Skip to content
08.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Şəxsi və ailə məlumatlarımı əldə edən media resursları məni şantaj edir” – Gülbadə Abdullayevanın RƏSMİ AÇIQLAMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Şəxsi və ailə məlumatlarımı əldə edən media resursları məni şantaj edir” – Gülbadə Abdullayevanın RƏSMİ AÇIQLAMA

admin 30.04.2026
945eb041-f020-428e-84b5-8cf22c0a3d70

Bir müddətdir ki, “Dr. Gülbadə” kimi tanınan Gülbadə Abdullayeva barəsində həqiqəti əks etdirməyən məlumatlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə tirajlanır.

Məsələ ilə bağlı yayılan iddiaları araşdırmaq məqsədilə həm Gülbadə Abdullayeva, həm də Fatimə Mahmudova ilə əlaqə saxlamağa çalışdıq.

Fatimə Mahmudova açıqlamasında bildirib ki, yayılan məlumatlarda onun Gülbadə Abdullayevanı şantaj və hədə-qorxu yolu ilə müəyyən addımlar atmağa məcbur etdiyi iddia olunur. Lakin o, bu məsələyə birbaşa münasibət bildirmək istəmədiyini vurğulayaraq qeyd edib ki, əvvəlcə əsas açıqlama Gülbadə Abdullayeva tərəfindən verilməlidir:

“Bu məsələ ilə bağlı ilkin açıqlamanı Gülbadə xanım versin ki, sonradan mənim özümü müdafiə etmək məqsədilə danışdığım görüntüsü yaranmasın. Əgər yayılan məlumatlarda mənim bu xanımla bağlı hər hansı qanunsuz hərəkətim təsdiqini tapsa, şəxsən özüm hüquq-mühafizə orqanlarına müraciət edərək barəmdə tədbir görülməsini tələb edəcəyəm. Əks halda isə bu xəbərləri yayan şəxslərə qarşı sonadək hüquqi mübarizə aparacağam”.

Daha sonra Gülbadə Abdullayeva ilə əlaqə saxladıq. O isə öz növbəsində bildirib ki, son günlər onun adı ilə bağlı yayılan məlumatların əksəriyyəti həqiqəti əks etdirmir və qərəzli şəkildə ictimaiyyətə təqdim olunur.

Xüsusilə qeyd etmək istəyirəm ki, ictimaiyyətə təqdim edilən bəzi səs yazıları və digər materiallar kontekstdən çıxarılıb, təhrif olunaraq yayılıb. Həmin materialların bir qismi zarafat və ya qeyri-ciddi söhbət xarakteri daşısa da, məqsədli şəkildə fərqli formada təqdim edilərək mənim nüfuzuma xələl gətirməyə yönəlib.

Bundan əlavə, məlumatları yayan xəbər saytının nümayəndəsinə zəng edərək mövqeyimi bildirmək istədiyim zaman, ona açıq şəkildə sual ünvanladım: şəxsi həyatın toxunulmazlığını pozaraq, mənim evimə aid olan məkan və şəxsi səs yazılarını icazəsiz şəkildə ictimailəşdirmək hansı media fəaliyyətinə daxildir? Təəssüf ki, qarşı tərəf bu suala aydın cavab vermək əvəzinə aqressiv və qərəzli tərzdə danışaraq etik çərçivədən kənara çıxdı.

Həmin şəxs etdiyi hərəkətlərə bəraət qazandırmağa çalışaraq, guya ailə daxilində baş vermiş mübahisələri və şəxsi məqamları da ictimailəşdirəcəyi ilə məni hədələyib. Bu isə artıq açıq şəkildə təzyiq və şantaj xarakteri daşıyır.

Bildirirəm ki, həmin şəxslər və onların ətrafı tərəfindən əvvəllər də mənə qarşı pul tələbləri irəli sürülüb və bununla bağlı ödədiyim məbləğləri təsdiq edən sübutlar (çeklər və digər materiallar) mövcuddur. Bu hallar onların sistemli şəkildə reket xarakterli fəaliyyətlə məşğul olduqları qənaətini yaradır.
Son paylaşımlarda Fatimə Mahmudova ilə məni üz-üzə qoyaraq bir birimizi şantaj etmiş kimi göstərərək yalan və qərəzli məlumatlar paylaşan “jurnalistlər” vəzifəli şəxslərin adını çəkərək heç kəsdən qorxmadıqlarını mənə açıq bildiriblər. Odur ki, burdan dövlətimə səslənirəm bu “jurnalistlər” məni rahat yaşamağıma ciddi maneələr yaradaraq intihar həddinə çatırıblar. 29.04.2026-cı il tarixində Daxili İşlər Nazirliyinədə müraciət etmişəm. Güman edirəm ki, hüquqi tədbirlər görüləcəkdir.

