Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi – Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…
  • CƏMİYYƏT
  • GÜNDƏM

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi – Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…

admin 17.02.2026
mexfi

Qərbin sanksiyalarına baxmayaraq, Rusiya neft ixracından gəlir əldə etməyə davam edir və bu gəliri özünün aqressiv hərbi fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə edir…

Bu barədə məlumat verən UNIAN bildirir ki, Avropa Birliyinin sanksiya siyahısına daxil edilməsi planlaşdırılan təşkilatlardan biri də “Coral Energy” Rusiya neft sektoru ilə sıx əlaqəli şirkətlər şəbəkəsinə daxildir. “Coral Energy” şirkəti Tahir Qarayev tərəfindən 2010-cu ildə təsis edilib. 2023-cü ilin may ayına qədər Qarayev şirkətin səhmlərinin 100%-nə mürəkkəb korporativ struktur vasitəsilə sahib olub. Onun holdinq şirkəti Novus Middle East DMCC (BƏƏ), Vetus Investments Limited (BƏƏ) vasitəsilə “Coral Energy” şirkətinə nəzarət edirdi. Lakin Qərbin sanksiyalarından yayınmağa kömək edən şirkətlərə artan təzyiq altında Qarayev Novus Middle East DMCC səhmlərinin 60%-ni “Coral Energy” rəhbərliyi tərəfindən idarə olunan “Pura Vida Holding Limited” (BƏƏ) şirkətinə ötürüb. Maraqlıdır ki, bu təşkilatın əsas menecerlərindən biri Qarayevin qohumu Anar Mədətlidir. Lakin 2024-cü ilin iyul ayında səhmlərin rəsmi şəkildə ötürülməsinə baxmayaraq, Qarayev “Coral Energy” şirkətini etibarnamələr vasitəsilə idarə etməyə davam edir.

Ukrayna Gələcək İnstitutunun həmtəsisçisi və iqtisadi proqramlar direktoru Anatoli Amelin qeyd edir ki, Qarayev Kremlin əsas “meneceri”, qanunsuz Rusiya prezidenti Vladimir Putinin “kölgə donanması” və “kölgə neft dollarları” üçün işləyir. Onun sözlərinə görə, “Coral Energy” şirkətinin təsisçisi və direktoru ofşor şirkətlər şəbəkəsi vasitəsilə çoxsaylı törəmə müəssisələrə sahibdir və Rusiya hakimiyyəti ilə, xüsusən də “Rosneft” şirkətinin baş direktoru İqor Seçinlə sıx əlaqələr saxlayır.

Şəxslər və onların aktivləri arasındakı əlaqələr göz qabağındadır: Tahir Qarayev və Anar Mədətli əsl sahiblərini gizlətmək üçün müxtəlif şəxslər tərəfindən rəsmi olaraq nəzarət edilən “Coral Energy” və “Polar Energy” şirkətlərini idarə edirlər; Ədalət Kərimov və Əhməd Kərimov “Coral Energy” şirkətinin əməliyyatlarını əlaqələndirməklə məşğuldurlar. Rusiyanın enerji aktivləri üzərində dövlət nəzarəti ilə əlaqəli əsas fiqurlardan biri olan İqor Seçin beynəlxalq sanksiyalardan yayınmaq üçün “Coral Energy” şirkətindən istifadə edir. Bu, həm sanksiyalara, həm də cinayət məsuliyyətinə cəlb edilməli olan əsas şəxslərin kifayət qədər əhatəli siyahısıdır. Amma dünya və Ukrayna onları çətinliklə görür.

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…

Araşdırma müəllifi sanksiyalara baxmayaraq, Rusiyaya neft ticarətində kömək edən bir sıra şirkətləri aşkar edib. Bunlara Voliton DMCC, Pontus Trading DMCC, Nord Axis Ltd, Polar Energy SA və Alpen Energy MMC daxildir. Amelin qeyd edib ki, Qarayev Ukrayna Prezidenti Zelenski və ABŞ tərəfindən sanksiyalara məruz qalıb, lakin o, nəzarət etdiyi şəxslər və şirkətlər vasitəsilə biznes imperiyasını idarə etməyə davam edir. O, həmçinin Türkiyə prokurorluğu tərəfindən axtarışdadır. Buna görə də o, şirkətlərini yenidən qeydiyyata almağa və yenidən satmağa başlayıb. Bütün bu şirkətlər, mürəkkəb və qeyri-şəffaf bir şəbəkənin bir hissəsi olaraq, Rusiya neftini tədarük etməyə davam edir.

İnternet üzərindən araşdırmamızdan bəlli oldu ki, bu şirkətin adı hələ 2023-cü ildə sanksiya altında olan neftin daşınmasından hallanıb. Elə o vaxt, konkret olaraq 2023-cü ilin oktyabrında bu yazıda da adı xatırlanan “Coral Energy” nin maliyyə direktoru kimi təqdim edilən Əhməd Kərimov haqqın.az saytına geniş müsahibə verib.

