Skip to content
08.05.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi
  • GÜNDƏM

Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi

admin 14.03.2026
Real tibb

Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Tibb Mərkəzinin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.

Bu barədə pasiyent Yasəmən Əliyeva (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib: “Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib “İmplus”da verdim. Çünki qiymətlər daha münasibdir, “Real” klinikasında isə kəskin bahadır”.

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

“Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, “İmplus”un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən’”.

Y.Əliyeva bildirir ki, səhhətinin ağır olduğunu və yenidən analiz verməyə imkanının olmadığını desə də, həkim razılaşmayıb:
“İşləmirəm, yalnız yoldaşım işləyir. Xahiş etdim ki, bu dəfəlik baxsın, növbəti dəfə harada desə, orada verərəm. Amma mənə yazdı ki, baxan deyiləm, get “İmplus”dakı həkim sənə baxsın. Yazdım ki, bu halda pulumu qaytarın, ora gedim”.

Pasiyent deyir ki, bundan əvvəl həkimdən razı qalıb, ona görə də müalicəsini orada davam etdirmək istəyib. O, məsələ ilə bağlı klinikaya müraciət etsə də, nəticə əldə olunmayıb:

“Klinikadan yazdılar ki, o bizim baş həkimimizdir. Analizi başqa yerdə verdiyiniz üçün həkim sizə baxmaq istəmir. Dedilər ki, ödəniş də qaytarılmayacaq, çünki sizi dinləyib. Halbuki mən onun məni dinləməsi üçün pul ödəməmişdim. Mən pul vermişdim ki, dərdimə çarə tapsın. Baş həkim olsun, kim olur-olsun, mən də Azərbaycan vətəndaşıyam və mənə xidmət göstərilməyib”.

Məsələ ilə bağlı Cavid Allahverdiyev açıqlamasında hadisəni təsdiqləyib və özünü haqlı hesab etdiyini bildirib: “Əvvəldən tanıdığım xəstədir. Yanıma gəlib, qəbul etmişəm, şikayətini dinləmişəm. Başqa müəssisədə analiz verdiyi üçün isə son müraciətində ona baxmamışam. Bu mənim haqqımdır. Bu qədər bəsit”.(Bakupost)

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Misir liderindən Pezeşkiana: Dərhal dayandırın!
Next: Naxçıvanda taxıl qalmaqalı – Milyonluq ittiham, həbs və sensasion açıqlamalar[center][medium]https://minatv.az/uploads/posts/2026-03/1773470547_nmax-taxill.jpg[/medium][/center] Naxçıvan Taxıl Məhsulları MMC-nin sədri Şakir Tarverdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, dövlətə məxsus 10 ton taxılın yeyintisində ittiham olunur. Yaxınları isə onun günahsız olduğunu, dövlət əmlakını mənimsəmək səlahiyyətində olmadığını deyirlər: “Dövlətin taxılı Şakirin MMC-sinin anbarlarında saxlanılırdı. O vaxtkı səlahiyyətli nümayəndə Fuad Nəcəfli və baş nazir Ceyhun Cəlilovun göstərişi ilə həmin taxıl satılıb. Şakir sadəcə həmin taxılın qoruqçusu kimi məsul şəxs idi. Özləri götürüb satıblar ki, guya köhnəlib, alıb yerinə təzəsini qoyacaqlar. Lakin satıb pulunu yeyiblər. İndi pulu yeyənlər azadlıqda kef edir, birinin vəzifəsi böyüdülür, Şakir isə həbs olunur.” Yaxınlarının sözlərinə görə, yerli hakimiyyətin məqsədlərindən biri də sahibkarı sıxışdıraraq onun obyektini əlindən almaqdır: “Prokuror gəldi, qorxudub pul aldı. Digərləri də həmçinin. İndi də deyirlər ki, obyekti bizə verməlisən. Axı bu qədər quldurluq olmaz. Günahsız yerə tutub o böyüklükdə MMC-yə əl qoymaq istəyirlər.” Şakir Tarverdiyev Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə martın 7-də həbs olunub. Gündəlik Naxçıvan

OXŞAR MÖVZULAR

1778141307_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07.05.2026 0
1778084148_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar

admin 07.05.2026 0
media-vv-jobn8q
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib

admin 06.05.2026 0

SON YAZILAR

media-haa-cu07rl
CƏMİYYƏT ÖLKƏ

Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib

admin
07.05.2026 0
ayb-1
MƏDƏNİYYƏT

Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir

admin
07.05.2026 0
1778165734_09305b08ab_001
İQTİSADİYYAT

“MSDIS Holding”də böhran: – Vergi borcu 20 milyon manata çatır

admin
07.05.2026 0
1778155532_screenshot-2026-05-07-160217
CƏMİYYƏT İQTİSADİYYAT

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon… Yasin Dadaşov kimdir? – CƏDVƏL

admin
07.05.2026 0

Bütün yazılar

media-haa-cu07rl
  • CƏMİYYƏT
  • ÖLKƏ

Park Bulvarda “Hayal Kahvesi”də müştərilərə yararsız qida ilə yemək verilib

admin 07.05.2026 0
ayb-1
  • MƏDƏNİYYƏT

Xəyal Rza: AYB-yə üzvlük haqlarının ödənilməsi davam edir

admin 07.05.2026 0
1778165734_09305b08ab_001
  • İQTİSADİYYAT

“MSDIS Holding”də böhran: – Vergi borcu 20 milyon manata çatır

admin 07.05.2026 0
1778155532_screenshot-2026-05-07-160217
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

Bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon… Yasin Dadaşov kimdir? – CƏDVƏL

admin 07.05.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.