Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Tərifli göz həkimindən göz dağı – Qəbulunda nələr gördüm?
  • GÜNDƏM

Tərifli göz həkimindən göz dağı – Qəbulunda nələr gördüm?

admin 21.04.2026
emil-yusifov

Gözlərimdə xeyli vaxtdır məni narahat edən ağrılar vardı. Qərara gəldim ki, yaxşı bir oftalmoloq tapım. Sosial mediada bu barədə yazdım. Feysbuk dostlarım sağ olsunlar, siyahı uzanıqca uzandı: həkim adları, klinikalar, əlaqə telefonları…

Siyahı böyüdükcə seçim etmək də çətinləşir. Çətin də olsa, birini seçdim: 28 May tərəfdə yerləşən “Baku Medikal Plaza”da işləyən oftalmoloq Emil Yusifovu.

2 gün əvvəldən vaxt götürdük. Hər şeyə mədəni, sistemli şəkildə riayət etdik, yəni öncədən yazıldıq.

Getdim. Getdim və klinikanın 5-ci mərtəbəsində qarşılaşdığım mənzərədən qorxdum. Həkimin qəbul otağının qarşısında ən azı 70 nəfər gözləyirdi. Bu növbə deyildi, xaos idi…

Bir anlıq dönüb geri qayıtmağı düşündüm. Amma dərhal yadıma düşdü ki, mənim randevum var! Həkimin köməkçisinə yaxınlaşaraq adımı, saatımı söylədim. Son dərəcə laqeyd şəkildə gözləyən insanları göstərərək bircə kəlmə dedi: “Gözləyin”…

 

Əlacsız gözləməyə başladım, təxminən 40-45 dəqiqə, bəlkə də daha çox. Həmin müddətdə bir neçə dəfə həkimin yardımçısına yaxınlaşıb vaxtımın az olduğunu, başqa yerə tələsdiyimi bildirdim. Amma xeyri olmadı, assistentlər səbrimi sınağa çəkəcəklərinə “and” içmişdilər…

Nəhayət, “növbəm” çatdı. Qeydiyyatdan keçib ödəniş etdikdən sonra həkimin otağına buraxıldım…

İçəridə gördüyümsə məni daha çox təəccübləndirdi: həkim – Emil Yusifov çay içirdi! Və həddən ziyadə rahat idi, hətta məsuliyyətsizcəsinə rahat idi. Sanki kabinetin qarşısındakı onlarla insan onu gözləmirdi. Sanki həftəsonu deyildi, vaxt yalnız ona məxsus idi, vaxtın sahibi-yiyəsi o idi. Qalan adamlarsa detal idi, əhəmiyyətsiz, xırda bir detal və ya dekorasiya.

Onun yerində mən olsaydım, bu qədər insanı gözlətdiyimə görə, yəqin ki, həyəcandan, sarsıntıdan qəlb krizi keçirərdim. O isə tamamilə stressiz, güvənli, rahat, tələsmədən çay içirdi. Köməkçilərilə zarafatlaşa-zarafatlaşa borşa qatılan tərəvəzlərdən, sintetik vitaminlərin zərərindən, hətta bəzi vitaminlərin xərçəng xəstəliyi yarada biləcəyi ehtimalından danışırdı…

Çayını arın-arxayın içdikdən sonra gözlərimi müayinə etməyə başladı.

Narahatlıqlarımla bağlı suallar verdi. Eyni problemlə bağlı əvvəllər Türkiyədə də həkim qəbulunda olmuşdum. Verdiyi suallardan, yanaşmasından savadlı həkim olduğunu sezirdim. Sonda dedi ki, əməliyyata ehtiyac var. Göz kanallarının tutulması elədir ki, mütləq cərrahi müdaxilə lazımdır (bunu təxminən özüm də bilirdim). Daha sonra dedi ki, estetik cərrahın baxması da yaxşı olar və köməkçisinə məni adını unutduğum cərrahla görüşdürməyi tapşırdı. Müvəqqəti olaraq problemi yoluna qoymaq, gözlərimi nisbətən rahatlaşırmaq üçün göz damcıları yazacağını bildirdi, eyni zamanda, optik eynək üçün də ölçüləri yazmalıydı. Və resepti yazmağa başladı.

