Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dəhşətli rəqəmlər açıqlandı – Rusiya çökür!
  • DÜNYA

Dəhşətli rəqəmlər açıqlandı – Rusiya çökür!

admin 16.02.2026
moskva

Bir neçə gündən sonra Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı cinayətkar müharibənin dördüncü ili tamam olacaq. Dörd il əvvəl heç kim müharibənin bu qədər davam edə biləcəyini təsəvvür etmirdi.

Soztv.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, müharibəyə başlarkən Putin bir neçə gün ərzində qələbə qazanacaqlarına əmin idi:

“Bu əminlik Rusiyanın informasiya müharibəsinə də sirayət etmişdi. Moskvanın şiddətli informasiya müharibəsinin təsiri və təzyiqi altında bəşəriyyətin böyük bir kəsimi Rusiyanın qısa müddətdə qalib gələcəyinə inanırdı. Bəşəriyyətin kiçik qisimi Ukraynanın bir neçə ay müqavimət göstərə biləcəyini, ancaq sonda Rusiyanın qalib gələcəyini düşünürdü. Çox cüzi sayda insan isə Ukrayna xalqının alçaq işğalla barışmayacağı qənaətində idi.

Müharibənin dördüncü ilinin başa çatması ərəfəsində böyük əksəriyyət artıq Rusiyanın bu müharibədən salamat çıxa bilməyəcəyini düşünür”, – o bildirib.

Politoloq NATO-nun Baş katibi Mark Ruttenin sözlərindən sitat gətirib:

“Rutte rusları Ukraynadakı müharibənin dayandırılması üçün əllərindən gələni etməyə çağıraraq bildirib ki, bu müharibə Rusiyanı məhv edir. Rusiyanın məğlubedilməzliyinə inananlar NATO Baş katibinin sözlərini şübhə altına ala bilərlər. Lakin bu, heç nəyi dəyişməyəcək. Dördüncü ili başa çatmaqda olan müharibə həqiqətən də Rusiyanı məhv edir.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) mütəxəssisləri 2025-ci ilin hesabatında qeyd ediblər ki, Rusiya ordusunun itkiləri 1.198 milyon nəfərə çatıb. CSIS-in hesabatında qeyd edilir ki, təkcə 2025-ci ildə Rusiya qoşunları ölü və yaralı olaraq 425 000 nəfər itirib ki, bu da ayda orta hesabla təxminən 35 000 nəfər deməkdir. Bu rəqəmlərin heyrətamizliyi ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən bəri heç bir aparıcı ölkə heç bir müharibədə belə dəhşətli itki verməyib. Koreya müharibəsində Amerika 54 400, Vyetnam müharibəsində 47.300 və Əfqanıstandakı əməliyyatlar zamanı cəmi 2400 hərbçi itirib. Sovet İttifaqının sonunu gətirən Əfqanstan müharibəsində SSRİ Rusiyanın Ukrayna müharibəsindəki itkilərindən 17 dəfə az hərbçi itirmişdi. Rusiyanın Ukraynadakı itkiləri 1945-ci ildən bəri SSRİ və Rusiyanın, iki Çeçen müharibəsi də daxil olmaqla, bütün müharibələrdəki itkilərindən 5 dəfə çoxdur. Bu qədər dəhşətli itkilərin müqabilində Rusiya 24 fevral 2022-ci ildən bəri Ukrayna ərazisinin cəmi 12 faizini işğal edə bilib.

