Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • ARAŞDIRMA

Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus

admin 31.03.2026
bineqedi

Çox qorxulu dövrə daxil olmuşuq – görünən mənzərə dəhşət saçır və hər şey cəhənnəm vadisini xatırladır. Görünən odur ki, ölkə düşünülmüş və məqsədli şəkildə fəlakət girdabına sürüklənir, idarəetmə çöküb sanki. Əslində, bu, görüntü deyil, gerçəkliyin özüdür. Ötən yazıda da vurğulamışdım, yenə təkrar edirəm, qanun adına heç nə qalmayıb, dövlət ərkanının, məmur qürurunun yerlə süründüyü aşkar göz önündə.
İndi təsəvvür edin, kanalizasiya xəttinin dağılması səbəbindən (Binəqədi r., 7-ci mik., A.Kunanbayev küç., bina 14) aylardır çirkab sular birbaşa zirzəmiyə axır, üfunət dözülməz həddə çatıb, antisanitariya həyati təhlükəyə çevrilib, mənzildə yaşayış mümkünsüz hal alıb və bu iki dövlət məmurunun – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Binəqədi RİH başçısı Elxan Allahverdiyev və tabeçiliyində olan qurumlar (Binəqədi Sukanal idarəsi, Binəqədi MKTB, 80 saylı MİS) bütün bunları görməzdən gəlir, edilən müraciətlərə heç bir əhəmiyyət verilmir, sadəcə yalan vədlərdən savayı. Belə bir halda vətəndaş o düşüncəyə fokuslanır ki, o və təmsil olunduğu zümrə yalan vədlər üzərində idarə olunur.

Bu sual məni xeyli düşündürür: Adıçəkilən bu dövlət qurumlarının əməlində cinayət tərkibi varmı? Bunu hüquqşünaslar daha yaxşı bilər, amma məncə, var, həm də aşkar. Böyük bir zümrənin Dövlətə olan inamını qırmaq, Dövlətlə vətəndaş(lar) arasında vətəndaşlıq bağlarının qırılmasına səbəb olmaq, onlarda dövlət hakimiyyətinə qarşı düşünülmüş şəkildə ümidsizlik yaratmaq, xüsusən də binanın üfunət qoxuyan zirzəmisində kütləvi məzarlıq yaradıb, Dövlət qanunlarını fəsil-fəsil, maddə-maddə oraya gömmək əlbət ki, birbaşa cinayət əməlidir.

Bütün bunlardan sonra bu sayaq haqsızlıqla üzləşən vətəndaş ədalətli məhkəmə sisteminə necə inansın? Əgər, inansaydı cavabdeh qurumları verərdi məhkəməyə və məhkəmə də Dövlət adından Qərar çıxarıb həmin qurumları diz çökdürüb anasını ağladardı, dəymiş mənəvi ziyanı da birə min ödətdirərdi. Təəssüf və yenə təəssüf, hələ ki, bunlar reallıqda sadəcə bir xəyaldır.

(Son illər müşahidə etdiyim bu: Nisbət fərqiylə götürsək, Daxili İşlər Nazirliyindən savayı heç bir dövlət qurumu edilən müraciətlərə operativ reaksiya vermir – burada ədalət meyarı nə dərəcədə öz həllini tapır və ya tapmır, bununla işim yox).(XəzərNews.az)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək
Next: “Miray” ləqəbli tiktokerin həbs müddəti uzadıldı

OXŞAR MÖVZULAR

ruslan-eyyubov
  • ARAŞDIRMA

Ruslan Eyyubov həbsdən azad edildi

admin 05.06.2026
1780574151_ekran-kli-2026-06-04-155327
  • ARAŞDIRMA

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

admin 04.06.2026
1780574743_ekran-shekli-2026-06-04-160428
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

ADRA avtomobil alır, yoxsa vaqon? – 255 minlik tenderdə təsnifat kodu belə səhvdir…

admin 04.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.