Bu vaxt gənc bir xanım – çox güman, o da assistentlərdən biriydi – içəri girərək qapıda gözləyən pasiyentlərdən birinin çox narazılıq etdiyini və onu dərhal içəri buraxmalı olduğunu bildirdi. Tələm-tələsik məni çölə çıxartdılar və heç bir izahat vermədən yenə dedilər ki, gözləyin…

Yenə gözləməyə başladım. Bu dəfə artıq vaxt yox, səbr də tükənirdi. Köməkçilər içəri girib-çıxdıqca həkimlə yenidən nə vaxt görüşə biləcəyimi soruşmağa çalışırdım, hər dəfə eyni cavabı eşidirdim: “Gözləyin”. Niyə gözləyirdim, niyə itaət edirdim, niyə səsimi qaldırıb etiraz etmirdim, müayinənin demək olar, yarımçıq qaldığını xatırlatmırdım, təkcə mənə yox, bütün pasiyentlərə – bütün gözləyənlərə qarşı ədəbsizlik, hörmətsizlik etdiklərini üzlərinə demirdim, bilmirəm.

Bu arada həkim də bir neçə dəfə otaqdan çıxıb harasa getdi. Qayıdanda köməkçisinə “Aynur xanımı cərrahla görüşdürdünüzmü” deyə soruşduğunu eşitdim, sürətlə uzaqlaşdıqlarına görə qızın nə cavab verdiyini eşidə bilmədim. Yenə gözləməyə davam etdim, amma bütün əsəblərim elə gərilmişdi ki, bir az da orada qalsaydım, hönkür-hönkür ağlayacaqdım.

Müayinə otağının qapısını açıb içəri boylandım. Həkim qarşısındakı vərəqə nəsə yazırdı, yəqin ki, başqa bir pasiyentə resept. Başını qaldırmadığına görə üzümü köməkçiyə tutdum: “Mənim reseptimi verin”. Həkim yenə başını qaldırmadı, “resept alayarımçıqdır, müayinə bitməyib, cərrahla görüşməlisiniz, optik eynək təyin etməliyəm” demədi. Köməkçi son dərəcə etinasız şəkildə resepti uzatdı və qapını üzümə bağladı…

Lifti gözləyəndə saata baxdım. Aradan 2 saatdan artıq vaxt keçmişdi. O iki saatın təxminən 10-15 dəqiqəsini həkimin qəbulunda keçirmiş, qalanını qapının ağzında boynumu bükərək gözləmişdim. Və boşuna. Əsəb, gərginlik, alçalma, gərəksizlik hissi…

Üstəlik, o gün əziz bir dostumuzun anasının yas mərasiminə də çata bilməmişdim, çox üzgün idim.

Bir həkimin qeyri-peşəkar iş mexanizmi bəzən bir insanın əhvalında, ovqatında, ruh halında belə iz qoyur…

Mənim həkim qəbuluna düşmək istəyim bu qədər stressli olmalıydımı, bunun normal bir üsulunu, formasını, şəklini azərbaycanlı həkimlər tapa bilməyiblərmi?

Bu yazını yazmadan öncə uzun-uzadı fikirləşdim, bəlkə elə norma budur, belə olmalıdır, sadəcə, mən deyingən olmuşam? Bəlkə mənə elə gəlir, dünya “mənim ətrafımda fırlanır”? Ya bəlkə məşhur filmimizdə deyildiyi kimi, mənə elə gəlir, “Həsən ağanın qohumuyam”?

Elədirmi? Həqiqətən ədalətli olmağa çalışıram: haqsızammı? Bir pasiyenti müaynə sonlanmadan hansı halda otaqdan çıxararlar? Və sonra da heç maraqlanmazlar?..

Məncə, yalnız o halda çıxararlar ki, ağır vəziyyətdə bir xəstə gətirilər. Həkim məcbur olar ki, sənə yox, ona baxsın. Amma ağır xəstə, təcili müdaxilə-müalicə tələb olunanda, səhv etmirəmsə, təcili yardım şöbəsinə yönləndirilir, hansısa həkimin qəbul otağının qarşısında gözləməyə yox. O halda mən əvvəlcədən randevü götürdüyüm halda, bu münasibətlə, bu sayğısızlıqla niyə üzləşirəm, bu, vaxt, əsəb istismarı deyilmi?

