Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Vətən müharibəsinin 18-ci günü – Füzulinin və Xocavəndin bəzi kəndləri işğaldan azad edilir
  • GÜNDƏM
  • SİYASƏT

Vətən müharibəsinin 18-ci günü – Füzulinin və Xocavəndin bəzi kəndləri işğaldan azad edilir

admin 14.10.2024
G0NTwadIx5BSrCwOyZQEXFg94buUHBtH2uSfRnGp_1200

2020-ci il oktyabrın 14-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on səkkizinci günü.

Soztv. xatırladır ki, cəbhənin Ağdərə, Ağdam, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin bəzi istiqamətlərində mövqelərimizə hücum edən düşmən itki verir və geri oturdulur. Xeyli sayda döyüş texnikası sıradan çıxarılır. Həmçinin, Ermənistan ordusunun Gəncə, Mingəçevir və digər şəhərləri hədəfləyən əməliyyat-taktiki raket kompleksləri dəqiq zərbə ilə məhv edilir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd “T-72” tankı, üç ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd “Osa-AKM” zenit-raket kompleksi, bir ədəd “PDM-2”, bir ədəd “KS-19” zenit topu, iki ədəd “D-30” haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Düşmənin silahlı qüvvələri bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini, mülki infrastrukturu hədəf alır, səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi artilleriya atəşinə tutulur. Nəticədə Tərtərin Narlı kəndində bir nəfər mülki şəxs həyatını itirir. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində səkkiz, Ağdamın Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi zamanı isə bir nəfər yaralanır. Günorta saatlarında cəbhənin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı məhv edilir.

Bütün bunların fonunda Prezident İlham Əliyev sosial şəbəkə hesabında xalqa növbəti müjdəni verir. Ölkə başçısı rəşadətli Azərbaycan Ordusunun Füzuli və Xocavəndin bəzi kəndlərini işğaldan azad etdiyini açıqlayır.

Müharibə Ermənistanın informasiya cəbhəsində də məğlub olması ilə davam edir. Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində müharibə ilə bağlı Azərbaycana yönələn ittihamlara nöqtə qoyur:

“Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”.

Bir sözlə, müharibənin on səkkizinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi – Qərar
Next: Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? — yüz milyonlarla manat

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.