Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
  • ARAŞDIRMA

Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?

admin 15.04.2026
1776175059_1
Dünyanın ən zəngin iş adamlarının siyahısı açıqlanıb. Belə ki, siyahıda azərbaycanəsilli milyarderlər də yer alır.

Soztv.az xəbər verir ki, reytinqə əsasən, dünyanın ən varlı iş adamları sırasında Vahid Ələkbərov 81-ci pillədə qərarlaşıb və onun sərvəti 29,5 milyard dollardır. Vahid Ələkbərovun uğur yolu sadə işçi kimi başlayıb. O, əvvəlcə Xəzər dənizində neft platformasında işləyib, daha sonra Sovet dövründə neft sənayesinə rəhbərlik edən qurumda nazir müavini vəzifəsinə qədər yüksəlib. 1991-ci ildə o, üç böyük neft yatağını birləşdirərək Lukoil şirkətini yaradıb. Bu gün şirkət Rusiyanın ən iri müstəqil neft istehsalçılarından biridir. Ələkbərov uzun illər bu şirkətə rəhbərlik edib və onun təxminən 30 faizinə sahib olub. 2014-cü ildə Lukoil ABŞ sanksiyalarına məruz qalıb. 2022-ci ildə isə Böyük Britaniya tərəfindən sanksiya tətbiq olunduqdan sonra Ələkbərov şirkət prezidenti vəzifəsindən ayrılıb. Həmin il o, Niderlanddakı Heesen Yachts zavodundakı payını da fonda ötürüb.

837 və 838-ci yerlərdə isə Qod Nisanov və Zarah İliyev yer alır. Onların hər birinin sərvəti 5,1 milyard dollardır.

Qod Nisanov və Zarah İliyev Rusiyanın paytaxtı Moskvada ən böyük daşınmaz əmlak sahiblərindən hesab olunurlar. Azərbaycandan köçən tərəfdaşlar burada iri ticarət mərkəzləri, hotellər və yaşayış kompleksləri tikiblər. Onların ümumi daşınmaz əmlak portfeli təxminən 14 milyon kvadrat metr təşkil edir. Sahibkarlar Moskvada böyük topdansatış mərkəzi – “Food City”ni yaradıblar və şəhər ətrafında bir sıra iri ticarət obyektlərinə sahibdirlər. Zarah İliyev həmçinin məşhur “Radisson Royal Moscow” otelinin ortaq sahibidir. Bu hotel 2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı zamanı FIFA-nın əsas qərargahlarından biri kimi istifadə olunub.

Siyahının 2386-cı pilləsində isə Fərhad Əhmədov qərarlaşıb və onun sərvəti 1,7 milyard dollar təşkil edir. Fərhad Əhmədov biznes fəaliyyətinə Londonda xəz satışı ilə başlayıb. 1987-ci ildə o, qaz sənayesi üçün avadanlıq təmin edən şirkət yaradıb. Daha sonra Sibirdə fəaliyyət göstərən “Nortgas” şirkətində pay alaraq enerji sektorunda mövqeyini gücləndirib. 1998-ci ildə şirkətdə əsas pay sahiblərindən birinə çevrilən F.Əhmədov 2012-ci ildə bu payını 1,4 milyard dollara satıb. Onun adı daha çox Böyük Britaniyada keçmiş həyat yoldaşı ilə bağlı uzunmüddətli məhkəmə çəkişməsi ilə gündəmə gəlib. Məhkəmə ona 454 milyon funt sterlinq ödəmək qərarı çıxarsa da, bu mübahisə yalnız 2021-ci ildə razılaşma ilə başa çatıb. 2022-ci ildə o da Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Həmin ilin yayında onun “Luna” adlı lüks yaxtası Almaniyada dondurulub. Lakin 2023-cü ilin sentyabrında Avropa İttifaqı Əhmədova qarşı sanksiyaları ləğv edib.//modern.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Bravo”da diqqətli olun: 90 qəpik göstərib, tələyə salırlar – VİDEO
Next: Nazir müavinliyindən TƏBİB-ə direktor – Anar Bayramov KİMDİR?

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.