Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
  • GÜNDƏM

7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət

admin 31.03.2026
yolıdae

7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin (XTYİ) xadimə və fəhlələri adından Vətəninfo.az-ın redaksiyasına daxil olan müraciətdə bir sıra ciddi iddialar səsləndirilib.
Müraciətdə bildirilir ki, idarənin direktoru kimi təqdim olunan Məhəmməd Musayev (iddialara görə, Saleh Məmmədovun bacısının qudasıdır) artıq iki il yarımdır işçilərin aylıq əməkhaqqından 10-15 manat məbləğində vəsaiti səbəb göstərmədən tutur. Adlarının açıqlanmasını istəməyən əməkdaşlar qeyd edirlər ki, aylıq əməkhaqları 420 manatdır və edilən kəsintilər onsuz da az olan maaşlarına ciddi təsir edir.

Şikayətdə o da iddia olunur ki, Məhəmməd Musayevin köməkçisi kimi təqdim edilən Nazir Nemətov ildə iki dəfə işçilərə mükafat yazdırır, lakin sonradan həmin vəsait müxtəlif bəhanələrlə geri yığılır.

Əməkdaşların sözlərinə görə, son iki ay əməkhaqları gecikdirilib və bir neçə gün əvvəl ödənilən məbləğ də kəsinti ilə verilib. Onlar şikayət etmək istəsələr də, təzyiq və hədələrlə üzləşdiklərini bildirirlər.

Keçidlərdə icarə və elektrik enerjisi ilə bağlı iddialar

Redaksiyaya göndərilən məlumatda 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan yeraltı və yerüstü keçidlərdə fəaliyyət göstərən obyektlərlə bağlı da iddialar yer alıb.

İddia olunur ki, müxtəlif ünvanlarda yerləşən keçidlərdə ümumilikdə onlarla mağaza və köşk fəaliyyət göstərir. Bildirilir ki, həmin obyektlərə elektrik enerjisi qanunsuz şəkildə qoşulur və bu xidmətlərə görə aylıq 9 min manatdan çox vəsait yığılır.

Məlumatda həmçinin qeyd edilir ki:

Keçidlərdə 56 ədəd “PayPoint” və “Emanat” aparatı yerləşir və hər birindən aylıq 110 manat olmaqla ümumilikdə 6160 manat yığılır.

30 oyun aparatından aylıq 70 manat olmaqla 2100 manat vəsait toplanır.

Mağazalardan aylıq icarə haqqının 17 min manatı keçdiyi iddia edilir.

Popkorn, gül, oyuncaq satışı və digər əlavə fəaliyyət növlərindən də ümumilikdə 10 min manatdan artıq vəsait əldə olunduğu bildirilir.

Şikayətdə vurğulanır ki, toplanan vəsaitlərin qeyri-rəsmi şəkildə yığıldığı və “qara kassa”nın köməkçi Nazir Nemətov vasitəsilə idarə olunduğu iddia edilir.

Müraciətdə sahə rəisi kimi təqdim olunan Fuad Vəliyevin də fəaliyyəti ilə bağlı narazılıqlar yer alıb. İddia edilir ki, keçidlərin təmizliyi üçün nəzərdə tutulan vəsait və ləvazimatlar işçilərə tam şəkildə verilmir, hətta sıradan çıxmış təmizlik vasitələrinin təmir edilərək istifadəyə verildiyi bildirilir.

Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı rəsmi açıqlama təqdim olunacağı təqdirdə, həmin mövqe də oxuculara çatdırılacaq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Netanyahu orduya əmr etdi: Daha böyük ərazi…
Next: Yağışlar hansı məhsulları bahalaşdıracaq?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.