Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Asiya qapısı qırılır: İran tora düşdü, ərəblər xilas olacaq?
  • ÖLKƏ

Asiya qapısı qırılır: İran tora düşdü, ərəblər xilas olacaq?

admin 03.03.2026
abdulah-agar

İran məsələsi təkmərkəzli deyil, əsası İran olan çoxqatlı məqsədlərə malik bir müharibədir. Burada ABŞ və İsrailin koordinasiyalı məqsədləri ilə yanaşı, bir-birindən fərqlənən istəkləri də mövcuddur.

Soztv.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Abdullah Ağar qeyd edib.

“Münaqişənin birinci qatında İsrailin təhlükəsizliyi, onun regional hegemonluğunun rəsmiləşdirilməsi, strateji-keyfiyyət üstünlüyünün möhkəmləndirilməsi, Yaxın Şərq Hava Müdafiə Sistemi (MEAD) strukturunun qurulması, eləcə də İbrahim Sazişlərinin genişləndirilməsi dayanır. Bu qatda ABŞ və İsrail İsraili təhdid altında olan bir aktor olmaqdan çıxarıb, regional təhlükəsizlik arxitekturasının mərkəzi düyününə çevirməyi hədəfləyir.

İkinci qatda İranda rejimin sarsıdılması, hakimiyyət daxilində parçalanma, elitanın bölünməsi, nüvə doktrinasının ləğvi, proksi qüvvələr, ballistik, kiber və doktrinalarının da çökdürülməsi, postiran, postrejim ssenarisi üçün zəminin yaradılması dayanır. Bu qat da birbaşa olaraq molla rəhbərliyinin təsir imkanlarını, İslam İnqilabı Keşikçiləri Korpusu, proksi qruplar, o cümlədən Hizbullah və digər strukturları zəiflətmək məqsədi daşıyır.

Məncə, müharibənin qeyri-müəyyən və ən dərin tərəfi məhz buradır: İran kimi inqilabi kimlik daşıyan rejimlərdə xarici təzyiq hər zaman zəiflətmə yaratmır, əksinə, möhkəmlənmə və daxili birliklə nəticələnir. Yəni proses əks-təsir göstərə bilər. Məlumdur ki, İran belə məsələlərdə müəyyən qədər müdafiəyə malikdir. Amma sual yaranır: bu müdafiə nə dərəcədə davamlıdır?

Digər qatlardan birinə, yəni regional arxitektura və ittifaq dizaynına diqqət edək: planda isə Yaxın Şərqdə ittifaq və balans sisteminin qurulması, Körfəz monarxiyalarının İsrailin təhlükəsizlik sisteminə inteqrasiyası, Türkiyənin mövqeyinin müəyyənləşdirilməsi (Türkiyə eyni zamanda NATO üzvü, Rusiya ilə əlaqəli, İranla qonşu, Körfəzlə iqtisadi inteqrasiya olunmuş və Çinlə ticarət bağı olan yeganə aktordur) var. Buna görə, Türkiyənin müstəqil qalıb-qalmayacağı bu müharibənin axtardığı əsas suallardan biridir. Ancaq mən Türkiyənin MEAD daxilində mövqelənmək və ya onun İranla yaxınlaşmasını daha çətin və baha başa gələn bir yanaşma kimi görürəm.

Nəzərinizə çatdırım ki, bu müharibə xüsusi olaraq Cənubi Qafqaz-İraq-Suriya və Asiya xəttində Türkiyənin təşəbbüs və manevr imkanlarını yenidən formalaşdırmaq istəyir. Yəni müharibə birbaşa Türkiyəni də əhatə edən yeni bir balans proqramının yaradılmasını hədəfləyir.

İndi isə müharibənin qatlarından daha birinə, yəni dəniz hakimiyyəti və enerji məsələləri qatına nəzər salaq: Məqsəd yalnız İranı məhdudlaşdırmaq deyil, həm də Çinə təzyiq göstərməkdir. Hətta bu, birbaşa Çinin enerji təhlükəsizliyinə və Rusiya-İran xəttinin kəsilməsi ilə bağlıdır.

Elə müharibənin geoiqtisadi qatı da burada özünü göstərir. Çünki enerji qiymətlərinin manipulyasiyası, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi dəhlizi (IMEC), Zəngəzur, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INTSC)-enerji koridorlarının idarəsi, INTSC/İran-Rusiya xətti vasitəsilə keçən alternativ Asiya-Avropa şəbəkələrinin yenidən dizayn edilməsi, Avropanın enerji asılılıq xəritəsinin yenidən yazılması kimi məqamlar diqqət çəkir. Həmçinin bu qat davamlılıq hədəflədiyi üçün hərbi qatdan daha da önəmli ola bilər

Sonuncusu isə texnologiya qatıdır. Çünki bu müharibə PUA, ballistik raket, strateji HSS qabiliyyəti, kiber imkanlar, kəşfiyyat və kəşfiyyat dəstəklı nöqtə hücumları üçün real döyüş laboratoriyası rolunu oynayır. Bu daha çox İsrailin hərbi üstünlüyünü və kəşfiyyat əməliyyatlarını praktikada sınamaq və təsdiqləmək sahəsidir”, – o bildirib.

