Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rövşən Məmmədov “sevimli kadrı”nı işdən çıxardı – İş yoldaşlarının adına kredit götürüb? (ŞOK İDDİA)
  • GÜNDƏM

Rövşən Məmmədov “sevimli kadrı”nı işdən çıxardı – İş yoldaşlarının adına kredit götürüb? (ŞOK İDDİA)

admin 20.04.2026
1776661718_1
AzTV-də kadr qalmaqalı: Produser 60 min manatlıq mənimsəmədə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, xəbərlər departamentində produser vəzifəsində çalışan Vüsal Qaraca tutduğu vəzifədən istefa verib.

32gun.az-a məlumatlı mənbədən daxil olan məlumata görə, istefa ərizəsi kanalın sədri Rövşən Məmmədovun təkidli tələbi ilə yazılıb və dərhal rəhbərlik tərəfindən qəbul edilərək imzalanıb.

V.Qaracanın istefasına səbəb kimi iş yoldaşlarının 60 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunması göstərilir. İddialara əsasən, o, iş yoldaşlarının adına külli miqdarda kreditlər götürüb və onları ödəməyib, bu da əməkdaşlar arasında ciddi narazılığa və münaqişəyə yol açıb. Məsələdən xəbər tutan sədr Rövşən Məmmədov dərhal V.Qaracanın vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib.

Məlumatlı mənbənin bildirdiyinə görə, Vüsal Qaraca və Rövşən Məmmədov arasında uzun illərə dayanan münasibət mövcuddur. Məlumata görə, Vüsal Qaraca Azərbaycan Universitetində tələbə olduğu illərdə, paralel olaraq ‘Lider TV’-də çalışan və həmin ali təhsil ocağında müəllimlik fəaliyyəti ilə məşğul olan Rövşən Məmmədovun tələbəsi olub. Məhz müəlliminin köməkliyi ilə V.Qaraca əvvəlcə “Lider TV”-də işə düzəlib. Sonradan Rövşən Məmmədov AzTV-yə sədr təyin olunduqdan sonra özünün “ən yaxşı kadrı” kimi hesab etdiyi V.Qaracanı da kanala dəvət edib. Vüsal Qaraca AzTV-də fəaliyyəti dövründə kanalın “mobil qrup”unun admini və xəbərlər direktorunun müavini kimi məsul vəzifələrdə də çalışıb.

AZTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov 32gun.az-a açıqlamasında V.Qaracanın işdən ayrıldığını təsdiqləyib.

R.Seyidovun sözlərinə görə, həmin şəxs departament rəhbəri vəzifəsində çalışmayıb, digər bir vəzifəni icra edirmiş:

“V.Qaracanın işdən çıxma səbəblərinə gəldikdə isə, bu, qurumumuzun daxili kadr siyasəti və prosedurları ilə bağlıdır. Məxvilik siyasətinə əsasən, bu barədə ətraflı məlumat verə bilmərəm. İşdən ayrılma səbəbləri ilə bağlı məsələni şəxsin özündən dəqiqləşdirməyiniz daha məqsədəuyğundur. Onun işdən ayrılmasının pul məsələləri ilə bağlı olması barədə yayılan iddiaları isə eşitmişəm, lakin bu məlumatı təsdiq və ya təkzib edəcək rəsmi bilgilərə sahib deyiləm, o sadəcə ərizəsini yazdı və çıxdı getdi”.

PS: Adı keçən Vüsal Qaraca ya suallarımızı ünvanlasaq da cavab ala bilməmişik

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ceyhun Bayramov şri-lankalı nazirlə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib
Next: Ata tender keçirir, oğul qazanır-“AzerGold” Sədrinin “Qızıl” oğlu…

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.