Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 3 Milli Qəhrəmanı olan qəsəbə suyun içində qalıb – Neftçalada sakinlər narazılıq edir – VİDEO
  • CƏMİYYƏT

3 Milli Qəhrəmanı olan qəsəbə suyun içində qalıb – Neftçalada sakinlər narazılıq edir – VİDEO

admin 17.02.2026
nefcala

Neftçala rayonunda vəziyyət günü-gündən ağırlaşır.

Bizimesr.az bildirir ki, rayonun daha bir qəsəbəsi su içində qalıb. Belə ki, rayonun Həsənabad qəsəbəsi sakinləri hər yağışdan sonra eyni problemlə üz-üzə qalırlar. Küçələr palçığa qərq olub, yollar keçilməz vəziyyətə düşüb, həyətyanı sahələrə su dolub, məktəblilərin gediş-gəlişi çətinləşib.

Sakinlərin sözlərinə görə, bu vəziyyət illərdir təkrarlanır, lakin problem həllini tapmır.

Qəsəbə əhalisi bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, yerli bələdiyyə “büdcədə vəsait yoxdur” cavabı ilə kifayətlənir. Halbuki söhbət təkcə rahatlıqdan yox, insanların gündəlik həyatından, məktəbə gedən uşaqlardan, təcili tibbi yardıma ehtiyacı olan xəstələrdən gedir. Bəzi küçələrdə isə ümumiyyətlə hərəkət mümkünsüz olur.

Ən acınacaqlı məqam isə budur ki, Həsənabad qəsəbəsi Qarabağ müharibəsində 3 Milli Qəhrəman verib. Bir kəndin üç Milli Qəhrəman verməsi böyük tarix və qürur deməkdir. Lakin bu gün həmin qəhrəmanların doğulub boya-başa çatdığı küçələrin baxımsız vəziyyətdə olması ciddi suallar doğurur.

Sakinlər hesab edir ki, əgər 3 Milli Qəhrəman vermiş bir qəsəbənin yolları və infrastrukturu bu durumdadırsa, rayonun digər yaşayış məntəqələrinin vəziyyəti daha ağır və baxımsızdır.

Onlar aidiyyəti qurumları məsuliyyətli davranmağa, uzun illərdir yığılıb qalan problemlərə real və davamlı həll yolu tapmağa çağırırlar. Məsələ ilə bağlı rayon icra hakimiyyətindən heç bir cavab verilməyib.(Bizimesr.az )

Qeyd edək ki, Neftçala rayon icra başçısı Mirhəsən Seyidovdur.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “24-lük”də olmağımız möcüzədir – Tahir Gözəl
Next: Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi – Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…

OXŞAR MÖVZULAR

1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
whatsapp_image_2026-04-23_at_10.46.37
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Bakının mərkəzində dilənçilər sürücülərə aman vermir – FOTO/YENİLƏNDİ

admin 23.04.2026 0
1776920568_media-baba-ocm6xk_edited
  • CƏMİYYƏT
  • ÖLKƏ

Baba Rzayevin fəaliyyətində ciddi pozuntular: Səmərəsiz xərclər…..

admin 23.04.2026 0

SON YAZILAR

1776945492_1
ARAŞDIRMA GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin
23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin
23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin
23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin
23.04.2026 0

Bütün yazılar

1776945492_1
  • ARAŞDIRMA
  • GÜNDƏM

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb – TƏFƏRRÜAT

admin 23.04.2026 0
1776948902_ekran-kli-2026-04-23-165137
  • DÜNYA

ABŞ İran nefti daşıyan tankeri ələ keçirib

admin 23.04.2026 0
1776950128_ekran-shekli-2026-04-23-171421
  • ÖLKƏ

Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? – NƏ BAŞ VERİR?

admin 23.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.