Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Düşünürük, Nicat Cəlilov göstəriş verər ki, şikayət edənlərə zəhərli iynə vurub öldürün…” – VETERANLAR “DİKTATOR DİREKTOR”DAN ŞİKAYƏTÇİDİR
  • ARAŞDIRMA

“Düşünürük, Nicat Cəlilov göstəriş verər ki, şikayət edənlərə zəhərli iynə vurub öldürün…” – VETERANLAR “DİKTATOR DİREKTOR”DAN ŞİKAYƏTÇİDİR

admin 12.10.2024
1728664114_1
Bir qrup müharibə və əmək veteranları – Fatma Rzayeva, Mabəddin Ağayarov, Tamilla Baxşıyeva, Olqa Kobzar, Mərziyyə Məmmədova, Dilzar Əfəndiyeva, Yaşar Qurbanov, İlahi Sultanov, Şəhla Qurbanova, Məmmədsafa Cəfərov, Arif Musayev, Səfurə Rəhimova, Mənsurə Əliyeva və digərləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Biz Mərdəkanda yerləşən “Müharibə Veteranlarının Respublika Xəstəxanası”nda hökm sürən özbaşınalıqların bəzi məqamlarını ürək ağrısı ilə sizə çatdırmağı özümüzə borc bilirik. Adıçəkilən xəstəxanaya bir il öncə direktor təyin olunmuş, öz yerində olmayan, vəzifə həddini aşan, tutduğu vəzifədən sui-istifadə edən Cəlilov Nicat Vidadi oğlu təyin olunduğu ilk gündən burada zindan rejimi yaradıb. Xəstəxananın arxa hissəsində kəsə və təhlükəsiz yerdə olan qapıdan mağazaya gedən yolu zəncirlədib, xəstələri uzaq, təhlükəli avtomobil yolunun hərəkət hissəsi ilə mağazaya getmək məcburiyyətində buraxıb.

Dəfələrlə “diktator direktor”dan gündüz vaxtı qapının açıq qalmasını xahiş etsək də, özünü “kral” hesab edən Cəlilov Nicat edilən xahişləri rədd edib. Bizim çoxsaylı müraciətlərimizi “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxs araşdırır və eyni məzmunda cavablar verir. Yəni harınlayıb Firovunluq dərəcəsinə qədər yüksəlmiş “diktator direktor”u müdafiə edən cavablar veriblər ki, həmin cavablar biz veteranları qane etmir.

İlkin Səhiyyə Xidməti Departamentinin Xidmətlərin Təşkili şöbəsinin müdiri Nəhmət Rəhimov, Daxili nəzarət monitorinq departamentinin rəhbəri Orxan Qurbanov, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ- nin direktor müavini Ləman Mursaqulova, eyni zamanda zəng etmiş Elbrus adlı şəxs veteranlara, tibbi personala qan udduran “diktator direktor” Nicat Cəlilovu müdafiə edirlər. Hansı ki, Nicat Cəlilovun təzyiqləri, şiddətləri nəticəsində “Müharibə Veteranları Respublika Xəstəxanası”nı çox savadlı, bacarıqlı həkimlər, orta tibb işçiləri tərk ediblər. Laborant həkim Elnarə Nicat Cəlilovun şiddəti nəticəsində insult keçirib. Göz həkimi olan gənc Ruqiyyə xanım Nicat Cəlilovun şiddəti nəticəsində intihar edib, bir azyaşlı uşağı anadan yetim qalıb. Allah ona rəhmət eləsin.

Hal-hazırda Nicat Cəlilovun bu özbaşnalıqlarına görə, xəstəxanaya az sayda veteran gəlir. Tibb müəssisəsində bahalı dərmanları xəstələrə yazırlar və biz özümüz həmin dərmanları aptekdən alırıq, deyirlər ki, xəstəxanada dərman çatışmır.

Nicat Cəlilov lüks otaqları pulla satır, pul aldığı xəstələri xəstəxanada 1 (bir) ay saxlayır, digərlərini 10-11 günə evə yazır. Xəstəxananın yeməkxanasında da biabırçı bir mənzərə hökm sürür. Hər gün iylənmiş balığa xəstələrə yedizdirirlər. Bir toyuğu 100 yerə bölüb, bir dırnaq qədərini duru yeməyin içinə atıb, veteranlara iaşə xidməti göstərirlər.

Bu qədər nöqsanların içində batan Nicat Cəlilovu nəyə, hansı yaxşı cəhətlərinə görə müdafiə edirlər? Görəsən, bu diktatorun, rüşvətxorun, vəzifə həddini aşanın, tutduğu vəzifədən sui-istifadə edənin arxasında kimlər durub? Nicat Cəlilovun bu özbaşınalıqları prezidentə, dövlətə qarşı sabotajdır.

“Bakı Baş Səhiyyə Mərkəzi” qida normalarının tətbiq edilməsini 30 il öncə baş nazir olmuş, bütün təltifləri əlindən alınaraq, xalq düşməni kimi həbs olunmuş Surət Hüseynovun imzaladığı 9 mart 1994-cüil tarixini 103 saylı qərarının 5-ci əlavəsini rəhbər tutaraq şikayətimizi cavablandırmaqla, “diktator direktor”u müdafiə edir. Biz veteranların fikirlərini ifadə edərək qəti şəkildə xahiş və tələb edirik ki, öz yerində olmayan “diktator direktor”u özünü “kral” hesab edən, Prezident siyasətinə zidd hərəkətlər edən dövlətə qarşı sabotaj edən, rüşvət aldığı xəstələri aylarla xəstəxanada saxlayan, pul verməyən veteranları 10-11 günə evə yazan, dünya malından gözü doymayan, təzyiq və şiddət edən, bahalı dərmanları yazdıraraq apteklərdən bizləri dərman almaq məcburiyyətində qoyan, lüks otaqları pulla satan rüşvətxor Cəlilov Nicat Vidadi oğlu “Müharibə Veteranlarının Respublika Xəstəxanası”nın direktoru vəzifəsindən azad olunması istiqamətində əməli köməklik göstərmənizi sizdən xahiş edirik.

Hal-hazırda biz həmin xəstəxanaya müalicəyə gəlməyə qorxuruq, düşünürük, Nicat Cəlilov göstəriş verər ki, şikayət edənlərə zəhərli iynə vurub öldürsünlər. Elə bu səbəblərdən də ora getməyi dayandırdıq. Tam şəkildə inanırıq ki, sizin birbaşa köməyinizlə veteranların bu xahişinin düzgün, ədalətli həlli gərçəkləşəcək”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bir neçə əsas yolda təmirlə bağlı sürücülərə müraciət edilib. Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.
Next: Bakıda kollecdə özbaşınalıq: tələbələrin şəxsi əşyaları yoxlanılır

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.