Skip to content
08.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Təhsilin əvəzedilməz direktorları – Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
  • CƏMİYYƏT

Təhsilin əvəzedilməz direktorları – Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir

admin 01.05.2026
1777567397_1
Direktor kreslosu ömürlük vəzifə ola bilərmi? Bu sual son illər təhsil idarəçiliyində aparılan islahatlar fonunda daha tez-tez gündəmə gəlir. Çünki rəsmi yanaşmada rotasiya, yenilənmə və nəticəyönümlü idarəetmə prinsipləri ön plana çəkilsə də, bəzən praktikada fərqli mənzərələr də müşahidə olunur.

Son illərdə Azərbaycanda təhsil sistemində müxtəlif islahatlar həyata keçirilib və bir çox hallarda məktəb direktorlarının vəzifədə qalma müddətinin müəyyən dövrlərlə yenilənməsi tendensiyası güclənib. Bu, idarəetmədə dinamikanın artırılması, gənc və bacarıqlı kadrların irəli çəkilməsi məqsədinə hesablanıb. Ancaq təəssüf ki, bəzi məktəblərdə tamamilə fərqli bir reallıq diqqət çəkir.

Bizimesr.az “Editor”.a istinadən xəbər verir ki, məsələn, Bakı şəhəri 47 saylı məktəbin direktoru Aytən Bağırova 1997-ci, 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı 2003-cü ildən eyni məktəbə rəhbərlik edirlər. Yəni söhbət təkcə uzunmüddətli rəhbərlikdən deyil, eyni zamanda onilliklər boyu dəyişməyən eyni məktəb mühitində davam edən idarəetmədən gedir.

Çox maraqlıdır ki, 29 ildir direktor işləyən Aytən Bağırova ilə bağlı internet resurslarında- açıq mənbələrdə fəaliyyətini əks etdirən ciddi informasiyalara rast gəlmək mümkün deyil. 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı haqqında isə açıq internet resurslarında son dərəcə neqativ xəbərlərin dərc olunması diqqət çəkməkdədir.

Bu mənzərə təbii olaraq bir sıra sualları aktuallaşdırır: rotasiya və yenilənmə prinsipləri sistemin bütün səviyyələrində eyni şəkildəmi tətbiq olunur? Yuxarıda təqdim etdiyimiz nümunələrdən görünür ki, bu heç də hər yerdə belə deyil.

Həm nəzəriyyə, həm də praktika sübut edir ki, 23–29 il eyni məktəbə rəhbərlik edən direktor nə qədər yaradıcı və bacarıqlı olsa da, bu qədər uzun müddətdə idarəetmədə yeniliklər və məktəbə veriləcək töhfə də ciddi formada azalır.

Eyni zamanda düşünək ki, bir məktəbdə müəllimlə rəhbərlik arasında konflikt yaranır. Bu situatsiya fonunda 30 ilə yaxın eyni şəxsin rəhbər olduğu mühitdə qərarların obyektivliyi və kollektivin mənəvi vəziyyəti barədə sualların yaranması da təbiidir.

Bu kontekstdə ən optimal həll idarəetmədə dövri rotasiya və nəticələrə əsaslanan qiymətləndirmə mexanizminin tam şəkildə bütün məktəblərdə tətbiqidir. Direktorlarının fəaliyyətinin bəlli meyarlar üzrə mütəmadi şəkildə yenilənməsi sistemin daha balanslı və effektiv işləməsi, eyni zamanda obyektivliyin təmini üçün çox vacibdir./Editor

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsi Kefdə-Damaqda “Şərab məclisi “ARAQ” içildi kimdir günahkar?
Next: Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş – VİDEO

OXŞAR MÖVZULAR

1783425162_screenshot-2026-07-07-154921
  • CƏMİYYƏT

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib

admin 07.07.2026
1783415530_f9ca6c29d22673c656f7b19268b58d80_untitled-1
  • CƏMİYYƏT

3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma

admin 07.07.2026
1783421245_c2c41490a322eb215adc84dd0c37d4a6_1726825153_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Təbriz” MTK işi: 14 milyonluq dələduzluq məhkəməsində yeni iclas keçiriləcək

admin 07.07.2026

XƏBƏR LENTİ

“Sabah”ın futbolçusu mükafatlandırıldı img_3185
  • İDMAN

“Sabah”ın futbolçusu mükafatlandırıldı

admin 07.07.2026
Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah”ın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb. Mayının ən yaxşı qolunun müəllifinə...
DAVAMI Read more about “Sabah”ın futbolçusu mükafatlandırıldı
“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı img_3187
  • İDMAN

“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı

admin 07.07.2026
Premyer Liqa təmsilçilərindən “Araz-Naxçıvan” Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb. 23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın...
DAVAMI Read more about “Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı
Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır 34
  • DÜNYA

Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır

admin 07.07.2026
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə...
DAVAMI Read more about Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır
Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü photo_5938305574426578318_x
  • DÜNYA

Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü

admin 07.07.2026
Fransa Prezidenti Emmanuel Makron Dəməşqdə suriyalı həmkarı Əhməd əl-Şaraa ilə görüşüb. Qeyd edək ki, Emmanuel Makron iyulun...
DAVAMI Read more about Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib 1783425162_screenshot-2026-07-07-154921
  • CƏMİYYƏT

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib

admin 07.07.2026
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu keçirib. Bu...
DAVAMI Read more about Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib

Bütün yazılar

img_3185
  • İDMAN

“Sabah”ın futbolçusu mükafatlandırıldı

admin 07.07.2026
img_3187
  • İDMAN

“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı

admin 07.07.2026
34
  • DÜNYA

Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır

admin 07.07.2026
photo_5938305574426578318_x
  • DÜNYA

Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü

admin 07.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.