Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?
  • GÜNDƏM

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

admin 26.03.2026
tehran

ABŞ-ın İrana təklif etdiyi “15 maddəlik sülh planı” Vaşinqtonun geri çəkilməsi kimi qiymətləndirilir, Trampın iqtisadi çətinliklər fonunda üzləşdiyi vəziyyət də bu fikir gücləndirir. Lakin təkliflərin bəlli olan detalları fərqli mənzərə yaradır.

– Nətənz, İsfahan və Fordodakı nüvə obyektlərinin sökülməsi;

– Heç vaxt nüvə silahı hazırlamamaq barədə daimi öhdəlik;

– Zənginləşdirilmiş uran ehtiyatının Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilməsi, bundan sonra uranın zənginləşdirilməsindən imtina etmək;

– Nüvə fəaliyyətinə beynəlxalq nəzarəti qəbul etmək;

 

– Raketlərin sayı və mənzili ilə bağlı məhdudiyyətlər;

– Proksi qüvvələrə dəstəyə son qoymaq;

– Regional enerji obyektlərinə hücumlara son qoymaq;

– Hörmüz boğazının açılması;

– İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması və sanksiyaların yenidən tətbiq olunmasına imkan verən BMT mexanizminin ləğvi;

– ABŞ-ın Buşehr mülki nüvə stansiyasında elektrik enerjisi istehsalına dəstək verməsi;

Vaşinqtonun təklifləri İran üçün “təslim aktı” hesab oluna bilər. Bu təkliflərdə Tehranın yeganə qazancı sanksiyaların aradan qaldırılmasıdır. Mülki nüvə stansiyasında enerji istehsalına dəstək vermək də əslində ABŞ-ın buna nəzarət etməsi deməkdir. Digər təkliflər isə müharibənin başlanmasından öncə irəli sürülən tələblərin bu və ya digər formada təkrarlanmasıdır. Yeganə fərq müharibə başlayanda rejimin dəyişdirilməsi hədəfinin arxa plana keçməsi olduğu görünür.

Vaşinqtonun təklifləri kimi İran da qəbuledilməzi çətin olan şərtlər irəli sürür:

– ABŞ və İsrail tərəfindən təcavüz və qətlin tamamilə dayandırılması;

– Yenidən hərbi təcavüz edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması;

– Müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi;

– Bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması;

– İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirməklə bağlı suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.

Hər iki tərəfin qəbul etməyəcəyi şərtlər irəli sürməsi müharibənin davam edəcəyi deməkdir. Hərçənd, media üzərindən yayılan tələblərin ictimai rəyə hesablandığı, arxa fonda həll yollarının tapılması səylərinin olduğu da istisna edilməməlidir. Müharibədə hər iki tərəf üçün yaranmış “çıxılmaz vəziyyət” də bu ehtimalı gücləndirir. Diplomatik təmasları “qərar anı” kimi də dəyərləndirmək olar, razılaşma olmayacağı təqdirdə, müharibə yeni mərhələdə və tərəflərdən birinin geri çəkilməsinə qədər davam edəcək. Geri çəkilən tərəfin ABŞ və İsrail olacağı hələ də ağlabatan deyil.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: ABŞ bu ərazini ələ keçirib qələbəni elan edəcək – Türkiyədən baxış
Next: Türkiyə bu ölkələrə çağırış etdi: İrana qarşı müharibə…

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.