Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nigar Rüfət qanunsuz fəaliyyət göstərirmiş: Həkim kimi pasiyent qəbul etməsi aşkarlandı
  • GÜNDƏM

Nigar Rüfət qanunsuz fəaliyyət göstərirmiş: Həkim kimi pasiyent qəbul etməsi aşkarlandı

admin 09.04.2026
media-799-wts7un

Səhiyyə sistemində nəzarətin necə həyata keçirildiyi ilə bağlı ciddi suallar doğuran daha bir fakt gündəmdədir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi fevral ayında “Laser Beauty Clinic”də yoxlama apararaq Nigar Rüfət adlı şəxsin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi fəaliyyət göstərdiyini açıqlayıb. 

Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin şəxsin fəaliyyətinin niyə dayanıb-dayanmadığı barədə konkret məlumat verilmir. Əksinə, hazırda “kosmetoloq” yenə pasiyent qəbul edir.

Suallar fonunda aidiyyəti qurumların susqunluğu isə narahatlıq doğurur.

Aparılan araşdırma göstərir ki, daha əvvəl qanunsuz kosmetoloji fəaliyyətlə bağlı adı hallanan Nigar Rüfət hazırda da “Laser Beauty Clinic”də fəaliyyətini davam etdirir. “Kosmetoloq”un sosial şəbəkə səhifəsində paylaşdığı əlaqə nömrəsi ilə də əlaqə saxladıq. Həmin nömrəyə cavab verən Nigar Rüfətin köməkçisi hazırda onun “Laser Beauty Clinic”in “28 May” filialında fəaliyyət göstərdiyini bildirdi.

Nigar Rüfət isə fəaliyyətini gizli şəkildə etmir, sosial şəbəkələrdə də aktiv paylaşımlar edir. Ötən gün o, aprel ayına özəl endirim kampaniyasına start verdiyini pasiyentlərinə elan edib.

Bu isə məsələni daha da aktuallaşdırır. Əgər “kosmetoloq”un fəaliyyəti davam edirsə, o zaman ortaya çox ciddi sual çıxır: fevralın 20-də aparılmış yoxlamanın hüquqi nəticəsi nə olub?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə rəsmi sorğu ünvanlanıb. Sorğuda çox konkret suallar qoyulub.

Lakin bütün sualların qarşılığında qurumun redaksiyaya verdiyi cavab mahiyyət etibarilə yeni heç nə demir.

AEM bildirir ki, “deyilən məsələ ilə bağlı fevral ayında yaydığımız məlumata əlavəmiz yoxdur, yeni məlumat olan kimi  sizə göndərəcəyik”.

media-13

Bu isə nə hüquqi vəziyyəti açıqlayır, nə də ictimaiyyəti narahat edən əsas suala cavab verir: Kosmetoloq xidməti göstərən Nigar Rüfətin fəaliyyəti qadağan olunubsa, niyə davam edir, qadağan olunmayıbsa, niyə olunmayıb?

Burada söhbət sıradan bir inzibati prosedurdan getmir. Söhbət insanların sağlamlığından, tibbi müdaxilə adı altında həyata keçirilən prosedurların təhlükəsizliyindən və dövlət nəzarətinin real işləyib-işləməməsindən gedir.

Əgər bir şəxsin müvafiq ixtisas təhsili olmadığı halda kosmetoloq fəaliyyəti göstərdiyi rəsmi yoxlama ilə aşkarlanıbsa, bunun ardınca ya həmin fəaliyyət dərhal dayandırılmalı, ya da ictimaiyyətə açıq şəkildə izah edilməlidir ki, niyə dayandırılmayıb. Üçüncü yol yoxdur.

Ən narahatedici məqam isə budur ki, məsul qurumlar bu məsələdə sanki cavabdehlikdən yayınmağa çalışır.

Səhiyyə Nazirliyi məsələni Analitik Ekspertiza Mərkəzinin üzərinə yönəldir, AEM isə konkret hüquqi və inzibati cavab vermək əvəzinə ümumi cümlələrlə kifayətlənir.

Belə çıxır ki, ortada rəsmi yoxlama da var, aşkar edilmiş fakt da var, amma nəticə barədə aydın mövqe yoxdur.

Nigar Rüfətin fəaliyyəti dayandırılıb, ya yox?

Dayandırılıbsa, niyə davam etdiyi görünür?

Dayandırılmayıbsa, rəsmi yoxlamada üzə çıxan faktlar hansı əsasla yetərsiz sayılıb?

“Laser Beauty Clinic” barəsində hansı tədbirlər görülüb və bu tədbirlər nə ilə nəticələnib?

Yoxlamanı aparan dövlət qurumu nədənsə bu sualları cavabsız qoyur.

Cəmiyyətin gözləntisi isə açıq, hüquqi əsaslandırılmış və konkret cavabdır. Suallar isə cavabsızdır…

Axı burada söhbət sadəcə bir redaksiyanın sorğusundan getmir. Söhbət sağlamlıq sahəsində şəffaflıqdan, vətəndaş təhlükəsizliyindən gedir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur.

“Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər.

Botoks inyeksiyası artıq tibbi müdaxilə sayılır və bu sahə sadə kosmetoloji fəaliyyət tibbi fəaliyyət kimi qiymətləndirilir. Buna görə də ixtisassız şəxsin bu xidməti göstərməsi daha ciddi hüquqi məsuliyyət yaradır.

Nigar Rüfətin isə ixtisasca həkim-dermatoloq olmadığı yoxlamalar nəticəsində təsdiq olunub.

Vəkil İntiqam Hacıyev açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən bu tibbi fəaliyyət qaydalarının pozulması kimi qiymətləndirilir.

“Müvafiq tibbi təhsili və icazəsi olmadan botoks inyeksiyası edən şəxslər qanuna müvafiq şəkildə cərimələnir. Əgər şəxs yoxlama aparıldıqdan, inzibati cərimə tətbiq edildikdən və ya fəaliyyətinin dayandırılması barədə göstəriş verildikdən sonra yenə də botoks inyeksiyası kimi qanunsuz tibbi fəaliyyəti davam etdirərsə, eyni pozuntuya görə təkrar törətmə daha yüksək məbləğdə cəriməyə səbəb olur”.

O, həmçinin bildirib ki, Cinayət Məcəlləsinin 192-ci maddəsinə görə bu “Qanunsuz sahibkarlıq” fəaliyyəti kimi qiymətləndirilərək bu fəaliyyətdən gəlir əldə olunduğu təsdiqlənərsə daha ağır cəzalar tətbiq oluna bilər.\\yenisabah.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Masazırda küçələr bu vəziyyətdə: İcra Hakimiyyəti isə…..
Next: “Azercell”il abunəşilərinin NƏZƏRİNƏ: Sizi belə aldada bilərlər…..

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780661934_screenshot-2026-06-05-161752
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr… – Ali Məhkəməyə üz tutdu

admin 05.06.2026
1780595627_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi güclüdür, yoxsa “Leyla Medical Center”in “başında turp əkən” Sevda Kurbanova?:

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.