Bəzi dostlar deyir ki, niyə onlara bildirmədin ki, sən filankəssən? Amma… buna lüzum vardımı? Bəs tibbi etika, bəs xidmət, bəs oradakı digər gözləyənlər? Tutaq, mən dedim ki, misal üçün, “önəmli” insanam, mənimlə daha etik, daha nəzakətlə davrandılar, bəs o birilərin haqqı necə olsun?

Biz niyə həkim qəbuluna tanışlıqla girməliyik, niyə özümüz olaraq yox, statusumuzla bağlı qapıları açmalıyıq? Bəs randevu sistemi nə üçündür? Hansı zamanda, hansı əsrdə yaşayırıq? Həkim – hər hansı bir həkim niyə pasiyentlərə, xəstələrə öz təbəəsi kimi baxmalıdır, niyə hesab etməlidir ki, xəstələr, pasiyentlər onu onun istədiyi qədər gözləməli, gözləməyə məhkum edilməlidir? Axı 1 iş günü üçün 60-70 pasiyent çoxdur. Niyə qəbula uyğun sayda xəstə yazılmır? Niyə normadan çox xəstəni qəbula yazıb sonra da gözlədərək onları çərlədirlər, əsəbləri ilə oynayırlar, vaxtlarını israf edirlər? Bu haqqı-hüququ onlara kim verib?

Təəssüf ki, pasiyentə qarşı məsuliyyətsizlik, nəzakətsizlik normaya çevrilib – “norma”ya. Hətta artıq çoxlarını, bəzi hallarda heç kəsi təəccübləndirmir…

Bu sətirləri yazarkən hələ də – aradan 2 gün keçməsinə rəğmən – sadəlövhcəsinə ümid edirdim ki, zəng edəcəklər, üzrxahlıq edəcəklər, könül alacaqlar, səhvlərini etiraf edəcəklər və s. və i.a. Etmədilər. Etməzlər. Qabaqcadan müayinə üçün ödənişi alıblar, klinika da, həkim də qazandığını qazanıb. Pasiyentin canı cəhənnəmə. Gözü ağrıyır? – ağrımasın. Narazı qalıb? – gözümüz aydın. Şikayət etməyə yeri varmı? – yox.

Bax, məsələ ondadır. Klinika, xəstəxana rəhbərliyi maraqlanırmı ki, bir həkimin qəbul otağının qarşısına niyə yüzlərlə xəstə toplanıb, onları niyə gözlədirlər, onları gözlətməlidirlərmi, onlar gözləməlidirlərmi?

Maraqlanmırlar, çünki xəstənin sağlamlığı, əsəbi, vaxtı… onlar üçün prioritet deyil.

Bu qədər sadə. Özümə söz verdim ki, bir daha Azərbaycanda yaxşı həkim axtarmayım.

Qənaətim qətidir: çalışacam xəstələnməyim…

Məncə, ən yaxşı, ən doğru həll yolu budur…

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “German” hospital bağlanır?
Next: Metronun bütün stansiyalarına giriş bağlandı – Yenilənir

OXŞAR MÖVZULAR

1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026

XƏBƏR LENTİ

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır 1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanı 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının qələbəsi...
DAVAMI Read more about Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT 1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Zamiq Xankişiyevin cinayət işi üzrə...
DAVAMI Read more about 500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT
“Any Unboxing” piramidasının ifşası media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında anyunboxing.com adlı layihənin reklamları geniş yayılıb. Platforma...
DAVAMI Read more about “Any Unboxing” piramidasının ifşası
“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO 9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib. Həkim İstanbulda yerləşən Marmara Universitetinin əməliyyat və...
DAVAMI Read more about “1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı sub2nin7pnk8yohbxu8cmvmk3opiu6xbrh8l0y5e_1200
  • ARAŞDIRMA

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

admin 08.06.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala”...
DAVAMI Read more about Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı

Bütün yazılar

1764567382_zelenski
  • DÜNYA

Zelenski: Aİ-nin Ermənistana real dəstək verməsinin vaxtıdır

admin 08.06.2026
1780908739_screenshot-2026-06-08-125057
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? – TƏFƏRRÜAT

admin 08.06.2026
media-7-lxriwo
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Any Unboxing” piramidasının ifşası

admin 08.06.2026
9301ceebbbc29d2198a12df20a4f494e
  • GÜNDƏM

“1 meyit başı üçün 7650 manat ÖDƏNİLİR” – VİDEO

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.