Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ABŞ-ın inanılmaz əməliyyatı: İrana nələr edəcəyini göstərdi!
  • GÜNDƏM

ABŞ-ın inanılmaz əməliyyatı: İrana nələr edəcəyini göstərdi!

admin 06.04.2026
usa

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də ABŞ-ın İsfahanda həyata keçirdiyi yerüstü əməliyyat haqda “nüvə oğurluğu” iddiasını təkrarlamağı lazım bilib. Guya “nüvə oğurluğu” iddiası doğrularsa, əməliyyat möhtəşəmliyini itirər…

300 milyon xərc

Müşahidəçilər, ekspertlər, politoloqlar əsasən buna diqqət çəkirlər: bu əməliyyatda ABŞ iki C-130 təyyarəsi, iki helikopter itirib, həmçinin bahalı PUA-sı vurulub. Doğrudanmı bir pilot üçün təxminən 300 milyon dollara çatan əməliyyat həyata keçirilib?

İnanmaq istəmirlər və konspiroloji nəzəriyyələr ortaya atıblar: Pilot dağlıq ərazidə, Boyer-Əhməd istiqamətində (sərhədə yaxın) idi, bundan ötrü Kohgiluyə və Boyer-Əhmədin sərhədə yaxın olan ərazisində deyil, əks tərəfində, İsfahan əyalətində niyə əməliyyat keçirilir? Niyə yüzlərlə xüsusi təyinatlı, həm də gündüz vaxtı əməliyyat aparır?

Bu və digər suallar “zənginləşdirilmiş və az qala 100 metr torpaq altında qalan uranın çıxarılaraq aparılması” iddiasını gündəmə gətirib.

Amma Fordo və Natanz İsfahan əyalətinin şimal sərhədindədir – əməliyyat niyə əyalətin cənubunda olsun?

Digər tərəfdən, yüz metr dərinlikdə olan zənginləşdirilmiş uranı çıxarmaq üçün texnikanın gətirilməsi, ona sərf edilən vaxt sürətli əməliyyatın tələblərinə cavab vermir!

İsfahanda nüvə obyekti var, ancaq orda zənginləşdirilmiş uran yoxdur və ona görə bu ehtimalın da əks-arqumenti var.

İranın imici darmadağın edildi

Qəribədir ki, daha dərin ehtimallar irəli sürənlər adi, gözlə görünənləri vurğulamaq istəmirlər:

– Bu əməliyyat Yaxın Şərqin ən qüdrətli güclərindən birinin ərazisində baş verdi;

– ABŞ təyyarədən desant atmadı, əməliyyat “yerüstü” oldu: nəqliyyat təyyarələri, helikopterlər İranın mərkəzində yerləşən İsfahan əyalətinə uçub gəldilər və yerə endilər;

– ABŞ faktiki olaraq bir neçə saatlıq “aerodrom” düzəltdi, alçaqdan nəqliyyat təyyarələri İran ordusunun, SEPAH-ın gözü qarşısında uçub gəlib ora düşdü, xüsusi təyinatlılar o nəqliyyat təyyarələrindən çıxıb əməliyyata başladılar;

– ABŞ zədələnən iki nəqliyyat təyyarəsini özü məhv etdi, ancaq yeni nəqliyyat təyyarələri göndərib, xüsusi təyinatlılarını F-15-in xilas edilən pilotu ilə birgə ordan apardı. Vurulan helikopterlər isə sərhədi o taya keçə bildilər…

Müqayisə üçün bildirək ki, Rusiya 2022-ci ildən bəri Ukrayna ərazisində, sərhəd yaxınlığında əməliyyata cəhd edərkən ən elit – Pskov, Kantemir hava-desant diviziyalarını itirdi, özü də bir neçə dəfə. Halbuki Pskov Rusiyada ən sayılıb-seçilən diviziyalardan idi. Ukraynada isə bu diviziya ən azı iki dəfə məhv edildi (Birinci dəfə məhv ediləndən sonra diviziya yenidən təşkil edilmişdi).

ABŞ isə F-15-i vurduğunu bildirən İranı helikopterlər və hərbi nəqliyyat təyyarələri ilə dövrə vuraraq, SEPAH-ın imicini darmadağın etdi!

Heç bir ölkə bir pilota görə bunu etməzdi

Hamı 300 milyon dollarlıq itkidən, 2 təyyarənin məhvindən danışır – ancaq ABŞ-ın bir əsgərinin bu əməliyyat zamanı nəinki ölməsi, hətta yaralanmadığını demir.

ABŞ xüsusi təyinatlıları heç bir canlı itki vermədən əməliyyatı başa vurdu.

Əksinə, İran HHM sistemində çalışan 6 zabitinin bu əməliyyatda öldüyünü təsdiqlədi, amerikalı pilota yaxınlaşan İran qüvvələrinin zərərsizləşdirildiyini isə ABŞ yayıb.

Bu, Venesueladan sonra ABŞ-ın həyata keçirdiyi ən möhtəşəm, inanılmaz əməliyyatdır!

Bu, ABŞ-ın sanki Çinə və Rusiyaya mesajıdır. İran səmasında F-35-in zədələnməsi, F-15-in isə vurulması sıradan hadisə deyil. Bu qırıcıları kim vurur? İranmı?

ABŞ bu əməliyyatla sanki qırıcılarının heç də İran HHM sistemləri tərəfindən vurulmadığını, “daşın haradan atıldığını” bildiyini və İrana nələr edə biləcəyini nümayiş etdirdi.

Heç bir ölkə bir pilot üçün bu qədər böyük əməliyyat qurub, öz iradəsini dünyaya göstərmək istəməzdi – ABŞ-dan başqa!

ABŞ öz pilotunun qiymətini hər kəsə göstərdi!

Belə bir ordunun əsgəri nələr etməz…

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bütün dünya gözləyir: 8 apreldə… – Markov
Next: Xamenei huşsuz vəziyyətdədir

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.