Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Akademik Əhliman Əmiraslanov: “Meyit donordan ürək nəqli Azərbaycan elmi üçün tarixi nailiyyətdir”
  • GÜNDƏM

Akademik Əhliman Əmiraslanov: “Meyit donordan ürək nəqli Azərbaycan elmi üçün tarixi nailiyyətdir”

admin 25.02.2026
millimec

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi Yığıncağında çıxış edib.

O, hesabat ili ərzində Akademiyada və onun koordinasiya etdiyi elmi müəssisələrdə yüksək elmi-metodik səviyyəyə malik nəticələrin əldə olunduğunu bildirib. Qeyd edib ki, Biologiya və Tibb Elmləri Bölməsini (BTEB) əhatə edən institutlarda 2025-ci ildə biologiya, tibb, aqrar və ekologiya elmləri üzrə böyük elmi və praktik əhəmiyyət daşıyan çoxsaylı tədqiqat nəticələri əldə olunub.

Akademik Əhliman Əmiraslanov tibb sahəsində qazanılmış mühüm elmi nailiyyətlərdən bəhs edərək bildirib ki, qlobal səhiyyə sistemində gedən sürətli inkişaf prosesləri Azərbaycandan da yan keçməyib. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə səhiyyənin inkişafına böyük diqqət ayırdığını vurğulayıb. Bildirib ki, 2025-ci ilin payızında ilk dəfə meyit donordan ürək nəqli əməliyyatının həyata keçirilməsi Azərbaycan səhiyyəsi və elmi üçün tarixi hadisədir. Alim bu əməliyyatların sayının artmasının gələcəkdə həmin istiqamətdə fundamental və tətbiqi elmi tədqiqatların genişlənməsinə imkan yaradacağına əminliyini ifadə edib.

Səhiyyə komitəsinin sədri, həmçinin dövlət başçısının dəstəyi və Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü ilə Azərbaycanda Nüvə Təbabəti Mərkəzinin yaradılmasının xərçəng xəstəliklərinin erkən diaqnostikasında mühüm rol oynadığını bildirib.
O, çıxışında minimal invaziv cərrahiyyə, reproduktiv təbabətdə yüksək texnologiyalar və kök hüceyrə tətbiqləri, robotik-cərrahi üsullar, eləcə də uşaqlarda bronxial astma üzrə müasir yanaşmalar barədə də məlumat verib.

Akademik Əhliman Əmiraslanov qeyd edib ki, hesabat dövründə Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisələr tərəfindən yüksək indeksli jurnallarda ümumilikdə 725 elmi məqalə dərc olunub. Onlardan Web of Science və Scopus bazalarına daxil olan jurnallarda çap edilən 457 məqalə tibb yönümlü elmi-tədqiqat və təhsil müəssisələrinin payına düşüb. Bu, Azərbaycan elminin beynəlxalq miqyasda mövqeyini əks etdirən mühüm göstəricilərdir və “elmin güzgüsü” hesab edilə bilər.

Elmi məktəblərin qorunub saxlanılması məsələsinə də toxunan akademik Əhliman Əmiraslanov ölkəmizdə dərin elmi ənənələrə malik elmi məktəblərin mövcud olduğunu söyləyib. Bildirib ki, elmi məktəbin yaradılması və onun ənənələrini davam etdirəcək peşəkar kadrların yetişdirilməsi son dərəcə mürəkkəb və uzunmüddətli prosesdir. Bu baxımdan, istər AMEA, istərsə də Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizdə mövcud elmi məktəblərə xüsusi diqqət yetirilməli, onların davamlılığı və elmi ardıcıllığı qorunmalıdır.

Alim elmi potensialın ölkə üçün strateji əhəmiyyət kəsb edən yeni tədqiqat istiqamətlərinə yönəldilməsinin zəruriliyini də diqqətə çatdırıb. Bu kontekstdə post-müharibə dövründə baş verən proseslərin sosial-psixoloji aspektdən daha dərindən öyrənilməsinin xüsusi aktuallıq kəsb etdiyi bildirib. Qeyd edib ki, əhali arasında formalaşmış psixo-sosial problemlər, travmalar, demoqrafik dəyişikliklər, diaqnostika və müalicə məsələləri üzrə elmi tədqiqatların aparılması olduqca önəmlidir.

Sonda akademik Əhliman Əmiraslanov hesabat ili ərzində ölkədə elm sahəsində mühüm işlərin görüldüyünü, ciddi uğurların əldə edildiyini vurğulayaraq hesabatı yüksək qiymətləndirib və bu nailiyyətlərin gələcək elmi inkişaf üçün möhkəm zəmin yaratdığını bildirib.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xocalı soyqırımının 34-cü ildönümü: Cəzalandırma prosesi və sülh təşəbbüsləri – ŞƏRH
Next: Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.