Skip to content
10.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AAYDA-da kök salmış “qohum şəbəkəsi” təmizlənir (ADLAR)
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

AAYDA-da kök salmış “qohum şəbəkəsi” təmizlənir (ADLAR)

admin 29.04.2026
1777468030_2 (1)
Xəbər verdiyimiz kimi, bir neçə gündür Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişiklikləri baş verir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirlinin gəlişi ilə başlayan kadr islahatları çərçivəsində bir sıra vəzifəli şəxslərə, xüsüsən də sabiq sədr Saleh Məmmədovla qohumluq bağlarına məxus şəxslər qurumdan uzaqlaşdırılır.

Ötən gün dərc etdiyimiz xəbərdə də Avtomobil Yollarının Mühafizəsi Xidmətində bəzi rəislərin işdən çıxarıldığı deyilirdi. Onların AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədov, həmçinin onun müavinləri (Əvəz İlyas oğlu Qocayev, Hüsnü Ələkbər oğlu Quliyev ) və digər yüksək vəzifəli şəxslərə bağlı olan adamlar olduğu deyilir.

Qeyd olunur ki, Avtomobil Yollarının Mühafizə Xidmətinin işdən çıxarılan rəis müavini Həbib Əliyev Saleh Məmmədovun yaxın adamı olub. İşdən çıxarılan xidmətin digər rəis müavini Eyyub Həsənov isə general-polkovnik Bəylər Eyyubovun xalası oğludur.

Bakı ətrafı yol mühafizəsi üzrə bölgə rəisi vəzifəsdindən azad edilən Coşqun Qarayev “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru Əlövsət Qarayevin oğludur.

İşdən çıxarılan 10 saylı tərəzi nəzarət məntəqəsinin rəisi Salman Səfətarov “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun dayısıdır. Səftər İsmayılov özü də vəzifəsindən azad olunması ilə bağlı Vüsal Nəsirliyə ərizə ilə müraciət edib.

“1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC-nin rəhbəri Dilavər Həmzəyev sabiq sədr Saleh Məmmədovun yeznəsidir. MMC ötən həftə ləğv edildiyinə görə Dilavər Həmzəyev işini itirib.

Saleh Məmmədovun vəzifədə olan qohumları arasında – əmisi oğlu, “Bakı 1 №-li Yol İstismarı” MMC-nni rəisi Həmzəyev Zaur Oktay oğlu, xalası oğlu, “10 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəisi Araz Bəndəliyev, qardaşı oğlu, “9 saylı Yol İstismarı” MMC-nin baş mühasibi Toğrul Həmzəli, bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, digər bacısı, “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, kürəkəni, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev də var.

Onların da vəzifələrindən uzaqlaşdırıldığı deyilir.

Həmçinin vəzifələrindən uzaqlaşdırılan şəxslərdən bəzilərinin Azərbaycanda və xaricdə dəyəri milyonlarla manat olan mülklərə sahib olduğu da iddia olunur.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi
Next: AFFA bu klubu cərimələdi

OXŞAR MÖVZULAR

1783577350_screenshot-2026-07-09-100711
  • GÜNDƏM
  • SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

admin 09.07.2026
1783520333_1
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat

admin 09.07.2026
1783564854_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri

admin 09.07.2026

XƏBƏR LENTİ

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək 9b1df91d385a18c66bc18e05189ee836
  • MƏDƏNİYYƏT

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək

admin 09.07.2026
Xəbər verdiyimiz kimi aktyor İlkin Misgərlinin “Bizim eltilər” serialındakı səhnəsi tənqid olunub. Aktyor bir müddət əvvəl sosial...
DAVAMI Read more about “Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək
“Qarabağ” bu gün Avropa Liqasında mübarizəyə başlayır xzukokwl7ejcxp3shqckqnclkxlouofq
  • İDMAN

“Qarabağ” bu gün Avropa Liqasında mübarizəyə başlayır

admin 09.07.2026
“Qarabağ” bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayır. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Cavab...
DAVAMI Read more about “Qarabağ” bu gün Avropa Liqasında mübarizəyə başlayır
DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq original_(2)
  • İDMAN

DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq

admin 09.07.2026
Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uəhbi komandanın aparıcı futbolçularından İsmael Saybarinin 2026-cı il dünya çempionatının 1/4 finalında...
DAVAMI Read more about DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq
“Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır” 311989_8hpib7txzn (1)
  • ŞOU-BİZNES

“Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır”

admin 09.07.2026
“9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da...
DAVAMI Read more about “Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır”
600 min manatdan çox pul mənimsədi – Sabiq bələdiyyə sədrinin cinayət işi fa0ec133b9a2b1b10a41f883bd07ddad
  • ARAŞDIRMA

600 min manatdan çox pul mənimsədi – Sabiq bələdiyyə sədrinin cinayət işi

admin 09.07.2026
Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat...
DAVAMI Read more about 600 min manatdan çox pul mənimsədi – Sabiq bələdiyyə sədrinin cinayət işi

Bütün yazılar

9b1df91d385a18c66bc18e05189ee836
  • MƏDƏNİYYƏT

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək

admin 09.07.2026
xzukokwl7ejcxp3shqckqnclkxlouofq
  • İDMAN

“Qarabağ” bu gün Avropa Liqasında mübarizəyə başlayır

admin 09.07.2026
original_(2)
  • İDMAN

DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq

admin 09.07.2026
311989_8hpib7txzn (1)
  • ŞOU-BİZNES

“Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır”

admin 09.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.