Şərq Qapısı” qəzetinin əməldaşıdır. NDU-nu yeni bitirən jurnalist Facebook profilində universitetdə təşkil olunan...
DAVAMI Read more about Uşaqpulu tənqidi ilə gündəmə gələn naxçıvanlı jurnalist Elnurə Cəfərova bu dəfə də NDU-ya görə töhmət alıb.

Bütün yazılar

caspian-international-hospital.jpg
  • ARAŞDIRMA

“Caspian International Hospital” lisenziya və dərman qaydalarını pozdu – Nazirlik hərəkətə keçdi

admin 03.07.2026
db51808168e324c9da28e6a6f0223490
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Novella Cəfəroğlu: “Çox istərdim ki, “Arzum” ev dustaqlığına buraxılsın…”

admin 03.07.2026
1783015294_1
  • İQTİSADİYYAT

Səhmləri nə vaxt almaq və satmaq daha sərfəlidir?

admin 03.07.2026
1783073212_nukamtk
  • CƏMİYYƏT
  • VİDEO

“Nuka” MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)

admin 03.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.