Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Manara Magazine”: Azərbaycan və Ermənistan arasında sülh Yaxın Şərq üçün nümunə ola bilər
  • BAXIŞ BUCAĞI

“Manara Magazine”: Azərbaycan və Ermənistan arasında sülh Yaxın Şərq üçün nümunə ola bilər

admin 02.10.2024
salam

Yaxın Şərqdə növbəti böhran alovlanarkən Qafqazda ümid işığı görünməyə başlayıb. Demək olar ki, üç onillik ərzində münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan bu gün sülh müqaviləsinin imzalanmasına həmişəkindən daha yaxındırlar.

Soztv.az-ın məlumatına görə, bu barədə “Manara Magazine”in Yaxın Şərq mövzusuna həsr olunmuş məqaləsində deyilir.

Müəllif keçən il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücumunun ildönümünün yaxınlaşdığını xatırladır.

“Bundan sonra baş verən müharibə regionu xaosa sürüklədi və əksəriyyəti fələstinlilər olmaqla 40 000-dən çox insanın ölümünə səbəb oldu. İndi İsrail diqqətini şimala yönəldib. Şiə qruplaşması “Hizbullah” üzvlərinin elektron cihazlarında partlayışlar və İsrailin Livana hava zərbələrindən sonra region tammiqyaslı müharibə astanasındadır.

Yaxın Şərqdə dərinləşən böhran təxminən 1600 kilometr uzaqlıqda yerləşən Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ilə kəskin təzad təşkil edir. İki ölkə Qarabağ və ətrafındakı yeddi rayon üstündə, demək olar ki, otuz il müharibə vəziyyətində olub. Lakin vəziyyət cəmi bir neçə il ərzində köklü şəkildə dəyişib. 2020-ci ilin payızında 44 günlük İkinci Qarabağ müharibəsindən və 19-20 sentyabr 2023-cü il tarixli ildırımsürətli antiterror əməliyyatından sonra Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş bütün ərazilərini azad edib”, – məqalədə deyilir.

Daha sonra jurnalist Ermənistanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmasını, onların Ermənistanın tərəfində münaqişəyə müdaxilə etməməsini, həmçinin respublikanın təşkilatı faktiki olaraq tərk etməsini və Qərblə münasibətlərin inkişafını qeyd edir.

“Bununla belə, Ermənistan öz ərazisində Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanlığı altında olan şimal-qərbdəki Gümrüdə 102-ci Rusiya hərbi bazasını saxlayır”, – deyə o əlavə edib.

“Yuxarıda qeyd olunan əlamətdar dəyişikliklər sayəsində Azərbaycan və Ermənistan arasında sülh həmişəkindən daha yaxındır. 30 illik münaqişə və qarşıdurmadan sonra iki ölkə arasında münasibətləri normallaşdıracaq ikitərəfli sülh sazişi layihəsi üzrə danışıqlar, demək olar ki, başa çatıb.

Avqustun 30-da hər iki tərəf sərhədin delimitasiyası və demarkasiyası üzrə birgə sərhəd komissiyasının reqlamentinin imzalandığını elan edib. Bu ilin may ayında hər iki tərəf davamlı həll yolu əldə etmək üçün Qazaxıstanın Almatı şəhərində danışıqlara başladı. Diqqətəlayiq haldır ki, bu dəfə nə Rusiya, nə ABŞ, nə də Avropanın iştirakı olub və müzakirələr birbaşa ikitərəfli formatda keçirilib. Almatı görüşündən sonra Ermənistan sərhəd boyunca yerləşən və 1990-cı illərdəki döyüşlərdən bəri məskunlaşdırılmamış, lakin İrəvan tərəfindən işğal altında qalan dörd kəndi Azərbaycana qaytardı”, – məqalədə deyilir.

Bununla belə, müəllif əlavə edir ki, hələ də həll olunmalı bəzi ciddi məsələlər qalır. Ermənistanın Azərbaycana qarşı birinci və ən əsas iddiası – Ermənistan konstitusiyasında Azərbaycan ərazisi olan və Ermənistanın otuz il ərzində işğal etdiyi Qarabağla “birləşmə”ni ehtiva edən maddə, ərazi iddiasıdır.

Ermənistanın hazırkı konstitusiyasının preambulası etnik ermənilərin “ümummilli arzuları”na, eləcə də Sovet Azərbaycanının tərkibində olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini nəzərdə tutan 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu bənd Azərbaycan üçün açıq-aşkar ərazi təhdidi təşkil edir” və o, mövcud olduğu müddətdə sülh sazişi mümkün deyil.

Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyanı yeniləməyə hazır olduğunu bildirib və yeni Konstitusiya İslahatı Şurasına referenduma çıxarılacaq dəyişiklikləri hazırlamağı tapşırıb. Lakin bu istiqamətdə hələ də heç bir irəliləyiş əldə edilməyib”, – deyə nəşrdə qeyd olunur.

Müəllif, həmçinin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun “Azadlıq Radiosu”na (RFE/RL) verdiyi müsahibədə söylədiyi sözləri sitat gətirib:

“Söhbət Azərbaycan tərəfindən təzyiqdən deyil, bir suala cavab verməyinizdən gedir: siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma imkanı? Əgər məsələni bu şəkildə qoysaq, düşünürəm ki, bu plebisitdə və ya referendumda iştirak edəcək erməni xalqının əksəriyyəti, əminəm ki, sülhü dəstəkləyəcək. İki ölkə arasında sülh davamlı, etibarlı və geri dönülməz olmalıdır, hətta Ermənistanın Azərbaycana qarşı yenidən ərazi iddialarını irəli sürməsi üçün hipotetik imkanı belə istisna etməlidir”.