Aİ hazırda Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün alətlər hazırlayır. Bu barədə Avropa Komissiyasının sözçüsü Arianna Podesta cümə axşamı, sentyabrın 12-də keçirdiyi brifinqdə məlumat verib. Jurnalistin konkret şirkətlərə və gəmilərə qarşı sanksiyaların nəzərdə tutulub-tutulmadığını, Rusiyanın qeyri-qanuni neft ticarətindən ayda 18-19 milyard avro qazandığını, 600-ə yaxın “kölgə donanması” tankerinin cəlb etməklə 60 dollarlıq “qiymət tavanı”na məhəl qoymadığını soruşduqda, o, AB-nin indi yeni sanksiya alətləri üzərində işlədiyini qeyd edib.

“Sanksiyalar davam edən prosesdir, çünki Rusiya daim sanksiyalardan yan keçməyə çalışıb və buna görə də bu cür yayınma manevrlərini aradan qaldırmaq üçün zamanla bizim sanksiyalar paketimiz dəyişib. Mən bilirəm ki, bu proses müxtəlif mərhələlərdə davam edir”, deyə o əlavə edib. “Bloomberg”in məlumatına görə, az tanınan, o cümlədən bir ildən az əvvəl yaradılmış şirkətlər Rusiyadan gündə təxminən 1,5 milyon barel neft ixracında iştirak edir.

Onlardan ən əsası arxasında Azərbaycan vətəndaşı Tahir Qarayevin durduğu “Coral Energy” şirkətidir. Avqustun sonunda məlum olub ki, şirkət rəhbərliyi tərəfindən səhmlərin geri alınması başa çatdıqdan sonra “Coral Energy Group” adının “2Rivers Group”a dəyişdiyini elan edib. 2022-2023-cü illərdə “CoraI Energy” Qərb mediası nəşrlərində Rusiya neft və neft məhsullarının satışı üzrə ən güclü operatorlardan biri kimi görünüb.

Sirli “Coral Energy korporasiyasına gəlincə, milyardlarla dollar dövriyyəsi olan şirkət və onun azərbaycanlı sahibi haqqında açıq mənbələrdə çox az məlumat var. Yalnız məlumdur ki, 43 yaşlı Qarayev Oksford məzunudur və 2010-cu ildə Dubayda şirkətini təsis edib. Şirkətin Cenevrə və Sinqapurda ofisləri var. O da məlumdur ki, Tahir Qarayev əsasən Moskvada yaşayır, lakin tez-tez Dubay və Cenevrədə olur

“Energy Intelligence”nin 2022-ci ilin iyununda dərc etdiyi araşdırmadan belə məlum olur ki, Tahir Qarayevin şirkəti kölgədə qalmağa üstünlük verir. Dünya mediasına sızan kifayət qədər az məlumat bu qurumun əvvəllər Rusiyanın dövlət neft konserni “Rosnef”lə əməkdaşlıq etdiyi qənaətinə gəlməyə imkan verir. Həmçinin məlum olub ki, “Coral Energy” hazırda Türkiyə, Saharaaltı Afrika və dünyanın digər regionlarında ticarət edir. Korporativ sənədlərə əsasən, “Coral Energy” 100 faiz Azərbaycan vətəndaşı Tahir Qarayevin təsis etdiyi Dubayda yerləşən “Vetus Investments” şirkətinə məxsusdur.

Yada salaq ki, Vaşinqton və London öz məlumatlarına əsasən, İrandan Rusiya Federasiyasına hərbi nəqliyyatda iştirak edən şəxslər və şirkətlərə məhdudiyyətlər qoyub. Böyük Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Dövlət Departamentinin press-relizində qeyd edildiyi kimi, bu şirkətlər “Rusiya Federasiyasının iqtisadiyyatının dəniz sektorunda fəaliyyət göstərib və ya fəaliyyət göstərirlər”. ABŞ səlahiyyətlilərinə görə, “Vafa Wholesale Ltd” İranın PUA ilə əlaqəli avadanlıqlarını Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya daşıyan gəmilərə sahibdir.

Konkret olaraq, söhbət ABŞ-ın da sanksiyalarına məruz qalan “Vəfa” və “Vəfa-1” gəmilərindən gedir. “Sea River Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus gəmilər arasında “Omski-103”, “Omski-119” və “Zakamsk” gəmilərinə məhdudiyyətlər qoyulub. ABŞ səlahiyyətlilərinə görə, “Omski-103” gəmisi digər şeylərlə yanaşı, 2024-cü ilin fevralında Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya sursat daşıyıb. Tətbiq olunan sanksiyalara görə yuxarıda adı çəkilən şirkətlərin ABŞ-dakı və ya ABŞ vətəndaşlarının əlində olan bütün əmlakları dondurulub. Dövlət Departamenti qeyd edir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumatlandırılmalıdır.

Sentyabrın 10-da Böyük Britaniya Rusiyanın “Skif-V”, “Omski-103”, “Musa Cəlil”, “Baltiyski” və “Begey” gəmilərinə qarşı sanksiyalar elan edib. Böyük Britaniya hökumətinin saytında qeyd edildiyi kimi, bu gəmilər İrandan Rusiyaya hərbi yüklərin daşınmasında iştirak edir. (cumhuriyyet.az)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 3 Milli Qəhrəmanı olan qəsəbə suyun içində qalıb – Neftçalada sakinlər narazılıq edir – VİDEO
Next: “Nyukasl” azarkeşləri heyrətləndi: Bakıda gülünc dərəcədə…

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.