Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR – ARAŞDIRMA
  • ARAŞDIRMA

Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR – ARAŞDIRMA

admin 14.04.2026
7-kopiya
Yerli marketlərin vitrinlərini bəzəyən çeşid-çeşid yağların arasında rast gəlinən “rus yağları” alıcıların daim marağında olub. Digər ölkələrlə müqayisədə Rusiya istehsalına üstünlük verilməsi əslində bu ölkənin müasir istehsalına etimaddan deyil, sovet nostalgiyasından irəli gəlir. Çünki həmin illərdə süd və süd məhsulları çox keyfiyyətli olurdu.

İndi də özünü təsdiqləmiş rus yağ brendləri piştaxtalarda mövcuddur.

Amma işbazların, zirzəmi sexlərinin istehsal etdiyi saxta yağların da bu məhsulların arasına qatıldığına zaman-zaman rast gəlinib. Bəzən isə qablaşdırmalar rus dilində olur və alıcılarda “həqiqətən Rusiyadan, yaxud Belarusdan gətirilib” təəssüratı yaradır. Lakin reallıq bir az qarışıqdır.

Market rəflərində müxtəlif rus adları altında təqdim olunan bu məhsulların bir qismi xarici ölkələrdən gətirilsə də, digərləri yerli müəssisələrdə istehsal olunur və ya idxal xammal şəklində gəlir, Azərbaycanda qablaşdırılır. Düzdür, hansı şəraitdə qablaşdırılır, o sual altındadır, amma xammal olaraq gəldiyi ən azından dəqiqdir. İstənilən halda bu, alıcıların marağına hesablanmış marketinq hiyləsidir.

Burada da ziddiyyətli məqamlar üzə çıxır…

Bizim.Media olaraq paytaxt və qəsəbələrdə apardığımız araşdırmalardan belə məlum oldu ki, Bakının mərkəzi hissələrindəki marketlərdə Rusiya, Belarus və ukrayna istehsalı olan yağlar həqiqətən də idxal məhsullarıdır. Kənar qəsəbələrdə isə daha çox xammalın qablaşdırılmış variantı müştərilərə təklif olunur.

Məhsulun “İstehsalçı” məlumatında “Made in Russia” yaxud digər slavyan ölkəsi yazılsa da, aşağıda yerli ünvan göstərilir. Orijinal rus məhsullarında əsas yazılar isə rus dilində olur, qablaşdırmada Azərbaycan dilində əlavə edilmiş və sonradan yapışdırılmış məlumat qeyd olunur.

Bəzi məhsulların qablaşdırılmasında Rusiya və digər slavyan ölkələrinin adı və bayrağı qeyd olunsa da, istehsalın harada həyata keçirilməsi haqda bilgilər yoxdur. Yəni, əsas yazılar Azərbaycan dilindədir və bu istər-istəməz şübhə yaradır. Bir sözlə istehlakçılar başqa ölkənin adı və qablaşdırılması ilə çox rahat şəkildə aldadılırlar… Alıcılar isə bu markaların da Rusiya və ya digər ölkələrdə istehsal olunduğunu zənn edirlər.

Onu da qeyd edək ki, istehsal yeri, mənşəyi və tərkibi bilinməyən bu yağların əslində “padval”larda istehsal olunmasına dair iddialar var.

Məsələn “Rossiyyanka”, “Saratovskiy”, “Kalinka”, “Korovuşka”, “Tulçinskaya Extra №3”, “Krestyanskoe” və digər Rusiya adı altında marketlərdə kifayət qədər yağ satışı həyata keçirilir. Araşdırmalarımıza görə Rusiyanın özündə və marketlərində bu adda yağlar mövcud deyil və ümumiyyətlə bu adlar altında sözügedən ölkədə yağlar istehsal olunmur.

Digər bir məqam isə keyfiyyətl bağlıdır…

Son vaxtlar “Doyaruşka” və “Korovuşka” yağlarının keyfiyyətindən və dadından alıcılar narazıdırlar, bildirirlər ki, əvvəlki kimi deyil. Üstəlik “Korovuşka”nın qablaşdırması dəyişib və bu dəyişiklikdən sonra keyfiyyət də itib.

Maraqlıdır, istehlakçılarımız Rusiya adı altında, amma əslində Azərbaycanda istehsal olunan bu yağlarla niyə aldadılır?

Məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) münasibətini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirildi ki, cari ilin birinci rübü ərzində ölkəyə 10-dan artıq ölkədən 5650 ton kərə yağı idxal olunub. İdxalda İran, Belarus, Ukrayna, Səudiyyə Ərəbistanı, Yeni Zelandiya və Finlandiya əsas yerləri tutur.

Konkret “Doyaruşka” və “Korovuşka” əmtəə nişanlı kərə yağları ölkəyə idxal olunan yağlardır.

“Ölkəyə idxal olunan qida məhsulları, o cümlədən kərə yağları üzərində risk səviyyəsindən asılı olaraq müəyyən edilmiş dövriliyə uyğun şəkildə fiziki nəzarət həyata keçirilir. Fiziki nəzarət zamanı məhsulların laboratoriya tədqiqləri (sınaqlara) aparılır, habelə sadə fiziki-kimyəvi sınaqlara cəlb olunmaqla təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər üzrə yoxlanılır”.

İstənilən halda məsələ açıq olaraq qalır. Təbii ki, diqqətli alıcılar kor-koranə ölkə adına etibar etmir, hər ehtimala qarşı alıcılara qablaşdırmanın arxasındakı məlumatı diqqətdən qaçırmamağı tövsiyə edirik.





Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıda yeni tikilmiş binada partlayış – Fəhlə öldü (VİDEO)
Next: Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…

OXŞAR MÖVZULAR

ruslan-eyyubov
  • ARAŞDIRMA

Ruslan Eyyubov həbsdən azad edildi

admin 05.06.2026
1780574151_ekran-kli-2026-06-04-155327
  • ARAŞDIRMA

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

admin 04.06.2026
1780574743_ekran-shekli-2026-06-04-160428
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…

admin 04.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.