Mütəxəssisin fikrincə, müharibə bəzən xaricdən çox daxilə təsir edir:

“Bu savaş daxili siyasi legitimlik qatında İsraildə daxili böhranları aradan qaldırmaq səyləri, İsrail Baş naziri Benyamin Netanyahunun gələcəyi, ABŞ-dakı seçki dinamikaları və ABŞ Prezidenti Trampın mövqeyi, eləcə də İranın rejim daxilindəki güc balansı üçün önəmli rol oynayır.

Bu, müharibənin müxtəlif səviyyələrində – İranın qabiliyyətini zəiflətmək, regional ittifaq arxitekturası qurmaq, qlobal güc balanslarını yenidən formalaşdırmaq və İsrailin bölgədə üstünlük əldə etmək və s. ilə hədəflənib. Yəni müharibə yalnız İranla məhdudlaşmır, onun vasitəsilə bütün dünya və bölgəyə yönəlmiş qlobal bir əməliyyatıdır.

Bəs, bu müharibənin Epşteyn kimi naməlum, mürəkkəb manipulyasiyaları da ola bilərmi? Hər nə qədər dəqiq təsdiqləmək mümkün olmasa da, bu müharibənin pərdə arxasında hissedilən, amma doğrulanmayan mürəkkəb manipulyasiyaların olduğu güman edilir.

Gəlin strateji reallığı yoxlamağa çalışaq: heç bir böyük güc planı kağız üzərində olduğu kimi işləməz və yalnız aşağıda sadalanan düyünlər belə nəzarət edilə bilməyən risklər yaradar. Yəni, İranın nəzarətsiz parçalanması və ya vətəndaş müharibəsi ehtimalları, geosiyasi boşluğun yaranması, Hörmüz boğazının bağlanması ehtimalı, Çinin enerji təhlükəsizliyi refleksi, Rusiyanın İranı tamamilə itirmək qorxusu və s. buna daxildir.

Məncə, bu müharibə son mərhələ deyil, sadəcə bir keçid dövrüdür. Yaxın Şərqdə savaş vasitəsilə formalaşdırılmaq məqsədi daşıyan bu arxitektura Asiya-Sakit okean regionundakı böyük güc rəqabətinin ön sınağını təşkil edir və xüsusi olaraq Asiya qapısının qırılma müharibəsidir. Bu mövzu isə bizi xüsusilə maraqlandırır”.

Ağar son olaraq əlavə edib ki, İranın ərəb ölkələrinin sərhəd sahələri, toxunulmazlıqları kimi maraqlarına zərbə vurmasına fərqli tərəflərdən də yanaşmaq lazımdır:

“Xüsusilə, Qəzza gərginliyindən sonra İsrailin yüksəlişdə olduğu və strateji üstünlüyünü nümayiş etdirdiyi yaxın dövrdə təbii olaraq Ərəb-İran ittifaqı mümkün görünürdü, hətta məzhəb gərginliyi də aradan qaldırıla bilərdi.

Amma nə baş verdi? İran ərəb ölkələrinə zərbə vurdu. Sərhədləri və toxunulmazlıqları təhlükəyə atılan ərəb ölkələri İrana çox qəzəblidir və hazırda İrana əsl düşmən kimi baxırlar. Bəs bu oyunu kim qurdu? İran öz oyununu oynayarkən ABŞ və İsrailin tələsinəmi düşdü? Ərəb ölkələri bunu necə qiymətləndirəcək?

İranın ərəb ölkələrinə zərbə vurması, ərəb ölkələrinin ABŞ-İsrail üzərində yaradacağı mümkün təzyiq vasitəsilə İranın işinə yarayacaq, yoxsa ərəb ölkələri tamamilə ABŞ-İsrailin müttəfiqi olacaqlar?

Çünki ABŞ 7 oktyabrdan etibarən strateji susqunluq içində məhz bunu qurmağa çalışırdı.

Bu müharibə xüsusi olaraq Körfəz ölkələrini öz oxu daxilində saxlamaq, cəlb etmək və nəzarət altına alma mübarizəsidir. Onlar kiməsə “yem” olacaq, yoxsa yem olmamağın bir yolunu tapa biləcəklər?”

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İranın düşdüyü hazırkı vəziyyət… – Sabir Rüstəmxanlı
Next: İranın hücumu: Varlılar Avropa üçün fantastik məbləğ ödəyir

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784122874_caspian_global_22
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Caspian Global Auto”dan şikayət – “Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb”

admin 15.07.2026
1784106175_screenshot-2026-07-15-130108 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.