Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi
  • BAXIŞ BUCAĞI

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

admin 02.04.2026
pashinyan-putin

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə bildirib ki, o, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı şikayətlərindən xəbərdardır, ancaq Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır. Putin ilk dəfə deyil ki, Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımasını qəribə hal kimi dəyərləndirir.

Soztv.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Həqiqətən Nikol Paşinyan Avropa Siyasi Birliyinin Praqada 2022-ci ilin oktyabr ayında keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Paşinyanın bu qərarı Putində az qala şok effekti yaratmışdı. Putin sonrakı açıqlamalarında ona işarə edirdi ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətinə son qoydu. Putin hətta açıqlamalarının birində söyləmişdi ki, Rusiya uzun illər Qarabağda “referendum” keçirilməsi təklifini dəstəkləyib. Putin bununla demək istəyib ki, Paşinyan Kremlin Qarabağla bağlı planlarını pozdu. Belə çıxır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin rusiyalı hərbçiləri Qarabağdan çıxarmayacaqdı. Halbuki rəsmi Bakı sülhməramların 5 ildən çox bölgədə qalmasına razı deyildi.

Rusiya prezidenti Paşinyanla görüşdə ona bir neçə mesajını da çatdırıb. Birincisi, Putin deyib ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa Birliyinin üzvü ola bilməz, Paşinyan ikisindən birini seçməlidir. Putin AB standartlarının Avrasiya İqtisadi İttifaqı standarlarından fərqli olduğunu Paşinyana xatırladıb.

İkincisi, Putin ABŞ Prezidenti Donald Trampın İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirakını qeyd edib. O, bunun yaxşı və ya pis olmasını söyləməyib, sadəcə deyib ki, Trampın çalışmalarından xəbərdardır.

Üçüncüsü, Putin Ermənistanda parlament seçkisi öncəsi siyasi partiyalar arasında mübarizəni diqqətlə izlədiyini vurğulayıb. Rusiya prezidenti deyib ki, gərgin mübarizə iki ölkə arasında münasibətlərə mənfi təsir etməməlidir. Bu sözlər də Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır. Çünki məhz Paşinyan və onun nazirləri çıxışlarında radikal müxalifətin Rusiyaya ilə bağlılıqlarına işarə edirlər.

Paşinyan geri qayıtdıqdan sonra Putinlə görüşün müsbət nəticələrindən danışacaq. Halbuki Putinin Paşinyanla görüşündə səsləndirdiyi fikirlər Kreml sahibinin Ermənistanın baş nazirinə isti münasibətinə dəlalət etmir. Misal üçün Putin Rusiyada yaşayan 2 milyon erməninin Ermənistanda səsvermə hüququna malik olmasını istəyib. Paşinyan bunun mümkün olmadığını deyib. Putin Rusiyada yaşayan ermənilərin Paşinyanın partiyasına səs verməyəcəyinə görə belə bir təkliflə çıxış edib. Putinin Ermənistanda parlament seçkisi öncəsində dostu və Paşinyanın rəqibi eks-prezident Robert Köçəryanı da Moskvaya dəvəti istisna deyil”, – politoloq bildirib.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Lavrovun səs yazısı Avropanı qarışdırdı – VİDEO
Next: KİV: Tramp İrana qarşı əməliyyatın bitdiyini elan etmək niyyətindədir

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.