Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Mikayıl İsmayılovun keçmiş gəlini: Məni susdurmaq üçün şərləyiblər
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Mikayıl İsmayılovun keçmiş gəlini: Məni susdurmaq üçün şərləyiblər

admin 15.04.2026
1776267583_mikayil-ismayilov

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə məhkəmə çəkişməsi davam edən Fidan Abbasova barəsində irəli sürülən narkotik ittihamlarına münasibət bildirib.

AFN.az-ın xəbərinə görə, F.Abbasova AzTimes.az-a açıqlamasında qeyd edib ki, bir neçə gün əvvəl keçmiş həyat yoldaşı O.İsmayılzadənin vəkili Şaiq Mirzəyev və onun keçmiş işçisi Əminə İsmayılzadənin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə çağırılıb. Onun sözlərinə görə, polis bölməsində narkoloji yoxlamadan keçirilib və nəticə pozitiv çıxıb.

“Lakin səhəri gün klinikada yenidən analiz verdim. Nəticələr narkotik istifadə etmədiyimi göstərdi. Analiz cavablarını da təqdim etmişəm. Hesab edirəm ki, məni susdurmaq üçün şərləyiblər. Orxan İsmayılzadə ilə övladıma atalıq hüququnun verilməsi və sənəd saxtakarlığı ilə bağlı məhkəmə çəkişməm davam edir. Bu səbəbdən mənə təzyiq göstərmək məqsədilə üzərimə narkotik ittihamı atılıb”, – deyə o bildirib.

Qeyd edək ki, Gununsesi.info-da yayılan məlumata əsasən, Fidan Abbasova İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (satış məqsədi olmadan narkotik vasitələrin şəxsi istehlak miqdarında əldə edilməsi, saxlanılması və daşınması) ilə məsuliyyətə cəlb olunub. Himayəsində azyaşlı övladının olması nəzərə alınaraq, ona həbs yox, cərimə cəzası verilib. F.Abbasova qərardan apellyasiya şikayəti versə də, şikayət təmin olunmayıb.

Məsələ ilə bağlı Gununsesi.info Fidan Abbasova ilə əlaqə saxlamağa çalışsa da, onun mobil telefonuna cavab verən şəxs özünü qızı kimi təqdim edərək “Anam yatıb” deyə bildirib.

Xatırladaq ki, Fidan Abbasova ilə Orxan İsmayılzadə arasında məhkəmə çəkişməsi şəxsi münasibətlər zəminində yaranıb. F.Abbasova 2015-ci il təvəllüdlü qızının atalıq hüququnun tanınması və uşağın saxlanılması üçün aliment ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. O, iddiasını sübut etmək üçün məhkəməyə birgə fotolar da təqdim edib.

Atalıq məsələsinin müəyyənləşdirilməsi üçün məhkəmə bir neçə dəfə ekspertiza təyin etsə da, Orxan İsmayılzadə prosesdə iştirak etməyib. Məhkəmə bunu ekspertizadan yayınma kimi qiymətləndirərək, onun 2015-ci il təvəllüdlü N.-in atası kimi tanınması barədə qərar qəbul edib və aylıq 500 manat aliment ödənilməsi öhdəliyi qoyub. Bu qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Bundan əlavə, mediada özünü Fidan Abbasovanın keçmiş rəfiqəsi kimi təqdim edən Leyla Abbasova ilə bağlı məhkəmə çəkişməsində də Apellyasiya Məhkəməsi onun iddiasını təmin etməyib. Fidan Abbasova isə bildirib ki, həmin şəxslə heç bir tanışlığı olmayıb: “Bu qadın məqsədli şəkildə mənə yaxınlaşaraq Orxan İsmayılzadəyə aid qeyri-etik videolar təqdim edib. Bu məsələ məndə ciddi narahatlıq yaratdı və aramızda münaqişə baş verdi. Sonradan onun da İsmayılzadələr ailəsinin mənə qarşı qurduğu planın bir hissəsi olduğunu düşündüm”.

F.Abbasova əlavə edib ki, onun barəsində çıxarılan məhkəmə qərarlarının mediada geniş yayılması da məqsədli xarakter daşıyır və ictimaiyyət qarşısında nüfuzdan salınmasına xidmət edir. Onun sözlərinə görə, bu iddialar Orxan İsmayılzadənin ortaq tanışlar vasitəsilə göndərdiyi mesajlarda da öz əksini tapır.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Space TV bağlanır? – Telekanal daxilində baş verən “çox dərin olaylar”…
Next: ABŞ-İran danışıqları gələn həftənin sonunda baş tuta bilər

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.