Skip to content
08.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub

admin 01.05.2026
1777554949_1
Neftçala Rayon İcra Hakimiyyəti başçısının köməkçisinin iri dövlət tenderlərini qazanan şirkət strukturunda hallanması mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradır.

Gununsesi.info bildirir ki, Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi “VATA” MMC olub. Müqavilənin ümumi dəyəri 1 milyon 53 min 409 manat 97 qəpik təşkil edir.

Rəsmi məlumata görə, layihə çərçivəsində 14 ölkədən nümayəndələrin Azərbaycana səfəri təşkil olunacaq. Bu cür səfərlər demək olar ki, hər il təşkil olunur və bir o qədər də vəsait ayrılır.

“VATA” MMC 2021-ci ildə cəmi 50 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.

Açıq mənbələrdə yer alan məlumatlara görə, şirkət son 4 ay ərzində 15 dövlət tenderinin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 3 milyon 881 min manatdan çoxdur. Bu dinamika şirkətin qısa müddətdə dövlət satınalmalarında aktiv iştirak etdiyini göstərir.

4 ay ərzində 4 milyon manata yaxın tender udan “VATA” MMC “VATA GROUP” MMC-nin törəmə şirkətidir. Bu şirkətlər qrupuna “VATA FLY” və “VATA İNTERNEYŞINIL” MMC də daxildir. Hər üç şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.

Lakin “VATA GROUP” MMC-nin iki qanuni təmsilçisi də mövcuddur: Kənan və Vüsal Fuad oğlu Atayevlər. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun köməkçisidir. Kənan Atayev isə “ATA CONSULTING” şirkətinin rəhbəridir.

VATA – Vahid Azərbaycan Turizim Agentliyi özünü beynəlxalq aviaşirkətlərin rəsmi agenti kimi təqdim edir və AZAL, Turkish Airlines, Lufthansa, Qatar Airways kimi daşıyıcılarla əməkdaşlıq etdiyini bildirir. Eyni zamanda turizm sektorunda 20 ildən artıq təcrübəyə malik olduğunu və IATA akkreditasiyası aldığını qeyd edir.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Kəmaləddin Qafarovun başı biznəsə qarışıb: Milli Onkologiya Mərkəzində xəstə niyə intihar edib?
Next: Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsi Kefdə-Damaqda “Şərab məclisi “ARAQ” içildi kimdir günahkar?

OXŞAR MÖVZULAR

1783433108_mg-20260707-wa0028
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Quba–Xaçmaz RTİ-də mühüm kadr dəyişikliyi: Fikrət Heybətov vəzifəsindən azad edildi

admin 07.07.2026
17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026
1783350758_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

 Tanınmış teleaparıcıdan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə irad – “Nə işlə və necə məşğuldurlar…”

admin 07.07.2026

XƏBƏR LENTİ

“Sabah”ın futbolçusu mükafatlandırıldı img_3185
  • İDMAN

“Sabah”ın futbolçusu mükafatlandırıldı

admin 07.07.2026
Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah”ın futbolçusu Xəyal Əliyev mükafatlandırılıb. Mayının ən yaxşı qolunun müəllifinə...
DAVAMI Read more about “Sabah”ın futbolçusu mükafatlandırıldı
“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı img_3187
  • İDMAN

“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı

admin 07.07.2026
Premyer Liqa təmsilçilərindən “Araz-Naxçıvan” Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb. 23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın...
DAVAMI Read more about “Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı
Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır 34
  • DÜNYA

Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır

admin 07.07.2026
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə...
DAVAMI Read more about Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır
Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü photo_5938305574426578318_x
  • DÜNYA

Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü

admin 07.07.2026
Fransa Prezidenti Emmanuel Makron Dəməşqdə suriyalı həmkarı Əhməd əl-Şaraa ilə görüşüb. Qeyd edək ki, Emmanuel Makron iyulun...
DAVAMI Read more about Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib 1783425162_screenshot-2026-07-07-154921
  • CƏMİYYƏT

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib

admin 07.07.2026
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu keçirib. Bu...
DAVAMI Read more about Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirib

Bütün yazılar

img_3185
  • İDMAN

“Sabah”ın futbolçusu mükafatlandırıldı

admin 07.07.2026
img_3187
  • İDMAN

“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə müqavilə müddətini uzatdı

admin 07.07.2026
34
  • DÜNYA

Tramp Türkiyəyə F-35 qırıcılarının satışına icazə verməyə hazırlaşır

admin 07.07.2026
photo_5938305574426578318_x
  • DÜNYA

Makron Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşdü

admin 07.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.