Avqustun 31-də Paşinyan öz hökumətinin Azərbaycana sülh müqaviləsi imzalamaq üçün rəsmi təklif verdiyini elan edib. “Sülh müqaviləsinin son layihəsində 17 maddəmiz var. Onlardan 13-ü, o cümlədən preambula tam razılaşdırılıb”, – deyə o bildirib. Lakin Azərbaycan bu təklifi rədd edərək, sülh müqaviləsinin imzalanmasının əsas şərti kimi Ermənistanın konstitusiyada ərazi iddialarından imtina etməsində israr edib.

Müəllif daha sonra Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin sözlərini sitat gətirir:

“Ermənistan rəsmilərinin razılaşdırılmamış müddəaların çıxarılması ilə “sülh sazişi” layihəsini imzalamağa çağırışı və ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə keçirmək cəhdləri qəbuledilməzdir”.

Jurnalistin fikrincə, ikinci əsas məsələ Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasıdır.

“Birgə sərhəd komissiyası bəzən sərhəd xəttinin ziddiyyətli şərhini verən müxtəlif sovet xəritələrinə əsaslanaraq kompromis tapmağa çalışır. Keçmiş SSRİ-nin digər respublikaları tərəfindən 1990-cı illərdə sovet sərhədlərinin beynəlxalq sərhədlər kimi tanınması barədə oxşar müqavilələr imzalanıb”, – deyə o yazır.

Daha bir məqam İran, Ermənistan və Türkiyə arasında yerləşən Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən, Ermənistan ərazisindən keçən 43 km uzunluğundakı çoxdan bağlanmış tranzit marşrutu olan Zəngəzur dəhlizinin işinin bərpasıdır.

“Bu, Azərbaycan üçün vacib məsələdir, çünki ölkə öz ərazisinin iki hissəsi arasında dəmir yolu və avtomobil əlaqəsini bərpa etməyə çalışır. Belə bir nəqliyyat dəhlizi Bakıya Naxçıvana çıxış üçün İran ərazisindən və hava məkanından istifadədən qaçmağa imkan verəcək və bununla da eksklavın çoxillik blokadasına son qoyulacaq. Ermənistan isə Azərbaycan və Türkiyə ilə bağlı sərhədlərin açılması yolu ilə regionda iqtisadi təcridin aradan qaldırılmasının bütün üstünlüklərini etiraf etsə də, müqavimət göstərir.

Nəhayət, ikitərəfli sazişin uzunmüddətli dayanıqlılığını təmin etmək üçün beynəlxalq zəmanətlər və mübahisələrin həlli mexanizmi məsələsi həll olunmamış qalır. Hələlik Ermənistan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına uyğun olaraq, təhlükəsizliyin təminatçısı rolunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinə həvalə edib. Eyni zamanda, Azərbaycan 2022-ci ildə şərti sərhəddə vəziyyəti müşahidə etmək üçün Ermənistanda yerləşdirilmiş Avropa İttifaqının monitorinq missiyasına qarşı çıxır və hesab edir ki, bu, münaqişə riskini artırır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ikitərəfli danışıqlarda irəliləyişin əldə edildiyini təsdiqləyib və əlavə edib ki, sərhəd komissiyası haqqında saziş Aİ kontingentinin çıxarılması üçün kifayət hesab edilməlidir”, – məqalədə deyilir.

Müəllif hesab edir ki, 1994-cü ildəki Birinci Qarabağ müharibəsindən 30 il sonra hər iki tərəf irəli getməyə hazır olduğu üçün “qızıl” imkanlar pəncərəsi açılıb.

“Bu, Avropanın şərq və cənub cinahlarında iki müharibə ilə üzləşən Qərbin alqışlamalı olduğu müsbət inkişafdır. Lakin qərəzsiz olmaq əvəzinə, avropalılar baş nazir Paşinyanın avropayönümlü ritorikası səbəbindən daha çox onun tərəfini tutmağa meyilli görünürlər. Bu mövqe Avropa İttifaqının Azərbaycanın gözündə vicdanlı vasitəçi kimi nüfuzunu sarsıdıb. Məhz buna görə də Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar çox vacibdir. Xarici vasitəçilər olmadan ikitərəfli sülh prosesinin üstünlüyü ondan ibarətdir ki, heç bir kənar plan və ya ambisiya razılığın əldə edilməsinə mane ola bilməz.

Bu yanaşma artıq mühüm müsbət nəticələr verib. İki ölkə arasında sülh sazişi və bunu izləyəcək Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin bərpası Qafqazdan kənarda da müsbət nəticələr verə bilər.

Məsələn, son illərdə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya arasında münasibətlərin artması müşahidə olunur. Qafqazda sülh və Zəngəzur dəhlizi kimi yeni tranzit marşrutları Körfəz və Mərkəzi Asiya arasında ticarət əlaqələrini yaxşılaşdıra bilər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Qafqazda bütün maraqlı tərəflər üçün uduşlu variant olacaq. Bu, ehtimal ki, regiona milyardlarla dollar xarici investisiya cəlb edəcək. Lakin daha da əhəmiyyətlisi, bu, münaqişələrlə dolu Yaxın Şərq liderlərinə nümunə ola bilər ki, onilliklər boyu davam edən qarşıdurmadan sonra belə, bütün insanların xeyrinə sülhə nail olmaq mümkündür”, – materialda vurğulanır.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ermənistan üzr istəməlidir! – İlham Əliyev
Next: “Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası” təsdiq edilib

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.