CSIS-in başqa bir araşdırmasına görə, Rusiyanın Ukraynada irəliləmə sürəti Birinci Dünya müharibəsi də daxil olmaqla, 1916-cı ildən bəri baş vermiş bütün hərbi əməliyyatların ən yavaşıdır. Rusiya ordusunun döyüş təlimatlarına görə hücum əməliyyatı aparan ordu gün ərzində 1.5-3 kilometr sürəti ilə irəli getməlidir. 24 fevral 2022-ci ildə başlayan cinayətkar müharibədə isə Rusiya ordusunun irəliləmə sürəti ay ərzində 1.5 kilometr təşkil edib. Yəni, Rusiya ordusu özünün döyüş təlimatlarında göstəriləndən 30-60 dəfə yavaş sürətlə irəliləyir. Belə bir müharibəni daha bir neçə il davam etdirməyə isə heç bir dövlətin resursları yetməz. Belə ağır müharibə istənilən dövləti çökdürməyə qadir və Rusiyada müşahidə olunan çöküş də bunun nəticəsidir. Rusiyanın çöküş mərhələsinə daxil olduğunu rəsmi qurumların “redaktə olunmuş” hesabatları da təsdiq edir. Rusiya Dövlət Federal Statistika Xidmətinin (Rosstat) hesabatına görə, 2025-ci ilin ilk 11 ayının nəticələrinə görə, Rusiya şirkətlərinin ümumi zərərləri 7.5 trilyon rubla çatıb. “İzvestiya” qəzetinin məlumatına görə, Rusiyada restoran, kafe və barlar kütləvi şəkildə bağlanmağa başlayıb. Alina Kabayevaya yaxınlığı ilə tanınan “İzvestiya” qəzetinin bu məlumatı Rusiyanın çöküşünün təsdiqidir. Çünki böhran ən sonuncu məhz xidmət sahələrinə, xüsusilə də restoran, kafe və barlara təsir edir. Əgər restoran, kafe və barlar bağlanırsa, deməli, istehsal sahələri artıq çöküb.

Rusiya Dəmir Yollarının mənfəəti əvvəlki ilə nisbətdə 76 faiz azalıb. RDY ən böyük borcu olan Rusiya şirkətləri sırasında üçüncü yerdədir. Ötən ilin əvvəlində RDY-nin xalis maliyyə borcu artıq 3.5 trilyon rubla çatmışdı. Ehtimala görə, son bir ildə bu borc təxminən üçdə bir qədər də artıb.

Rusiyanın Avropaya boru kəməri vasitəsilə qaz ixracı 2025-ci ildə 44 faiz azalaraq 1975-ci ildən bəri ən aşağı səviyyə düşüb. Rusiyanın qaz nəhəngi “Qazprom” ötən il Avropaya cəmi 18 milyard kubmetr qaz ixrac edib. Halbuki Sovet İttifaqı 1975-ci ildə Avropaya 19.3 milyard kubmetr qaz ixrac etmişdi. Bunun nəticəsində Rusiyanın qaz nəhəngi “Qazprom”un dəyəri Çinin uşaq oyuncaqları istehsal edən “Pop Mart”dan bir neçə milyard dollar ucuzdur. “Pop Mart”ın səhmlərinin ümumi dəyəri 42 milyard dollardır.

Putin “fatehlik” niyyətinə düşdüyü zaman, 2008-ci ildə “Qazprom” dünyada üçüncü ən böyük şirkət idi və səhmlərinin ümumi dəyəri 348 milyard dollar təşkil edirdi. O zaman Rusiya rəsmiləri “Qazprom”un 1 trilyon dollara qədər bahalaşacağını əminliklə bəyan edirdilər. Putinin “fatehliyi” nəticəsində isə “Qazprom”un dəyəri kəskin aşağı düşərək, bu gün 2008-ci ildəkinin təxminən 10 faizini təşkil edir.

Rusiya neftin bir barrelinə 27 dollar endirim etməsinə baxmayaraq, ötən ay aylıq hasilatının ancaq yarısını sata bilib. Bunun nəticəsində Rusiya neftini daşıyan tankerlər üzən saxlama qurğularına çevrilib”.

Politoloq əminliklə əlavə edib ki, Rusiya çökür və artıq bu prosesin qarşısını heç nə və heç kim ala bilməz:

“Yeni dünya düzəni isə Rusiyanın xarabalıqları üzərində qurulacaq”.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…
Next: Bu, qocalmış Qərb üçün təhlükədir – Deripaska

OXŞAR MÖVZULAR

14
  • DÜNYA

Yunanıstan Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bloklayıb

admin 16.07.2026
1784181351_screenshot-2026-07-16-095518
  • DÜNYA

Casusluqda ittiham olunurdu – İrandan çıxmasına icazə verildi

admin 16.07.2026
18
  • DÜNYA

Gəmiçilik şirkətləri Trampın Hörmüz boğazı ilə bağlı təklifini sərt tənqid edib

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.