Skip to content
06.05.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
  • CƏMİYYƏT

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

admin 18.03.2026
vcrMyLIl9JHkUewnb

Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Mətndə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

Azərbaycan torpağında çox qədim köklərə malik Novruz bayramı ulu əcdadlarımızın indiki nəsillərə müqəddəs ərməğanıdır. Bu əziz bayram uzun əsrlərdən bəri milli təfəkkür tərzimizin ayrılmaz tərkib hissəsi olub, mədəni dəyərlərimizin təşəkkülünə xüsusi töhfə vermişdir. Novruz mərasimlərində xalqımızın nikbin dünyagörüşü, təbiətə sonsuz sevgisi, yüksək əxlaqi meyarları və gələcəklə bağlı ən işıqlı arzuları bütün zənginliyi ilə təcəssümünü tapır.

Novruz ənənələrini yad təsirlərdən qoruyaraq zamanın sınaqlarından uğurla çıxarması və dövrümüzədək yaşatması Azərbaycan xalqının öz şərəfli tarixi qarşısında xidmətlərindəndir. Ali bəşəri keyfiyyətlər və dərin mənəviyyat xəzinəsi olaraq dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alan Novruz bayramı bu gün də Vətənimizin hər bir guşəsində yüzillərin yaddaşında iz qoymuş adətlərə uyğun el şənlikləri ilə qarşılanır.

Əminəm ki, yaz fəslinin yeniləşdirici ab-havası gələcəyimizi arzularımıza uyğun qurmaq şövqümüzü daha da artıracaq və biz əzmimizlə azadlığına qovuşdurduğumuz əzəli yurd yerlərimizi aydın səma altında gözəlliklər məskəninə çevirəcəyik.

Qoy qarşıdan gələn Novruz bayramı qəlblərinizi nurla doldursun, hamınıza xoş bahar əhval-ruhiyyəsi bəxş etsin, evinizə, ocağınıza əmin-amanlıq, firavanlıq və bol ruzi-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!”

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /FOTOLAR
Next: Antitürk ideologiyasının ən vacib fiquru öldürüldü

OXŞAR MÖVZULAR

whatsapp-image-2026-05-05-at-151536 (1)
  • CƏMİYYƏT

Bərdədə idman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı

admin 05.05.2026 0
1777977360_screenshot-2026-05-05-143308
  • CƏMİYYƏT
  • ÖLKƏ

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

admin 05.05.2026 0
1777902165_2
  • CƏMİYYƏT
  • ÖLKƏ

Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

admin 05.05.2026 0

SON YAZILAR

1777991256_cd7b7522ac_001
BAXIŞ BUCAĞI GÜNDƏM

Abit Əliyevin rəhbəri olduğu MMC-dən “Xezer-Construction”a daha bir sifariş – 23,4 milyon…

admin
05.05.2026 0
1777990937_screenshot-2026-05-05-182041
DÜNYA

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

admin
05.05.2026 0
whatsapp_image_2026-05-05_at_15.50.48
ARAŞDIRMA VİDEO

Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlandı – VİDEO

admin
05.05.2026 0
whatsapp-image-2026-05-05-at-151536 (1)
CƏMİYYƏT

Bərdədə idman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı

admin
05.05.2026 0

Bütün yazılar

1777991256_cd7b7522ac_001
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Abit Əliyevin rəhbəri olduğu MMC-dən “Xezer-Construction”a daha bir sifariş – 23,4 milyon…

admin 05.05.2026 0
1777990937_screenshot-2026-05-05-182041
  • DÜNYA

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

admin 05.05.2026 0
whatsapp_image_2026-05-05_at_15.50.48
  • ARAŞDIRMA
  • VİDEO

Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlandı – VİDEO

admin 05.05.2026 0
whatsapp-image-2026-05-05-at-151536 (1)
  • CƏMİYYƏT

Bərdədə idman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı

admin 05.05.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.