Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bu da Sahil Babayevin TENDER HOQQASI: Maliyyə nazirimizi Səxavət Səfərova NƏ BAĞLAYIR? – obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində
  • ÖLKƏ

Bu da Sahil Babayevin TENDER HOQQASI: Maliyyə nazirimizi Səxavət Səfərova NƏ BAĞLAYIR? – obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində

admin 09.04.2026
1775719777_sahilbabayev

“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi Şərqi Zəngəzur RMF üçün ofis icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Emil Vidadi oğlu Orucov ilə 97.200 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 03.04.2026-cı ildə dərc edilib. Müqavvilənin müddəti 01.04.2026-cı ildə başlayır, 01.04.2027-ci ildə bitir.

Şərlər toplusuna görə ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 450 kvadrat metr (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 5 – 6 otaq və hər mərtəbədə 1 mətbəx və minimum 2 sanitar qovşağı olmalıdır. Ofis sahəsində ən azı 1 mərkəzləşdirilmiş server otağı mövcud olmalıdır və zəif axının (internet) server otağından birbaşa hər bir əməkdaşın fərdi komputerinə qoşulma imkanı olmalıdır. Ofis sahəsində 1 sürətli sərnişin lifti olmalıdır. Minimum 3 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır. Ofis sahəsində 24 saat isti və soyuq su ilə təminat mövcud olmalıdır. İnzibati binanın ofis sahəsinə aid şüşə və fasad hissələrinin yuyulması ildə 2 dəfədən az olmamaqla təmin edilməlidir. Təklif olunan sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına uyğun olaraq Zona 4, Zona 5, Zona 6 (Zona 6.1,6.2,6.3), Zona 7-dən təklif edilməlidir. Ofis sahəsinin icarə 12 ay üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Emil Vidadi oğlu Orucov arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında ofis icarəsi xidmətinin satınalınması üzrə bir müqavilə də 24.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin də dəyəri 97.200 manat təşkil edib.

Xatırladaq ki, fiziki şəxs Emil Vidadi oğlu Orucov ictimaiyyətə son illərdə barəsində yayılmış məlumatlardan tanışdır. Belə ki, fiziki şəxs Emil Vidadi oğlu Orucov son üç ildə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 12.02.2024-cü ildə 320.067 manat, 20.12.2022-ci ildə 318.622,07 manat, 14.11.2020-ci ildə 289.872 manat dəyərində.

Aktualinfo-nun hələ iki il əvvəl apardığı araşdırmada məlum olmuşdu ki, Emil Orucov uzun müddət təhsil sistemində çalışmış, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-2024-cü iilərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru olmuş Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Göründüyü kimi Emil Orucov icarəyə verdiyi yerdən son üç il ərzində kifayət qədər böyük gəlir əldə edib. Buradan Dövlət Agentliyinin rəsmilərinə qaytarılan “otkat”ı və vergi rüsumlarını çıxsaq belə az pul qalmır. İndi siz deyin, Azərbaycan reallığında gənc ömrünün çoxunu elmə həsr etmiş (hərçənd bunun özü də sual altındadır – bunlar atasının pulları ilə də əldə oluna bilər) bir şəxsin bu qədər böyük gəlirlər əldə etməsi mümkündürmü?

Əldə etdiyimiz ən son məlumatlara görə fiziki şəxs Emil Vidadi oğlu Orucovun icarəyə verilən obyektlərlə heç bir bağlılığı yoxdu. Sözügedən obyektlər əslində “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərova məxsusdur. Əldə etdiyimiz məlumata görə Səxavət Səfərovla Kollec direktoru olmuş Vidadi Orucov qudadırlar. Səxavət Səfərov da ona məxsus obyektlərin bir neçəsini Emil Orucovun adına rəsmləşdirib.

Yuxarıda qeyd etdiyimizdən də göründüyü kimi Emil Vidadi oğlu Orucov 2020-2024-cü illərdə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat dəyərində müqavilə bağlayıb.

Satınalmaların portalında 01.10.2024-cü ildə dərc edilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi inzibati binanın icarəsinin satın alınması üzrə fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla 2.752.453 manat dəyərində müqavilə bağlayıb. Müqavilənin müddəti 01.10.2024-cü ildən 01.08.2027-ci ilə nəzərdə tutulub.

Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi (DOST İş Mərkəzi) isə 06.11.2020-ci ildən 24.07.2024-cü ilə qədər fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla ümumi dəyəri 2 398 867 manat olan 6 satınalma müqaviləsi bağlayıb.

Burada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla bağladığı müqaviləni xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 31.03.2026-cı ildə fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla 1.073.010 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov hazırda “Kia Motors Az” MMC-nin qanuni təmsilçisidir. Yuxarıda qeyd etdiyimiz kimi “Kia Motors Az” MMC-nin əsl sahibi Səxavət Səfərovun oğludur. Fiziki şəxs kimi Bakı şəhəri, Xətai rayonu, Y.Səfəroğlu, ev 35, mənzil 19 ünvanında vergi uçotuna alınıb.

Qeyd edək ki Prezident İlham Əliyevin 6 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsinə Sahil Babayev təyin edilib. Xatırladaq ki, Sahil Babayev 21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub.

Göründüyü kimi Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduqda sözügedən nazirliyə tabeli qurumlar, Maliyyə naziri vəzifəsinə keçdikdən cəm iki ay sonra isə Əşrəf Səfərovla icarə müqavilələri bağlayıb. Bu heç də bir təsadüfə oxşamır və Sahil Babayevlə sahibkar Səxavət Səfərov arasında işbirliyidir.

Qeyd edək ki, iki gün əvvəl medianın yaydığı məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub.

Odur ki, aidiyyatı qurumların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumlar tərəfindən bağlanan icarə müqavilələrini də ciddi yoxlasalar dövlət vəsaitlərinin haralara yönəldildiyi də bəlli olar.

Aktualinfo.net

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb
Next: Gəncə Beynəlxalq Xəstəxanasının üç milyon manat borcu yaranıb

OXŞAR MÖVZULAR

1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
1780630769_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? – İDDİA

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.