Skip to content
08.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib

admin 01.05.2026
1777621975_screenshot-2026-05-01-112936

Son günlər sosial şəbəkələrdə, mediada və ictimaiyyət arasında geniş müzakirə olunan məsələlərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədov və onun komandası tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smetalar, formal podrat müqavilələri və yol tikintisi adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır.
Mediaya xəbər ötürən mənbələrin məlumatlarında bu prosesdə adı hallanan qurumlardan biri də vaxtilə Goranboy rayonunun Qaraçinar kəndində yerləşdiyi bildirilən 54 saylı Xocalı Yol İstismar İdarəsidir. İdarənin keçmiş rəhbəri kimi təqdim olunan Məzahir Səlimovun uzun illər bölgədə mühüm maliyyə axınlarına nəzarət etdiyi iddia olunur.
Amma əslində isə Məzahir Səlimov hələ də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin  “54№-li Yol İstismari”  Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. Məzahir Səlimovun 2007-ci ildən rəhbərlik etdiyi qurumun isə dövlətə 15 245 697.15 manat vergi borcu var.
Medianın yaydığı məlumatlarda vəzifədən kənarlaşdırıldıqdan sonra Saleh Məmmədov özünə yaxın hesab etdiyi regional idarə rəhbərlərini bir araya toplayaraq yaranmış vəziyyəti müzakirə edib. Həmin toplantıda iştirak etdiyi bildirilən şəxslər arasında Məzahir Səlimovun da adı çəkilir.
İddialara görə, idarənin rəhbəri Məzahir Səlimovun bölgədə geniş təsir imkanlarına malik olduğu, bir sıra iri layihə və tenderlərin məhz onun və yaxın çevrəsinin nəzarətində olduğu bildirilir.
Qeyd edək ki, Məzahir Səlimov 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi olduğu dövrdə dövlət vəsaitlərini şəxsi şirkəti olan “Təmir-İnşaat” MMC-nin hesabına köçürərək ciddi maliyyə maxinasiyalarına yol verib.
Belə ki, “Təmir-İnşaat” MMC  22.10.2024-cü ildən 14.10.2025-ci ilə qədər Yevlax rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş 4 satınalmanın qalibi seçilib və ümumi dəyəri 1 567 732 manat məbləğində müqavilə bağlayıb.
Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibti Ərazi Dairəsi üzrə Nümayəndəliyi isə 05.11.2025-ci ildə Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri işləri üzrə “Təmir-İnşaat” MMC ilə 298.687,56 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi də Məzahir Səlimovun sahibi olduğu “Təmir-İnşaat” MMC ilə 10.12.2025-ci ildə Xocalı şəhər inzibati ərazi dairəsində daxili yolların tikinti işləri üzrə 1.699.984,31 manat dəyərində müqavilə bağlayıb. İşin icrası 09.12.2026-cı ildə yekunlaşmalıdır.
İşin daha maraqlı tərəfi də var. Saleh Məmmədovun sədri olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 17.04.2019-cu ildə 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovun “Təmir-İnşaat” şirkəti ilə Ağdam rayon “Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı” kənd yolunun tikintisi işləri üzrə 2.300.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Saleh Məmmədov dövlət büdcəsindən ayrılan vəsaitləri formal podrat müqavilələri öz kadrının kağız üzərində olan şirkətinə ayırıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları ilə iş görməklə milyonlarla manat dövlət vəsaitlərini mənimsəmişlər.
Qeyd edək ki, Məzahir Səlimov “Təmir-İnşaat” MMC-ni 2008-ci ildə yaradıb. “54№-li Yol İstismari”  Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru kimi formal podrat müqavilələri bağlayaraq yol təmir tikintisi adı altında dövlət vəsaitlərini böyük əksəriyyətini təyinatından kənarlaşdırıb. Bütün bunların hamısı da AAYDA sədri Saleh Məmmədovun razılığı ilə həyata keçirilib.
Mediada yer alan məlumatlara görə hazırda araşdırmalar çərçivəsində regional yol idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi nəzarət altındadır. Bu isə 54 saylı Yol İstismar İdarəsi daxil olmaqla, bir sıra qurumlarda illərlə formalaşmış maliyyə mexanizmlərinin yenidən yoxlanılmasına gətirib çıxaracaq. Prosesin dərinləşməsi halında AAYDA daxilində daha geniş korrupsiya şəbəkəsinin üzə çıxması və yeni vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istisna edilmir- məlumatlarda qeyd edilir.
Qeyd edək ki,  Hesablama Palatasının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində aşkarlanan nöqsanlarla bağlı yaydığı məlumatlardan sonra Saleh Məmmədovun komandasında yer alan şəxslərin də mənimsədiyi dövlət vəsaitləri müzakirə obyektinə çevrilib. Maraqlıdır, Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib? Araşdırılsa çox böyük məbləğlərin talan edildiyi üzə çıxar. Yoxsa Məzahir Səlimov bir-birindən baha avtomobillərə necə  sahib ola bilərdi?

Aktualinfo.net

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 172 nömrəli məktəbdə narazılıq – DİREKTOR TAPILMIR
Next: ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı

OXŞAR MÖVZULAR

1783433108_mg-20260707-wa0028
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Quba–Xaçmaz RTİ-də mühüm kadr dəyişikliyi: Fikrət Heybətov vəzifəsindən azad edildi

admin 07.07.2026
17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
1783350758_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

 Tanınmış teleaparıcıdan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə irad – “Nə işlə və necə məşğuldurlar…”

admin 07.07.2026

XƏBƏR LENTİ

“Sabah”ın futbolçusu mükafatlandırıldı img_3185
  • İDMAN

“Sabah”ın futbolçusu mükafatlandırıldı

admin 07.07.2026
Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah”ın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb. Mayının ən yaxşı qolunun müəllifinə...
DAVAMI Read more about “Sabah”ın futbolçusu mükafatlandırıldı
“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı img_3187
  • İDMAN

“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı

admin 07.07.2026
Premyer Liqa təmsilçilərindən “Araz-Naxçıvan” Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb. 23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın...
DAVAMI Read more about “Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı
Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır 34
  • DÜNYA

Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır

admin 07.07.2026
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə...
DAVAMI Read more about Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır
Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü photo_5938305574426578318_x
  • DÜNYA

Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü

admin 07.07.2026
Fransa Prezidenti Emmanuel Makron Dəməşqdə suriyalı həmkarı Əhməd əl-Şaraa ilə görüşüb. Qeyd edək ki, Emmanuel Makron iyulun...
DAVAMI Read more about Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib 1783425162_screenshot-2026-07-07-154921
  • CƏMİYYƏT

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib

admin 07.07.2026
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu keçirib. Bu...
DAVAMI Read more about Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib

Bütün yazılar

img_3185
  • İDMAN

“Sabah”ın futbolçusu mükafatlandırıldı

admin 07.07.2026
img_3187
  • İDMAN

“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı

admin 07.07.2026
34
  • DÜNYA

Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır

admin 07.07.2026
photo_5938305574426578318_x
  • DÜNYA

Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü

admin 07.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.