Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /FOTOLAR
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /FOTOLAR

admin 18.03.2026
WhatsApp Image 2026-03-18 at 09.53.44

 

Toxunulmazlıq statusu almış bu klinikada, qiymətlər “kəllə-çarxa çıxıb”

3 gün əvvəl mediada Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Tibb Mərkəzi ilə bağlı narahatedici məlumatlar tirajlandı…ŞikayətçiYasəmən Əliyeva (ad şərtidir) bildirir ki, doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib. Onun sözlərinə görə, həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:
“Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib ‘İmplus’da verdim. Çünki qiymətlər daha münasibdir, “Real” klinikasında isə kəskin bahadır”.

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

“Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, “İmplus”un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən’”.

“Sumqayıt Hospital” “Real”ı kölgədə qoyur

Bu məlumatı xatırlamağımız təsadüf deyil… Sumqayıtda fəaliyyət göstərən daha bir klinika-“Sumqayıt Hospital”la bağlı Yenixeber.org-a daxil olmuş məlumatlardan belə məlum olur ki, bu şəhərdəki səhiyyə müəssisələrini ortaq prinsiplər birləşdirir: Müayinə-müalicədən tutmuş para məsələsinə qədər…Ölkə səhiyyəsinin bərbad durumunun parlaq nümunəsi kimi.

Özəl məlumatlarımıza keçməzdən əvvəl xatırladaq ki, “Sumqayıt Hospital”la bağlı indiyədək də, media və sosial şəbəkələrdə yumşaq desək xoşagəlməz məlumatlar titajlanıb…Bir müddət əvvəl ölkə mediasında yayılan məlumata görə, 2025-ci ildə “Sumqayıt Hospital”da 100-ə yaxın protez əməliyyatının icra olunması fonunda xəstələrin müxtəlif bölgələrdən eyni tibb müəssisəsinə yönləndirilməsi baş tutub(?) Sən demə, dövlət tibb müəssisələrində müayinə olunan xəstələr qeyri-rəsmi mexanizmlər vasitəsilə avtomatik olaraq “Sumqayıt Hospital”a göndərilir.

İddiaya əsasən, xəstələr sistemdə xüsusi qeydiyyata düşür və seçim hüquqları olmadan həmin xəstəxanaya yönləndirilir. Bu, xəstələrin əməliyyat və tibbi xidmət seçimlərini məhdudlaşdıraraq, prosesin məqsədli şəkildə idarə olunduğu ehtimallarını gücləndirir.

Sxemdə adları hallanan şəxslər arasında icraçı direktor Rəşad Hüseynov, onunla əlaqəli olduğu iddia edilən Əhliman Əmiraslanov və prosesin əsas idarəedicisi kimi göstərilən Asiman Həsənov yer alır.

Mənbələr bildirir ki, bu şəxslərin təsiri altında xəstələrin yönləndirilməsi sistemli şəkildə həyata keçirilir.( nocomment.az)

***

Sumqayıt sakini İlkin İsmayılov da müalicə üçün müraciət etdiyi “Sumqayıt Hospital”dakı özbaşınalıqdan şikayət edib. Şikayətçi bildirir ki, hospitalda həkim qəbuluna yazılan xəstələr qapıda gözlədilir, növbədəki xəstələr qala-qala qəbulda əlavə ödəniş edənlər içəri buraxılır… (Yazını bu likdən oxuya bilərsiniz: https://sumqayit.tv/sumqayt/17508-sumqayt-hospitalda-xstlri-ruvtl-qbul-edirlr-ikayt.html )

***

“Sumqayıt Hospital” həkim ortoped-travmatoloqu Elçin Yaqubov isə xəstəni şikəst etməkdə ittiham edilir: 1961-ci il təvəllüdlü Quliyeva Püstəxanım Hümbətəli qızı bildirdiyinə görə, əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində aparılsa da, xəstəxana pasiyentin yaxınlarından əlavə olaraq 3500 manat pul alıb…(Yazını bu likdən oxuya bilərsiniz: [url=https://news.milli.az/country/1283452.html]https://news.milli.az/country/1283452.html[/url] )
[center][/center]
Hospital”ın toxunulmazlıq statusu və öz qanunları…

Bu məlumatları da xatırlamağımız təsadüf deyil…Bu və digər, eləcə də, Yenixeber.org-a daxil olmuş məlumatlardan aydın olur ki, “Sumqayıt Hospital” hansısa gözəgörünməz əlin sayəsində sanki bir toxunulmazlıq statusu alıb. Ki, burada kimsə tərəfindən yazılması məlum olmayan qanunlar hakimdir.

Xatırladaq ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi 571 ünvanda yerləşən bu klinkikada “Doğuş şöbəsi”, “Stasionar”, “Polikilinika”, “Əməlliyyat bloku, “Reanimasiya”, “Radiologiya” və “Qəbul şöbəsi” fəaliyyətdədir.
[center][/center]
“Sumqayıt Hospital”lda həkim qəbulu, müayinə, müalicə və əməliyyatların qiyməti qeyd etdiyimiz kimi, hansısa gözəgörünməz əlin işarəsi ilə müəyyənləşir. Ölkə əhalisinin məlum sosial durumu, minimum əməkhaqqı və s. bu kimi göstəricilərdən burada əsər-əlamət yoxdur… Sadəcə həkim qəbulları 30-60 manat arasında dəyişir. Müxtəlif cihazlarla tibbi müyainələrin də öz qiymətləri var. Müalicə və əməliyyatlarla da bağlı qiymətlər müxtəlifdir. Məsələn, təbii doğuş 881 manat olduğu halda, qeysəriyyə məliyyatı 1181 manatdır…Diqqət edin, məbləğlərin sonunda 1 manat olması qiymətlərin guya hansısa göstəricilərlə əsaslandırılması təsəvvürü yaratmağa hesablanıb. Amma, hansı sosial və itisadi göstəricilərdən,… Bir zəhmət klinika rəhbəri bunu açıqlasın…Tibbi sığorta məsələsi də, burada Azərbaycansayağı tətbiq edilir.

Açıqlanmasına ehtiyac olan faktorlar bunularla bitmir: “Sumqayıt Hospital”ın yeni korpusu, ərazisindən kənar, fəaliyyətdə olan Aptek və kafenin lazımı hüquqi sənədləri ilə də bağlı açıqlama verilməsinə ehtiyac olan məlumatlar var…

Yuxarıda “gözəgörünməz əl” yazdıq,…Bu əlin akademik-deputat Əhliman Əmiraslanova məxsusluğu ilə bağlı indiyə qədər də mediada məlumatlar yer alıb. İddiaya görə “Sumqayıt Hospital”ın toxunulmazlıq statusu alması, qiymətlərin “kəllə-çarxa çıxması” da məhz, bu səbəbdəndir.

Biz hələlik ötəri toxuna bildiyimiz məlumatlarla bağlı “Sumqayıt Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Rəşad Hüseynova rəsmi sorğu da ünvanlamışıq. Təəssüf ki, hələ də sorğumuz cavabsız qalmaqdadır(?) Bu səbəbdən də, hələlik geniş yaza bilmirik…(Yenixeber.org)
[center]



About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Next: İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.