Artıq bu cür təzyiqlərdən yorulduğumu və mənə ciddi mənəvi zərər vurulduğunu qeyd edirəm. Hətta bu vəziyyət məni son həddə – çıxılmaz psixoloji vəziyyətə gətirib çıxarıb.

Media vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edərək bildirirəm:

– Mənim icazəm olmadan şəxsi həyatımı əks etdirən səs yazılarının və məlumatların yayılması ilə bağlı araşdırma aparılsın;
– Mənim adım hər hansı şikayətçi qismində olmadığı halda, şəxsi məlumatlarımın ictimailəşdirilməsinə hüquqi qiymət verilsin;
– Bu cür qanunsuz və etikadan kənar fəaliyyətlərin qarşısı alınsın.

İctimaiyyətdən xahiş edirəm ki, yalnız təsdiqlənmiş və obyektiv məlumatlara əsaslansın və birtərəfli yayılan xəbərlərə inanaraq nəticə çıxarmasın.

Hörmətlə,
Gülbadə Abdullayeva

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Next: “Media nümayəndələrinə hücum edən ana və qız 100 manat cərimə olundu”

OXŞAR MÖVZULAR

1783489228_1783481723_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub

admin 08.07.2026
1783433108_mg-20260707-wa0028
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Quba–Xaçmaz RTİ-də mühüm kadr dəyişikliyi: Fikrət Heybətov vəzifəsindən azad edildi

admin 07.07.2026
17834077964049226864
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi

admin 07.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi – SİYAHI AVhJWsQPkUxIX8FFcE8D4tYwgAVP5XQirgTnhC3k_1200
  • SİYASƏT

İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi – SİYAHI

admin 08.07.2026
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına yeni diplomatik rütbələr verilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının...
DAVAMI Read more about İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi – SİYAHI
HHQ və XTQ komandanları təltif olunub 1783508751_ekran-kli-2026-07-08-150155
  • CƏMİYYƏT

HHQ və XTQ komandanları təltif olunub

admin 08.07.2026
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Havva Qüvvələri (HHQ) və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarını təltif edib....
DAVAMI Read more about HHQ və XTQ komandanları təltif olunub
ATU 59 min manata nələr almağı planlaşdırır? 1783509905_ekran-shekli-2026-07-08-152316
  • CƏMİYYƏT

ATU 59 min manata nələr almağı planlaşdırır?

admin 08.07.2026
Azərbaycan Texnologiya Universiteti (ATU) ofis və tədris prosesi üçün zəruri olan təchizat mallarını almaq üçün tender elan...
DAVAMI Read more about ATU 59 min manata nələr almağı planlaşdırır?
Misir Futbol Assosiasiyası FİFA-ya rəsmi şikayət göndərib 19
  • İDMAN

Misir Futbol Assosiasiyası FİFA-ya rəsmi şikayət göndərib

admin 08.07.2026
Misir Futbol Assosiasiyası (EFA) dünya çempionatının 1/8 finalında Argentina ilə keçirilən oyunun baş hakimi Fransua Leteksyenin fəaliyyəti...
DAVAMI Read more about Misir Futbol Assosiasiyası FİFA-ya rəsmi şikayət göndərib
“Zirə” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır 25772
  • İDMAN

“Zirə” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

admin 08.07.2026
“Zirə” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda I təsnifat mərhələsinin...
DAVAMI Read more about “Zirə” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

Bütün yazılar

AVhJWsQPkUxIX8FFcE8D4tYwgAVP5XQirgTnhC3k_1200
  • SİYASƏT

İlham Əliyev bəzi diplomatlara yeni rütbələr verdi – SİYAHI

admin 08.07.2026
1783508751_ekran-kli-2026-07-08-150155
  • CƏMİYYƏT

HHQ və XTQ komandanları təltif olunub

admin 08.07.2026
1783509905_ekran-shekli-2026-07-08-152316
  • CƏMİYYƏT

ATU 59 min manata nələr almağı planlaşdırır?

admin 08.07.2026
19
  • İDMAN

Misir Futbol Assosiasiyası FİFA-ya rəsmi şikayət göndərib

admin 08.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.