Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sabunçu Tibb Mərkəzi – Ümid yeri yoxsa, “Qəssabxana”? – Əlin cibində olsa şansın var…
  • BAXIŞ BUCAĞI

Sabunçu Tibb Mərkəzi – Ümid yeri yoxsa, “Qəssabxana”? – Əlin cibində olsa şansın var…

admin 04.04.2026
sabuncu-tibb-merkezi

Sabunçu Tibb Mərkəzi Bakı kəndləri, qəsəbələrinin sakinlərinin “ümid” yeri sayılır. Zatən başqa çıxış yolları yoxdur. Bakının Suraxanı, Xəzər, Sabunçu və Nizami rayon sakinləri xəstələndiyi zaman bu xəstəxanaya üz tutur. Bu barədə bir qədər sonra…

Bizimesr.az bildirir ki, uzun illərdir fəaliyyət göstərən bu xəstəxana elə uzun illərdir “Morq”, “Qəssabxana” statusu alıb. Bu deyim Bakı sakinlərinin “Sabunçu xəstəxanası” dedikdə ilk işlətdiyi ifadədir.

Niyə? Sual sadədir… Bu xəstəxanaya öz ayağı ilə gedən vətəndaş çox vaxt kəfənlənərək çıxır. Bu xəstəxanadan sağ çıxmaq şans məsələsidir. Amma insanların başqa çıxış yolu da yoxdur və məcbur olub bu “Qəssabxana”ya müraciət edirlər.

El arasında Sabunçu Xəstəxanası kimi tanınan bu ünvanda insanları müalicə edən yaxşı həkimlər də var, amma gərək əlin cibində ola. Milyonlarla manatın həzm edildiyi TƏBİB-in balansında olan bu müalicə ocağında müalicə olunmağın üçün gərək pulun olsun. Buna qədər isə bu xəstəxanaya düşmək üçün gərək adamın da olsun. O olmasa belə, dilin, diricəyin olsun ki, dava-dalaş edə biləsən. Yoxsa xəstənin bu tibb ocağında “müalicəsi”, bəlkə də ölməsi mümkün deyil.

Həə, xəstələndinsə, ölümdən qorxmayıb Sabunçu Xəstəxanasına gəldinsə, gərək yanında qohumlarından birini də gətirəsən ki, sənə ani nəsə olsa, hay-küy salıb həkimləri, tibb bacılarını çağırsın. Tibb bacılarına 10 manat verməsən, nəinki sənə iynəni vaxtında vuracaqlar, ümumiyyətlə onları tapa bilməyəcəksən. Hər gün dəyişən tibb bacılarına 5-10 manat, həkimə isə xüsusi formada səni öldürməsin deyə pul verməlisən.

Yanında qalan adama görə isə 11 manat TƏBİB-in rəhbərliyinə ödəməlisən ki, ölsən eləsən, yanındakı qohumun evdəkilərin xəbəri olsun. Yoxsa sənin meyidini köhnə mələfəyə büküb morqa tullayacaqlar və kimsənin səndən xəbəri olmayacaq.

Sabunçu Xəstəxanası əsl pul yuvasıdır. Bu, TƏBİB-in sabiq şefi, milyonları oğurlayan Vüqar Qurbanovun zamanından qalmayıb. Burada pul dədə-babadan işləyir və indi də öz axarı ilə davam edir.

Sabunçu xəstəxanası dövlətin, TƏBİB-in balansındadır və sığorta ilə müalicə mümkündür. Amma mümkün deyil… Xəstən varsa, dərmanlarını, iynələrini, pambığı belə özün almalısan. Qarnın ağrısa, bu xəstəxanada Allahın tetrasiklinini sənə verməzlər…

Yeməkləri isə İkinci Dünya Müharibəsi alman əsirllərinə verilən supdan bir qədər fərqlidir. Yəni, yeməyin üzündə yağa oxşar nəsə var, amma yağ deyil. Bir qədər diqqət etsən, içində makaron filan da görə, saya bilərsən… Meyvə falan barədə ümumiyyətlə, danışma, burda belə şeyləri ancaq baş həkimin otağında görə bilərsən. Anbarlarda bəlkə də var, amma o satış üçündür, xəstələrə verilməsi üçün yox.

Gəldik çatdıq əsas məsələyə… Sabunçu Tibb Mərkəızinin direktoru da var… Bəşirova Nürəngiz İsmayıl qızı. 2023-cü ildə talançı Vüqar Qurbanov onu bu posta təyin edib. Amma digər baş həkimlər kimi Sabunçu Tibb Mərkəzində ələbaxanlığı, xəstələrə tibbi xidmətin göstərilməsini tənzimləyə bilməyib. Yəqin ki, bundan sonra da edə bilməyəcək. Çünki bu xəstəxananın həkimləri, tibb bacıları belə əməllərin çoxdan yolçusudurlar.

Bilirsiniz niyə? Çünki TƏBİB özü belə istəyir, baş həkim də onların bu istəyini icra edir. Xəstəyə sığortalı qulluq edilsə, sağalar, insanlar normal həyhata dönər və birdən TƏBİB şefləri qazana bilməz. Ona görə, burun silmək üçün salfetka belə verilə bilməz Xəstə nədir, salfetka nədir. Bu xəstəxanada xəstənin işi uzuquylu uzanıb ölməyini gözləməkdir, salfetka hayında deyil zatən…

Həə, sual oluna bilərmi, dövlət tərəfindən bu xəstəxanalara adını çəkdiyim vəsaitlər ayrılmır? Əlbəttə ayrılır – burun salfetkasından tutmuş, pol şəlpəsinə kimi… İynədən tutmuş, xəstə baxıcısına kimi… Sabundan tutmuş, diş pstasına kimi… Hətta ağır xəstənin başının üstündə hər saniyə dayanan tibb bacısına kimi…

Amma bunların hamısı TƏBİB-də, Sabunçu Tibb Mərkəzində rəsmi kağızlar üzərindədir – seyfdə, ağzı da bağlı… Pullar isə baş həkimin, TƏBİB-i idarə edən şəxslərin villalarında, ciblərində…

Bu qədər… Allah Azərbaycanda kimsənin yolunu TƏBİB-in xəstəxanalarına salmasın. Sabunçu Tibb Mərkəzinə isə heç Allah göstərməsin…

Sayğılarla, TƏBİB, sayğılarla Sabunçu Tibb Mərkəzinin direktoru..

Bizimesr.com
Ədil Hüseynli

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ukrayna qələbə qazanıb, Rusiya məğlubdur – Professor
Next: Fuad Abdullayev qanunsuz Estetik əməliyyatları icra edir?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.