Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Deputat TƏBİB-i sərt tənqid etdi: – “ Cinayət törədənlərə yüksək vəzifə verilir”
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Deputat TƏBİB-i sərt tənqid etdi: – “ Cinayət törədənlərə yüksək vəzifə verilir”

admin 10.04.2026
1775809508_2

“Layihəyə əlavə olunan 3-cü bənd, yəni bu əməli ilk dəfə törədən şəxsin vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunması məsələsi daha ciddi və prinsipial yanaşma tələb edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu ixtisasca həkim olan deputat Müşfiq Məmmədli aprelin 10-da Milli Məclisdə Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir: “Bu şəxslər dövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resursları idarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Bu baxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır”.

O, fikrini iki faktla əsaslandırıb:

“Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının sabiq direktoru 2025-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə ittiham olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda “Batıgöz” klinikasında və bir necə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərir.

İkinci fakt: 2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə cinayət işi açılıb, istintaq aparılıb. Lakin təyinatdan kənar istifadə olunan (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib.O, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə 400 mindən artıq əhalisi olan Abşeronda rayonunda Mərkəzi Xəstəxananın direktoru vəzifəsinə təyin olunub. Haşiyəyə cıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır.

Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Əgər bir şəxs dövlət vəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamış kimi yenidən rəhbər vəzifələrə gələrsə, o zaman bu, sadəcə hüquqi məsələ deyil, bu, ictimai etimad, dövlət idarəçiliyinin nüfuz məsələsidir. Məhz buna görə hesab edirəm ki, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə əlavə olunacaq 3-cü bənd bu şəkildə tamamlana bilər”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Mərkəzi Neftçilər Xəstəxanası hər kəsin inam və şəfa ünvanı….
Next: Eldar Mahmudovun daha bir qalmaqallı mənzil mübahisəsi: – Məhkəmə qərarları ziddiyyət təşkil edir

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780661934_screenshot-2026-06-05-161752
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr… – Ali Məhkəməyə üz tutdu

admin 05.06.2026
media-psamir2025-04-10-21-04-57-1h5rsx-895x640
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və… – Bakının qanunsuzluq qarşısında susqunluğu…

admin 05.06.2026

XƏBƏR LENTİ

“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO 1780901638_48390be794_001
  • CƏMİYYƏT
  • VİDEO

“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO

admin 08.06.2026
Övadları ilə birgə yoxa çıxan azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı videomüraciət ünvanlayıb. “Qafqazinfo” xəbər...
DAVAMI Read more about “5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO
Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

Bütün yazılar

1780901638_48390be794_001
  • CƏMİYYƏT
  • VİDEO

“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO

admin 08.06.2026
img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.