Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “EDUNSTAZ” müəllimləri faizlə çalışdırır,əmək haqqını ödəmir?
  • BAXIŞ BUCAĞI

“EDUNSTAZ” müəllimləri faizlə çalışdırır,əmək haqqını ödəmir?

admin 17.02.2026
tesil

Abituriyent, lisey, xarici dil və MİQ-ə hazırlaşanlar üçün onlayn dərslər təşkil edən “EDUNSTAZ”(edunest.academy kim instagram səhifəsi olan) adlı tədris platforması ilə bağlı redaksiyamıza daxil olan məlumatlar bir sıra ciddi suallar doğurur. Adının açıqlanmasını istəməyən müəllim iddia edir ki, ona məxsus 302,50 manat əmək haqqı ödənilməyib və ödənişdən dolayısı ilə imtina edilib. Məsələyə aydınlıq gətirmək üçün təşkilatın direktoru Günel Sultanlı ilə əlaqə saxlanılıb.Direktorun sözlərinə görə, müəllim kursun tələbələrini özünə cəlb etməyə çalışıb və buna görə tərəflər arasında narazılıq yaranıb. O həmçinin bildirib ki, müəllimlə əmək müqaviləsi deyil, xidmət müqaviləsi mövcud olub və ödəniş əmək haqqı formasında deyil, faiz prinsipi ilə həyata keçirilib. Lakin burada əsas sual dəyişmir: əgər müəllim müəyyən qrafik üzrə davamlı şəkildə dərs keçirirsə, bu münasibət hüquqi baxımdan əmək münasibəti sayılmırmı?

“EDUNSTAZ” müəllimləri faizlə çalışdırır,əmək haqqını ödəmir?

Azərbaycan qanunvericiliyinə əsasən, işçi ilə işəgötürən arasında davamlı iş fəaliyyəti mövcuddursa, əmək müqaviləsinin bağlanması məcburidir. Sadəcə “xidmət müqaviləsi” adı altında fəaliyyət göstərmək işəgötürəni əmək münasibətlərindən irəli gələn öhdəliklərdən azad etmir. Vergi ödəyicisi olmaq da əmək müqaviləsi olmadan şəxsləri işə cəlb etmək üçün hüquqi əsas yaratmır.
Mediatv.az xəbər verir ki, şikayətçinin iddiasına görə, ödənişlər “card to card” üsulu ilə həyata keçirilib. Əgər bu iddia doğrudursa, ortaya əlavə suallar çıxır: müəllimlərə ödənilən vəsait rəsmi uçota düşürmü? Kursa cəlb edilən tələbələrin ödədiyi vəsaitlərdən qanunvericiliyə uyğun vergi tutulurmu? Maliyyə dövriyyəsinin şəffaf aparılması həm müəllimlərin, həm də xidmət alan vətəndaşların hüquqlarının qorunması baxımından vacibdir.Ekspertlər qeyd edir ki, təhsil sahəsində fəaliyyət göstərən özəl qurumlar son illər sürətlə artsa da, bir çox hallarda əmək münasibətlərinin düzgün rəsmiləşdirilməməsi problemlərə səbəb olur. Müəllimlər sosial sığortadan və əmək hüquqlarından məhrum qalır, mübahisəli hallarda isə hüquqi müdafiə imkanları zəifləyir. Bu faktlar fonunda belə suallar açıq qalır: “EDUNSTAZ”da çalışan bütün müəllimlərlə münasibətlər hansı hüquqi əsaslarla tənzimlənir? Ödəniş mexanizmi və vergi hesabatlığı qanunvericiliyə tam uyğun aparılırmı? Nəhayət, rəqəmsal təhsil platformalarında çalışan müəllimlərin hüquqları kim tərəfindən və necə qorunur?
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparması və ictimaiyyətin suallarına aydın cavab verilməsi zəruri görünür. Çünki təhsil sahəsində şəffaflıq yalnız tələbələrin deyil, həmin sistemi ayaqda saxlayan müəllimlərin də hüquqlarının təmin olunması ilə mümkündür.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Davamı var
Mediatv.az



About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Rusiyanın Ukraynanı məğlub edə bilməməsinin səbəbləi
Next: Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.